Qadın və onun gözəlliyi – bəşəriyyəti daim riqqətə gətirən, öz cazibəsində saxlayan, Allahın yaratdığı şəriksiz dahiyanə, əvəzi olmayan incəsənət – incə sənət əsəri, ən möhtəşəm möcüzəsidir…
Nahaq deyilməyib: gözəl olmayan qadın yoxdur. Yaradılanların ən gözəli olan qadının gözəlliyi elə onun qadın olmağındadır. Hər gülün öz gözəlliyi olduğu sayaq, hər qadının da özünə məxsus qəşəngliyi, cazibədarlığı var.
Bu varlıq elə bir cazibədir ki, yaranışımızdan dünyadan köçənə qədər onsuz yaşaya bilmirik. Daim qəlbində – sevməyi bacaran əsl kişiyə ehtiyac duyan, kişi üçün, sevilmək üçün yaradılmış əsrarəngiz məxluq...
Allah onu yaradarkən kişinin başına dəymədi – başına şərik olmaması üçün, ayağına dəymədi – ayaqda qalmaması üçün, sinəsinə, ürəyinə yaxın yeri, qabırgasını seçdi – bir birilərini canları qədər sevmələri üçün...
Xoşbəxtliyi yalnız sevilməyindədir. Ondan törənirik, əvvəl ana kimi sevirik, tərbiyə alıb oğul oluruq. Yetkinləşdikcə isə, qadını yarımıza çevirib ondan həyat eşqi alırıq, kişi oluruq.
Bu eşq könlümüzü o qədər valeh edir ki, etiraf etməsək də bəzən, Allahdan sonra, qəlbən onun gözəlliyinin quluna çevrilirik.
Doğrudan da gözəl olmayan qadın yoxdur. Qüdrətli Yaradanım qadına elə bir gözəllik bəxş etmişdir ki, maddi aləmdə o gözəlliyin tayı – bərabəri yoxdur. Nədəndir, nə sirrdir ki, onlar od kimi cəzbedici, sevimli və ruhən yandırıcıdırlar?!
Olmaya Allah Həvvanı yaradanda palçığına bir az od qatıb ki, gözəlliyi ilə Adəmi heyran edib ürəyini alsın… Bəlkə də həmin od qohumluğudur ki, Şeytan insanlığın ilk günah sahibi – Həvvanın vasitəsi ilə Adəmi də aldadıb qadağanı pozdurdu. Yoxsa, paxıllığını çəkdiyi insanı heç vaxt öz gücünə, tək başına yolundan döndərə bilməzdi…
Cəzalandırılıb hərəsi Yerin bir tərəfinə göndərilsələr də Adəm havasız – Həvvasız yaşaya bilmədi. Bu ayrılıqdan sonra Həvva qadın olmaq səadətinin dəyərini dərk etdi. Əziyyətlər bahasına belə istəklilər bir- birinə qovuşdu. Çünki, Allah insanın qəlbinin dərinliklərində elə bir heyratamiz hiss yaratmışdı ki, o hissin sehrindən nə Adəmlə Həvva baş aça bildi, nə də əsrlərlə, min illərlə bu günə kimi artıb çoxalan övladları…
Odur ki, Yerin seytanı, mələyi olan QADIN – şözsüz, mübahisəsiz ömrümüzün, dünyamızın yaraşığı – bəzəyi, gözəlliyidir!..
Rövşən Yerfi
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Davudoğlunun Ermənistana səfərdədir
Hadise üsyan etdi
Göyərtilərin faydalı xüsusiyyətləri
Bülent Ersoy bu dəfə küçədə pul payladı-FOTO
Ən bahalı qidalar
Əslində isə bunu yeyirik
Su içərkən nəyə diqqət etməli?
Nataşa Koroleva boşanır?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Hicablı qadınlar üçün 2019 yaz dəbi
Azərbaycana bahar gəlib
Bakıda 22:00-a kimi qadağa
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
İŞİD üzvü Moskvaya gedib çıxdı
Sizin stiliniz hansıdır?
Gözəl güllər
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Fərqli manikür nümunələri
Qadin.Net - 2 Yaşın mübarək!
Günün qoroskopu:Təşkilatçı olun!
Noutbuklar liderliyi itirir
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Saç və dırnaq maskası
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Acun dünya məşhurları ilə bir siyahıda
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Pəhrizinizə dəstək-karbohidratlar
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
"Kızım" FİNAL EDİR
Buludların üzərində piyada gəzinti
Vətəni canı bahasına qoruyanlar - VİDEO
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Kafirin küfrü artdıqca...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Fərqli dekorasiya modelləri
Yay ayı üçün toy geyimləri
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Nə içirik?
Varlılarla yoxsullar arasındakı 10 fərq
Hindsayağı pirojki (foto resept)
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Hava haqqında - 12.02.2014
Hava necə olacaq?
Ruzinizin artmasını istəyirsinizmi?
- ŞƏRHLƏR