Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam 10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38086

Kişilərin evlənmək istəmədiyi qadın tipləri

Əlaqənin ilk başlarında yalnız qadının fizikasına, gözəlliyinə baxan kişilər zaman irəlilədikcə meyarlarını dəyişdirə bilərlər. Evlilik söz mövzusu olduğunda isə qadınlardan fərqli olaraq kişilər məntiqlərini daha çox dinləyirlər. Bəs kişilər hansı qadınlarla evlənmək istəyirlər? Diqqət etdikləri xüsusiyyətlər nələrdir?

Kişilərin evlənmək istəmədikləri qadın tipləri .

1 – Yemək bişirə bilməyən qadın. 

Kişilərin evlənmək istəmədiyi qadın tipləri

Qızlar çox təəssüf ki, özünü tərif edərmiş  kimi söylədiyiniz yumurta belə qıramamanız kişilərə heç cazibədar gəlmir. Kişilər üçün gözəl yemək hazırlayan və əli bacarıqlı olan qadınlar bir addım daha qabaqdadır.

2 - Həddindən artıq qısqanc qadın. 

Kişilərin evlənmək istəmədiyi qadın tipləri

Davamlı sevgilinizi gərəksiz qısqanclıqlarla boğur və ona rahat nəfəs almağa imkan vermirsinizsə, o da təbii olaraq sizinlə bir ömür keçirməkdən qorxacaqdır.

3 - Sevgilisinin şəxsiyyətini dəyişdirmək istəyən qadın.

Bu, qadınların ən çox  etdiyi səhvlərin başında gəlir. Bir kişini əldə etdikdən sonra dəyişdirə biləcəyinizi düşünmək və onu dəyişdirməyə çalışmaq, edə biləcəyiniz ən böyük səhvdir. Birini sevəcəksənsə, olduğu kimi sevməli və onu dəyişdirməyə çalışmamalısınız.

4 – Uşaq sevməyən qadın.

Kişilərin evlənmək istəmədiyi qadın tipləri

Türk filmlərində də tez-tez eşitdiyimiz "Evimin qadını, uşaqlarımın anası olacaqsan!" cümləsini boşuna söyləməmişlər. Hər nə qədər bəziləri ata olmağa maraqlı olmadığı kimi görünsə də hər kişi əvvəl- axır evdə kiçik bir uşağın olmasını istəyər. Əlbəttə ki, bu mərhələdə uşaq sevməyən qadınlar onlar üçün 1-0 geridədir.

5 - Çox pul xərcləyən qadın.

Tutumlu, hesabını bilən, bir evi idarə edəcək  qadınlar evləniləcək qadın kateqoriyasına əlbəttə daha rahat girir. Amma lazımlı gərəksiz demədən hər şeyə pul xərcləyən, tutumsuz olan qadınlar nə təəssüf ki, kişilərin bir seçimi deyil.

6 – Çox həssas qadın.

Kişilərin evlənmək istəmədiyi qadın tipləri

Qadınların kişilərdən daha həssas olduğu həqiqətini inkar edə bilmərik. Ancaq bu duyğusallığı şişirdən qadınlar da çoxdur. Hər sözə inciyən, kirpikləri həmişə nəmli bir qadın hər insanı bezdirəcəkdir. Hal belə olunca kişilərin evlənmək istədiyi qız kateqoriyasında həddindən artıq həssas qadınları görə bilmirik.

7- Atasıyla bağlı problemləri olan qadın.

Bu tip problemləri olan qadınlar ümumiyyətlə özlərindən böyük kişilərlə birlikdə olmağı seçərlər. Çünki içdən içə, atalarının əskikliyini doldurmağa çalışırlar. Bəlkə başlarda, yetkin kişilər, gənc qadınlardan xoşlana  bilər, amma bir müddət sonra qarşısındakı qadının problemləri olduğunu fərq edən bir kişi onunla bir ömür keçirmək istəməyəcəkdir.

8 - Karyera düşkünü qadın.

Kişilərin evlənmək istəmədiyi qadın tipləri

Karyera sahibi, müvəffəqiyyətli, özünə inamı yüksək qadınların cazibədarlığı inkar edilə bilməz. Amma həyatını karyerasına  bağlamış olan qadınlar kişiləri qorxudur.

9 – Böyüklük edən  qadın.

İlk başda edəcəyiniz böyüklük , kişi yoldaşınızın xoşuna gedəcək, lakin daha sonra bu davranışınızı xoş bir yanı qalmayacaq və özünü sevgilisiylə deyil, bir müəllimlə vaxt keçirir kimi hiss edəcək. Bu onu bədbəxt edər və sizdən uzaqlaşdırar.

10 – Təmiz olmayan qadın. 

Kişilərin evlənmək istəmədiyi qadın tipləri

Kişilərin çoxu təmizliyə çox əhəmiyyət verməz. Ancaq ortada inadla, heç bir zaman təmiz olmayan bir ev, bir qadın varsa, bu ən pinti kişini belə ən sonunda narahat edəcəkdır. Kişilərin xəyalı təmiz bir evin içində təmiz bir qadın görməkdir.

