Bakıda hava
USD AZN
EUR AZN
08:57Xəyalə Murad Sabahınız xeyir,Pəri xanım 08:34PERI sizinde sabahiz xeyir xeyale xanim 08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41221

Orhan Pamuk – Məsumiyyət muzeyi

 

 

Orxan Pamukun “Məsumiyyət muzeyi”, haqqında danışılası yox, susulası kitabdı. Mən isə, susacaq qədər istedadım olmadığından, danışmağı qərar almışam. Pamuku “Mənimadım qırmızı” romanıyla tanımışam. İlk rəyimsə belə olub: “Çox uzunçudu”. Qalan hər şeysə, yerli-yerində, həttadeyərdim ki, möhtəşəm idi. Bir cəhəti də nəzərə almaqlazımdır ki, orta əsr Osmanlı dönəmindən və rəngkarlıqdançox da məlumatlı deyiləm. Pamukla ikinci rastlaşmam “Qarakitab”la oldu. Günlərlə havasında dolaşdığım kitablardan biridir. Kitabı oxuduqca elə hiss yaranırdı ki, hadisəni (hekayəni)oxumuram, yaşayıram. İstanbulu şəhər kimi yox, canlı kimi görməyə başlamışdım. İstanbul hər küçəsi, hər dalanı, hər səkisiylənəfəs alır, bir hekayə pıçıldayırdı. Pamuk heç nədən, heç kəsin adi vaxtda diqqət etmədiyi xırdalıqlardan böyük əsər yaratmağıbacaran biridir.
“Həyatımın ən xoşbəxt anıymış, bilmirdim…” – “Məsumiyyət muzeyi” bu cümləylə başlayır. Təkcə bu, çox şey anladır.Həqiqətən yaşadığımız anların qiymətini bilmirik, hər keçən saniyənin belə, ömrümüzdən getdiyinin fərqinə varmırıq. Ən xoşbəxtvaxtımızda da naşükürlük edir, “daha da xoşbəxt ola bilərdik, yaxud xoşbəxtlik bu deyil”, – düşünürük. “Həyatımın ən xoşbəxtanıymış, bilmirdim…”
Geri dönüb baxdınızmı? Xoşbəxt anları aradınızmı? Həyatınızın ən xoşbəxt anını yaşasanız da, fərqinə varmadığınız oldumuheç? Ən əsası da özünüzü xoşbəxt biri kimi görmək istədinizmi keçmişə baxanda?!
Orxan Pamukun ustalığı burasındadır ki, əsəri oxuduqca baş qəhrəman ortada əriyir, oxucu özü baş qəhrəmana çevrilməyəbaşlayır. Və hadisələr irəlilədikcə özünü İstanbulda hansısa küçədən keçərkən yaxlayırsan. Pamuku sevərək, anlayaraq oxuyanvə İstanbulda yaşayan, ya da heç olmasa, ora gedən adam nə vaxtsa İstanbulun dar, alaqaranlıq arxa küçələrinin birində mütləqşəkildə özüylə rastlaşıb. Məsələn, mən İstanbulun arxa küçələrində özümlə rastlaşdığımı çox xəyal etmişəm. Daha bir qəribəqanunauyğunluq da var ki, hər üç əsərdə baş qəhrəman öz hekayəsini danışır. Fərq odur ki, “Mənim adım qırmızı”da hərpersonaj, hər predmet özü baş qəhrəmandır və öz hekayəsini özü anladır. Adamlar da, rənglər də, küçələr də, hətta ölüm də…
“Məsumiyyət muzeyi”ndə mövzu daha dərindir. Baş qəhrəman “mən”dən savayı, həm də hisslərdir. “Xoşbəxtlik yalnız insanınsevdiyinə yaxın olmasıdır”. Əsərin qayəsi elə budur. Və əlbəttə, anı yaşamaq, hər xırdalığı doya-doya, dadını çıxararaq, keçmişidə indi kimi yaşamaqdır. Əlimizdəkilərin dəyərini bilmək də var siyahıda, nələrisə saya salmamaq da… Kamalın kolleksiyasınımənalandırma ğa çalışsaq, bu, bir növ bizim yaddaşımız, şüuraltımızdır. Eksponatlar, nümayiş etdirilən nümunələrsə zamanın(Pamukun dediyi kimi, Aristotelin zamanının) əlindən aldığımız, yaddaşımızda ilişib qalan anların, bizə əziz olan xatirələrinişartıları, qırıntılarıdır. Müəllifin ustalığını nəzərə çarpdıran detallardan biri də rəqəmlərdən istifadədir. Pamuk hər hansı saydanistifadə edəndə bütöv onluq və ya yüzlüklərdən istifadə etmir, tam təsadüfi sayılacaq rəqəmlərdən yararlanır. Məsələn, Kamalınsevgilisi Füsunun çəkdiyi siqaret kötükləri… Kamal imkan tapdıqca bu kötükləri yığıb saxlayır, hətta hər siqaret kötüyününhekayəsini danışır əsər boyu. Siqaret kötüklərinin sayına diqqət edin: 4213. Heç bir tamamlanmış ədədlər silsiləsindən söhbətgedə bilməz. Buna görə də oxucu bunun həqiqət olduğunu düşünür. Hekayə oxucunun həyatına, oxucu da Kamala çevrilir. Bütünhissləri oxucu özü də yaşayır. Pamukun ustalığı da elə bundadır, xırdalıqlardan, bizim diqqət etmədiyimiz məqamlardan böyük əsərlər yaratmaq…
Daha bir diqqətçəkən məqam əsərdəki “Bəzən” başlıqlı hissədir. Bu hissə düz 137 cümlədən ibarətdir və hər cümlə “bəzən”sözüylə başlayır. Hissə ən adi məişət hadisələrini, gündəlik yaşantıları elə sərbəst, axıcı, gerçəkçi, sadə dildə anladır ki, heyranolmamaq mümkün deyil. Bu hissə Pamukun istedadını bir daha ortaya çıxarır. 137 cümlə və 137 “bəzən”…
Əsəri oxuduqca Orhan Pamukun zəngin mütaliəsinə, dünyagörüşünə, həyata və məişətdə baş verənləri müşahidə və analizqabiliyyətinə heyranlıq adamı bürüyür.
Kitab müəllifin Kamalın dilindən dediyi və hər kəsin əslində xoşbəxt olduğunu, sadəcə, bunu anlamaq gərəkdiyini dilə gətirməsiyləbitir: “Hər kəs bilsin, çox xoşbəxt yaşadım”…
Hər kəs bilsin, xoşbəxtlik anlamaqdı…

Cavid Qədir

Səslərin sayı: 1
0
1393
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )