Azərbaycanın Pakistandakı səfirliyindən Azərtac-a bildiriblər ki, tədbirdə bu ölkənin gömrük və vergi naziri Muctaba Şuca-ur-Rehman, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur, "Edhi Homes" kimsəsizlər evinin rəhbərliyi, burada məskunlaşan uşaqlar və media nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən səfir Daşqın Şikarov hazırda Azərbaycan ilə Pakistan arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, bu baxımdan Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Diplomat Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramının icra olunduğunu qeyd edib. O, Azərbaycanın birinci xanımının xüsusilə kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.Pakistanın gömrük və vergi naziri Muctaba Şuca-ur-Rehman tədbir iştirakçılarına ölkələrimiz arasında əlaqələrin tarixindən, Azərbaycanın Pakistan xalqına xüsusi sevgisindən bəhs edib. O, uşaqlara Azərbaycan ilə bağlı öyrənməyi və ölkəmizi sevməyi tövsiyə edib. M.Ş.Rəhman bu cür tədbirlərin Pakistanın bütün əyalətlərində hər il keçirilməsinə və ən çətin günlərdə ölkəsinin yanında olmasına görə Azərbaycan xalqına, dövlətinə, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya öz xalqı adından dərin minnətdarlığını bildirib. Nazir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən belə humanitar və sosial tədbirlərin iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur çıxışında Heydər Əliyev Fondu tərəfindən Pakistanın bütün bölgələrində həyata keçirilmiş humanitar tədbirlər haqqında məlumat verib, bu qəbildən olan silsilə tədbirlərin ölkəsi üçün əhəmiyyətini xüsusilə qeyd edib. O, həmçinin Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyini, Lakki Marvat bölgəsində, zəlzələdən zərər çəkmiş Bəlucistan əyalətində, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu heyvanın qurban kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığını vurğulayıb, bütün bunlara görə Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib.Sonra səfir Daşqın Şikarov və nazir Muctaba Şuca-ur-Rehman kimsəsiz uşaqlara Heydər Əliyev Fondu adından təhsil ləvazimatları və müxtəlif hədiyyələr paylayıb.Tədbirin sonunda səfir Daşqın Şikarov və nazir Muctaba Şuca-ur-Rehman media nümayəndələrinə müsahibələr veriblər.Nazir müsahibəsində 2012-2015-ci illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil sahələrində bir sıra humanitar layihələrin icra edildiyini qeyd edib. O bildirib ki, "Edhi Home" kimsəsizlər evlərində, "Akbar Care" Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar "Kulsum İnternational" klinikalarında "Hepatit B" virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar edilib. Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş "Suzuki" markalı təcili tibbi yardım avtomobili və minlərlə qan köçürmə paketi hədiyyə edilib. Xayber göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardimlar olunub. Nazir 2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində "Heydər Əliyev su təchizatı", 2015-ci ildə isə Qucarxanda "20 Yanvar şəhidləri su təchizatı" layihələrinin icra olunduğunu xatırladıb, bunun nəticəsində ərazidə yaşayan on minlərlə sakinin içməli su ilə təmin olunduğunu bildirib. O, Pakistanda həyata keçirilən humanitar layihələrə görə Azərbaycanın birinci xanımının 2012-ci ildə "Humanizm rəmzi - 2012-ci ilin qadını", 2013-cü ildə "Şəhid Bənazir Bhutto" mükafatları, 2015-ci ildə isə "Hilale-Pakistan" ali ordeni ilə təltif olunduğunu qeyd edib.KİV nümayəndələrinə müsahibə verən səfir Daşqın Şikarov Azərbaycan-Pakistan dostluğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Diplomat Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən belə humanitar tədbirlərin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə təkan verdiyini bildirib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Pakistanın daim Azərbaycanın yanında olduğunu qeyd edib. D.Şikarov Ermənistan tərəfindən tarixi Azərbaycan torpaqlarının işğalı, həmçinin xalqımıza qarşı törədilən soyqırımı faktına görə Pakistanın Ermənistanı dövlət kimi tanımamasını yüksək qiymətləndirərək Pakistan dövlətinə və xalqına dərin təşəkkürünü bildirib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qəbələ rayonu
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
"8 Mart" salat-tortu (foto resept)
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
Sabahın HAVAsı
Özünə inamı artırmanın 6 yolu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Parkinson xəstəliyi
Günün qoroskopu: hər şey alınacaq
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Hava haqqında
Məşhur ulduzun qızı GÜNDƏMDƏDİR-FOTO
Dərinizi oxuyun
Girovlar necə qaytarıldı?
Qəddafidən sonrakı Liviyanın ilk Baş naziri Bakıya gəlir
Metroda rahat getmək istəyirsiniz?
Məşhur cütlük BOŞANIR-SƏBƏB
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Paytaxtda iri marketlər bağlanır
Dünyanın ən darısqal şəhəri
Haluk Leventdən örnək addım - FOTO
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Dünyanın malı dünyada qalacaq
Finalda azərbaycanlı - erməni qarşıdurması
Böyük əvf olacaq?
İsmə aid biliklərin yoxlanılması
Əliyev: Əgər bir də belə olacaqsa...
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
ABŞ-ın COVID-19 peyvəndinin nə vaxt hazır olacağı açıqlandı
Meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq
Bakı səmasında təyyarə və helikopter ŞOUsu olub
Prokurorluqda işləmək istəyənlərin nəzərinə
HAVA necə olacaq?- 17 fevral
Sarı şam kimi yanan paxistaxis
Mirvari sevənlər üçün
Maksim Şevçenko: “Mən ədalətin tərəfindəyəm” - VİDEO
Günün ulduz falı - 24.01.2014
Şuşaya yeni polis rəisi təyin edilib
Sərt karantinin tətbiq olunduğu ərazilərdə SMS icazə almaq üçün təlimat - VİDEO
Bakıda beynəlxalq tədbir
Azərbaycanda təqaüdçülərin sayı artacaq
Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə
Uşaq istismarı yoxsa sənət?
Turun gözəl qolları
Çindən gətirilən Azərbaycan vətəndaşları xəstəxanaya yerləşdirilib
Türk ordusu Suriyaya girdi
Damla şokoladlı keks (foto-resept)
Mehriban Əliyevadan örnək addım-FOTO
Qadınların dostu naringi
Sabahdan bu yol bağlanır (XƏRİTƏ)