Səslərin sayı: 4
15
1952
loading...
Şərhlər
Offline
Mələksima
mence hamisi duz qeyd edilib ela

give_ros
26 dekabr 2015 00:04
Offline
Sebuhi Peri
mence hamisi duz qeyd edilib ela
25 dekabr 2015 16:33
Offline
Mələksima
Yeni bu dünyada elə insan varmıki uşaq sevməsin?

Yeqinki var.
4 – Uşaq sevməyən qadın.
Uşaqları çox sevirəm.
Birini sevəcəksənsə, olduğu kimi sevməli və onu dəyişdirməyə çalışmamalısınız.
Razıyam

give_ros Ellada Babayeva,
Emma Svon,
Suzanna ,
Təşəkkürlər xanımlar rəyləriniz üçün.
23 dekabr 2015 11:20
Offline
Suzanna
Mən deyərdimki yemək bişirə bilməyən qadın yoxdu sadəcə yemək bişirmək istəməyən qadın var.
23 dekabr 2015 11:06
Offline
Emma Svon
İfrat dərəcədə qısqanclıq və emosiya hər kəsi yorar. İstər qadında rast gəlinə, istər kişidə. Sevgi isə bütün bunları görmür.
23 dekabr 2015 08:30
Offline
Nermin_Guler
Boş söhbətdir. İndikilər bunu dərd etmir. İşləyən xanım istəyirlər. Həmdə yemək bişirən olan, özünə baxan, qısqanc olan və.s. Təcrübəmdən bilirəm.

Dediklərinizdə haqlısınız. Ancaq istisnalar da var.
23 dekabr 2015 07:45
Offline
Ellada Babayeva
Boş söhbətdir. İndikilər bunu dərd etmir. İşləyən xanım istəyirlər. Həmdə yemək bişirən olan, özünə baxan, qısqanc olan və.s. Təcrübəmdən bilirəm.
22 dekabr 2015 23:41
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Cavadova Xedice
Yeni bu dünyada elə insan varmıki uşaq sevməsin?
22 dekabr 2015 22:32
Offline
Mələksima
4 – Uşaq sevməyən qadın.Uşaqları çox sevirəm. Birini sevəcəksənsə, olduğu kimi sevməli və onu dəyişdirməyə çalışmamalısınız.Razıyam

give_ros
22 dekabr 2015 22:25
Offline
Şəri Babayeva
4 – Uşaq sevməyən qadın.

Uşaqları çox sevirəm. girl_ten
Birini sevəcəksənsə, olduğu kimi sevməli və onu dəyişdirməyə çalışmamalısınız.

Razıyam good
22 dekabr 2015 21:40
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Mələksima

Təbii ki, belə xasiyyətli insanları kim istəyər?!

Əlbətdəki heç kim fellow
22 dekabr 2015 21:19
Offline
QWEN
Təbii ki, belə xasiyyətli insanları kim istəyər?!
22 dekabr 2015 19:23
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Mələksima
Dəniz84,
S.S.90...Samir...,
give_ros
22 dekabr 2015 18:35
Offline
S.S.90...Samir...
Bahoooo ureyimizi oxuyufdular kii. crazy
22 dekabr 2015 18:01
Offline
Aysel İ.
Sevgi varsa qısqanclıq a olması tbiidir. Lakin bunu ifrat dərəcədə edib qarşındakını bezdrməmək şərti ilə.

Qarşındakını olduğu kimi sev dəyər ver. Dəyişməyə çalışma. Çünki sən onu elə o olduğu üçün sevmisən. Dəyişməyə çalışsan sənin üçün də maraqsız olacaq.

Qadınların çoxu birinci ailəsini sonra özünü düşünür deyərdim. yəni pulu da oana görə xərcləyir. Ancaq istisnalar var əlbətə ki.)

Sevgisini karyerasına qurban verən qadınları heç vaxt anlamamışam. yəqin ki, heç vaxt da anlamayacam.
Yemək bişirə bilməyən qadın yoxdur. əgər varsa da özünü yormaq istəməyən qadındır.))

Uşaq sevməyən qadın milyardda bir olar. çünki bu sevgi qadına yaradılışdan verirlir.

Qadın böyük qüvvədir. Qadın zərifdir, zəif deyil. lakin bu ona imkan vermir ki, Qadın evdə kişiyə hökmranlıq etsin. özünü daha böyük aparsın. Kişinin sözü keçdiyi ailələrdə ruzi, bərəkət, səadət və xoşbəxtlik olur. ən əsası tərbiyəli ğvladlar böyüyür.

Təmiz olmayan qadın var. Ancaq elələrini kim sevər ki." İt də yatdığı yeri təmizləyib sonra yatır"
22 dekabr 2015 17:25
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır