Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Kişiləri heyran edən qadın xüsusiyyətləri

Kişiləri heyran edən qadın xüsusiyyətləri

Kişiləri heyran etmək üçün qadınların etməsi lazım olanlar: Kişiləri heyran etmənin bir çox yolu var əlbət, amma bəzi qadınlar vardır ki, elə bir xarakterə sahibdilər ki, ən çətin kişilərlə belə bacara bilərlər. Bəs bu qadınların xüsusiyyətləri nələrdir? Heyranedici qadınlar həmişə səbrlidir. Anlıq əsəblərinə hakim olurlar. O an əsəbləşməzlər, düşünmədən hərəkət edən deyildilər.

Hər zaman kişinin attıdığı addımları çox yaxşı bilirlər və müşahidə edərlər. Düşünən qadınlar hər zaman ağılllı hərəkət edərlər. 3 gün oldu amma mənə zəng etmədi deyə bir kişinin arxasınca düşməzlər. O vaxt yeni planlar qurar və hər zaman oyunu öz tərəflərinə çevirərlər. Qadınların ən çox etdiyi xətalardan biri dərhal zəng etmələridir. Dərhal zəng etmək çox səhv bir addımdır. Siz zəng etməyin o, zəng etsin sizlə əlaqə qurmağa çalışsın.

Belə etdikcə arxasınca qaçırdan tərəf siz olarsınız. Özünüzü azad edin və telefondan əllərinizi çəkin. İki həyatda qarşınıza nə çıxacağı heç bəlli olmaz. Itirmək qorxunuz heç bir zaman olmasın. İtirmək qorxunuz yoxdursa, münasibətiniz daha azad yaşamaq imkanı əldə edərsiniz. Həm də lazımsız təzyiqlərlə qarşı tərəfi bezdirməmiş olarsız. Tələskən olmayın, gözləyin.

Kişiləri heyran edən qadın xüsusiyyətləri

Sevgilinizlə görüşdüyünüz zaman yeni görüşmə üçün planlar qurmayın. Qoy ilk addımı hər zaman qarşı tərəf atsın. Tələskən olmaq siz qazanan tərəf etməz, əksinə itirən tərəf edər. Bir də güvənsiz görünmənizə səbəb olar. İnam hər şeydir. Mübahisədən və davadan qaçın. Mübahisələr sizə heç bir şey qazandırmaz. Sakitliyi əldən verməyin. Naz etmək də pis bir hərəkətdir. Naz etmək hər zaman kişini bezdirir. Probleminiz varsa ciddi şəkildə üz-üzə danışıb həll edin. Daxili gözəlliyiniz nə qədər yaxşı olsa da, bu yalana inanmayın. Bir kişi hər zaman xarici görnüşə də diqqət edir. Gözəl olmağa diqqət edin. Amma baxımlı və gözəl görünəcəm deyə makiyajı həddən artıq istifadə etməyin. Qadının əsas silahı işvəsi və cilvəsidir. Özünüzü cazibədar edin. Bəzən bir baxışlarınız onu dəli etsin amma nəzarəti əldən verməyin. Baxışlarınızla, hərəkətlərinizlə çox şey anladın amma qoy o size əldə etmək üçün səy göstərsin. Bəlkə də, bunlar içində ən əsas mövzuya gəldik. Düşünmədən deməyin. Bəzən heç fərqində olmadan qəlb qıra bilərsiniz. Nəticəsi pis olan şeylər yarana bilər. Sözlər hər zaman çox vacibdir. Son olaraq özünüzə inanın! Özünüzə inanmaq müvəffəqiyyətin yarısıdır.

Səslərin sayı: 2
13
3104
loading...
Şərhlər
Offline
Aida M-ova
QWEN,
Fatma xanım,
Dəniz84,
Ellada Babayeva,
Çiçək,
Nermin_Guler,
Fatma xanım,
ZEHRAM,
Nermin_Guler,
Yagmur damlasi,
Aysel,
girl_smi
18 aprel 2016 18:27
Offline
Aysel
Ən böyük problemim səbrsizlik recourse
18 fevral 2016 15:24
Offline
S.S.90...Samir...
Fazla naz awik usandirir))))
21 dekabr 2015 01:16
Offline
Yagmur damlasi
Yaxsi xasiyyetli kisi ile yola getmeye ne var ki, esl qadin, cetin,qeliz xarakterli kisiyle yola getmelidir. Yani bunu bacarmaq da xususi bir meharetdir.
Xebere gore tesekkur edirem.
20 dekabr 2015 14:54
Offline
Nermin_Guler
Qadinlar istese bunuda bacararlar bezi qadinlardan sohbet gedir

Qadınlar hər şeyə qadirdir.
19 dekabr 2015 22:01
Offline
ZEHRAM
Qadinlar istese bunuda bacararlar bezi qadinlardan sohbet gedir
19 dekabr 2015 21:08
Offline
Fatma xanım
Siz zəng etməyin o, zəng etsin sizlə əlaqə qurmağa çalışsın.İndiki gənc qızlar dözmür ki o saat yapışırlar telefonnan
19 dekabr 2015 17:50
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Nermin_Guler
İndi qızlar qaçır oğlanların arxasınca. Bəli elə etməlidrlər ki, kişi hər zaman onda nə isə sirli bir şey görsün, hər zaman onu çözməyə çalışsın və bezməsin!
18 dekabr 2015 17:48
Offline
Çiçək
Kisilere xeyri yoxdur. bedasili ele ne etsen narazi olacaq, gozu orda burda olacaq.
18 dekabr 2015 13:21
Offline
Ellada Babayeva
Kişiləri heyran etmək üçün qadınların etməsi lazım olanlar.

Niyə qadın kişini heyran etmək üçün nəsə etməlidir? İndiki kişilərdə (bəziləri) yaman nazlıdırlar. Zamanə əks dönüş edir..
18 dekabr 2015 12:48
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Maraqlı fikirlərdir. Həm də doğru.Təşəkkürlər Aida.Ancaq qadın da insandır. Kişilər də anlayışlı olmalıdır.
Düzün desəm mənə elə gəlir ki, kişini kişi edən qadın yox, qadını qadın edən kişidi(əsasən də indi dövrdə)

Razıyam. "Yuvanı dişi quş yapar" ifadəsi ilə razıyam. Ancaq o yuvanı qoruyub saxlayan kişidir!
18 dekabr 2015 08:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Həmdə kişilər çox yersiz qısqananları xoşlamırlar
17 dekabr 2015 18:51
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
QWEN
Adamdan adama fərq var, eləsi var naz-qəmzəni bəyənir, eləsi var yox... Düzün desəm mənə elə gəlir ki, kişini kişi edən qadın yox, qadını qadın edən kişidi(əsasən də indi dövrdə)
17 dekabr 2015 16:25
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )