Milli.Az Azərtac-a istinadən bildirir ki, Heydər Əliyev Mərkəzində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun dəstəyi ilə reallaşan sərginin açılışında iştirak edib.Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. İstedadlı uşaqların "Xəyallarla dolu qəlblər" adlı sərgisi də belə layihələrdəndir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və sərgi iştirakçıları Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi, "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakıdakı və regionlardakı uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri ilə tanış oldular.Uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biridir. Fondun fəaliyyəti əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib. Heydər Əliyev Fondunun himayəsi altında həyata keçirilən aksiyalar sırasına məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evləri və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair proqram, Azərbaycanda, əsasən kənd yerlərində yeni məktəb binalarının inşası, müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi daxildir. Bu tədbir də istedadlı uşaqların yaradıcılığına dəstək, onların bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır.
Sərgi ilə tanışlıqdan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar barədə film nümayiş etdirildi. Balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.Tədbirin sonunda uşaqların əl işlərinin satışı təşkil edildi. On beş əsər yerindəcə satıldı. Toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək. Dörd yüzədək əsərin nümayiş olunduğu "Xəyallarla dolu qəlblər" sərgisi iki gün davam edəcək.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Özge Ulusoydan ayrılıq xəbəri
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz
Bakını toz bürüyəcək
Letolojika
Bölgə yazarları həyəcan təbili çalırlar
Bu gün Salatın Əsgərovanın doğum günüdür
Azərbaycanda zəlzələ olub
Gəlinlər üçün ayaqqabı modelləri
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
iPhone sahiblərinə xoş xəbər
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
Zəriflərimizin zəif cəhəti...
850 minə yaxta aldı - FOTO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Gif avatarlar
DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ
Ginekoloqa getmək üçün 7 səbəb
Vaxtımız: xəyallar, yoxsa məqsədlər?
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
45 yaş sonrası üçün dəbli geyimlər
Demetin evini yardılar
Nazim ilə Piraye
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
İrəvana ikinci zərbə
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Günün ulduz falı
Ən sevdiyim paltarlar və ya paltar növləri
Ətli göbələk ( foto-resept)
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
"Qanlı Ay" tutulması nə vaxtdır?
Hindli futbolçunun yaşını eşidən şoka düşür
Portağallı-limonlu tort (foto-resept)
Azərbaycanda qar yağıb
Lauranın maraqlı makiyaj nümunələri
Günəşin dəri üzərindəki təsiri
Analoq televiziya yayımının dayandırılma tarixi açıqlandı
Uşağınızı ayrılığa öyrəşdirin
Qan içən qadın
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Şokoladla gözəlliyə doğru
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hər yaşa uyğun saç modelləri
Karantin rejimi yumşaldılacaq - Baş nazirdən ŞAD XƏBƏR
- ŞƏRHLƏR