Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0914 AZN

Xərçəng xəstələrinə müjdə!

Xərçəng xəstələrinə müjdə!

"Guanabana" adlı bir meyvə, xərçəng xəstələrinə ümid oldu. Bu tropik meyvənin kimyaterapiya müalicəsində istifadə edilən dərmanlardan daha çox təsirli olduğu iddia edilir. Braziliyada yetişən guanabana, yağış meşələrində yetişir. Cənubi Amerikada bəzi bölgələrdə və Asiyanın da şərqində olur. Bu meyvənin xərçəngi tamamilə yox etməsinə dair qəti bir elmi təcrübə hələ ki, yoxdur. Ancaq sinə və qaraciyər üzərində kimyaterapiyaya dirənən bəzi xərçəngli hüceyrələrin məhv edilməsində təsirli olduğu meydana çıxdı. İddialar arasında kimyaterapiya müalicəsinin vücud üzərindəki təsirlərini azaltdığı və meyvənin toxumunun, yarpaqlarının isə immun sistemini gücləndirərək çəki və saç itkisinin qarşısını aldığı qeyd edilir. Elmi faktlarla qətiləşmədiyi üçün hələ tam bir şərh verilmir.

Xərçəng xəstələrinə müjdə!

İnsan üzərində də əhatəli bir test edilmədi. Fəqət bu meyvənin bir çox xəstəliklərə müsbət təsir göstərdiyi də bir həqiqətdir. Yerli xalq bu meyvəni qəlb xəstəlikləri, qaraciyər problemləri və astma xəstəlikləri üçün tez-tez istifadə edirlər. Guanabananın yararları ticarət qayğıları üzündən gizlədilirmiş. Deyilənlərə görə, elm adamları bu meyvəni uzun müddətdir incələyirmişlər və testin nəticələri ticarət məsələləri üzündən gizlədilirmiş. Mövzu ilə əlaqəli yazdığı məqalədə meyvəni dərinliyinə qədər incəliyən amerikalı elm adamı Christopher Lane ABŞ-ın irəlidə gələn xərçəng araşdırma quruluşu Nacional Cancer İnstitute-nin (NCİ) bu meyvəni 1970-ci illərdə kəşf etdiyini və xəstəliyin müalicəsində istifadə edilə biləcək bəzi nüansları tutduğunu dilə gətirir.

Xərçəng xəstələrinə müjdə!

Lane, 20 müstəqil labaratoriya testində əldə edilən tapıntıların bir nəticə məlumatlar halına gətirdiyini, ancaq bu ana qədər məlumatların xalqla və digər araşdırma quruluşları ilə paylaşmadığını önə çəkir. Meyvənin xərçəng müalicəsində istifadə edə biləcəyinə bağlı mübahisələr davam edərkən xərçəngi ram etmə mübarizəsi aparan xəstələr, “bir ümid” deyərək bu meyvəyə çatmağın yollarını axtarırlar. Guanabanadan hazırlanan kapsullar, bitki tərkibli müalicə dərmanları arasındakı yerini çoxdan aldı. Ölkəmizdə elə də çox tanınmayan meyvə, xərçənglə mübarizədə ucuz və təsirli bir vasitə olma ehtimalı ilə dünyanın öndə gələn quruluşları tərəfindən araşdırılmağa davam edilir.

Səslərin sayı: 2
13
3695
loading...
Şərhlər
Offline
S U S E N _BACI
Ölkəmizdə elə də çox tanınmayan meyvə, xərçənglə mübarizədə ucuz və təsirli bir vasitə olma ehtimalı ilə dünyanın öndə gələn quruluşları tərəfindən araşdırılmağa davam edilir. girl_ang
14 avqust 2016 14:02
Offline
Xəyalə Murad
Eqzotik meyvələri dadmaq gözəldirsə, faydalarını bilmək qat-qat gözəldir. Maarifləndirici xəbərlərimizin olması sevindirir.
21 may 2016 18:07
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Nermin_Guler
Maraqlı meyvədir. Bu saytın sayəsində dünyada olan qeyri-adi meyvələrlə tanış oluram mən. Hərçənd ki, bu bizə qeyri-adi gəlir.
21 may 2016 17:24
Offline
Ceylan Mumoğlu
Maraqlı da adları varmış.
21 may 2016 14:51
Offline
Aysel İ.
Allah şəfa versin bütün xəstələr.

Amin
21 may 2016 12:53
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
איסון ממדוב.
Bu meyveden burda var amma dadini hec sevmirem
24 yanvar 2016 17:52
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Cavadova Xedice
Allah şəfa versin bütün xəstələr.
24 yanvar 2016 17:41
Offline
Fatma xanım
Marketdə görmüşdüm ama rəngi saralmlşdı
17 dekabr 2015 19:15
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
QWEN
Allah(c.c.) heç kimə belə xəstəlik qismət etməsin, indi gərək bu meyvəni çoxaldalar
17 dekabr 2015 17:30
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Aysel İ.
Nə maraqlı meyvədir? Bunu Azərbaycanda tapmaq olur?) Təşəkkürlər Aida.
16 dekabr 2015 13:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Cavadova Xedice
Bu saytda belə bir xəbər oxumuşdum...Allah şəfa versin bütün xəstələr.
16 dekabr 2015 09:40
Offline
Xanim_Xatun
Allahim bu xəstəliklərin kokunu kəssin.
15 dekabr 2015 23:24
Offline
Azadə Həbibzadə
Teki xeyiri olsun
15 dekabr 2015 19:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır