Bakcell öz abunəçilərinə eyni qiymətə İkiqat Mobil İnternet trafikini təklif edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Yeni İldə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir: eyni qiymətə ikiqat həcmdə gündəlik mobil internet fürsəti.
Kampaniya çərçivəsində, Bakcell şirkətinin abunəçiləri eyni qiymətə, yəni gündə 0.20 AZN ödəməklə əldə etdikləri 50MB internet trafikinə əlavə olaraq 50MB bonus almaq imkanına malik olacaqlar (50MB + 50MB). 50MB bonus gün ərzində, səhər saat 6:00-dan axşam saat 18:00-dək etibarlıdır.
Kampaniya davam etdiyi müddətdə 50MB Gündəlik Təkrarlanan İnternet Paketini aktivləşdirən bütün yeni abunəçilər də 50MB+50MB bonus internet trafikini əldə edə biləcəklər.
Gündəlik 50MB internet paketinin qiyməti dəyişməz olaraq qalacaq, lakin abunəçilər öz mobil telefonlarında musiqi yükləmək, onlayn video izləmək, şəkil yükləyib paylaşmaq və elektron məktublar göndərmək, ”Facebook”, “Whatsapp” və sevdikləri digər xidmətlərdən faydalanmaq üçün ikiqat həcmdə internet trafiki əldə edəcəklər.
“Bu yaxınlarda keçirdiyimiz “ikiqat trafik” kampaniyası olduqca uğurlu oldu. Abunəçilərimiz bizə çoxsaylı müraciətlər edərək belə kampaniyaların tez-tez keçirilməsini xahiş edirlər”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib. “Abunəçilərimizin xahişlərini nəzərə alaraq və onların Yeni İldə mobil internet xidmətlərinə artan tələbatlarını təmin etmək üçün biz onlara daha çox mobil internet trafiki əldə etmək imkanını təklif etmək qərarına gəldik. Ümid edirik ki, gündəlik 100MB (50MB+50MB) internet paketi müştərilərimizin bayram əhval-ruhiyyəsini artırmağa və sevinc hisslərini öz dostları və yaxınları ilə paylaşmasına öz töhfəsini verəcəkdir”, deyə Mariya Toyçeva əlavə edib.
Qeyd edək ki, Yeni İl münasibəti ilə Bakcell şirkəti bu yaxınlarda abunəçilərə limitsiz şəbəkədaxili danışıq imkanı verən başqa bir kampaniyaya da start vermişdir. Həmin kampaniya çərçivəsində Bakcell abunəçiləri gündəlik cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanı əldə edirlər.
XƏBƏR LENTİ
Soğan suyunun faydaları
Biskivit tortu
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Günün qoroskopu: yeni, böyük işə başlamayın
Ən sürətli saç uzadan maska
Rihannadan 2 milyonluq yardım
Depressiyadasınız?
Bu gün Xəyalə Muradın ad günüdür!
Ölkələr həyəcan təbili çalır
Tarkan prezidentin valyuta çağırışına cavab verib
“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov
Hava haqqında
“Dostluq” ordeni aldı
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
"Sovetski"də yaşayanlara ev verildi
Bakıda pozulmuş xətlər insan həyatını silə bilər
Saçları tez-tez yumaq zərərlidirmi?
Saat dəyişikliyi problemi ilə bağlı AÇIQLAMA
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Ermənilər Azərbaycan ərazilərində yanğın törədiblər
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Qarabaşaq pəhrizi
Kartof haqqında bilmədiklərimiz
Nişasta şirniyyatı (foto resept)
Bərbərlərin saç qırxma metodları hər kəsi güldürdü-VİDEO
Sabahın HAVAsı
Məsləhətinizə ehtiyacım var
Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq
Azərbaycanda koronavirusa görə məktəblərdə tədbirlər məhdudlaşdırıldı - FOTO
Milli Şura dağılacaq?
Köhnəlmiş əşyaları dəyərləndirin
O da "Sefirin kızı"nda olacaq
Xilas olmaq üçün ayının dilini kəsdi məhkəməlik oldu-FOTO
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Uğurlu piroq (foto resept)
Türkiyədə 45 tonluq tank dənizdə batırıldı
Bu gün görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Bu gecə ƏN UZUN Gecə olacaq
"Sovetski", "Xutor" və "Papanin"də nə olacaq?
Mayli Sayrus bal ayını Mayamidə keçirir-FOTO
Sadə tərəvəz salatı (foto resept)
Gerçək eşqin 50 göstəricisi
Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası
Sosial şəbəkələrdə onlardan qorxurlar
Körpələrin boy və çəki cədvəli
Sabahın HAVAsı
Qan analizinin daha bir sirri
Nar suyundakı möcüzələr