Ailənin gündəlik istifadəsində olan plastik kütlələrin növləri və onların nişanlaması bu qablaşdırma növləri haqqında ətraflı məlumat əldə etməyə imkan verir.
Plastik в„– 1 (PETE və ya PET) - polietilentereftalat. Milli.Az vib.az-a istinadən bildirir ki, plastikin ən çox yayılmış növüdür. Sərinləşdirici içkilər, ketçuplar, bitki yağları, kosmetik vasitələr və s. saxlanması üçün istifadə olunur. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır. Bu növ plastikin istehsalı xüsusi xərclər tələb etmir. Plastikin belə növündən istifadə etmək yalnız bir dəfə olar. Təkrar istifadə vaxtı butulka və ya qutu təhlükəli maddə- ftalat ifraz edir (zəhərlidir, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər). Plastikin bu növündən Avropada və ABŞ-da uşaq oyuncaqları hazırlamaq qadağandır.
Plastik в„– 2 (HDPE və ya PE HD) - yüksək sıxlıqlı polietilenidir. Müəyyən qədər ucuz, temperatur təsirlərinə davamlıdır. Belə plastik plastik paketlərin istehsalı vaxtı istifadə olunur, birdəfəli qab-qacaq, qida konteynerləri, yuyucu və təmizləyici vasitələr üçün süd və konteyner üçün paketlər hazırlanır. Emala təslim olur, ikinci istifadə üçün yararlıdır. Nisbətən təhlükəsizdir, hərçənd ki, formaldehidi ifraz edə bilər (zəhərli maddədir, əsəb, tənəffüs və cinsiyyət sistemlərini zədələyir, nəsildə genetik pozulmasına səbəb ola bilər.
Plastik в„– 3 (PVC və ya V) - polivinilxlorid. Plastik kütlənin bu növü texniki məqsədlərlə istifadə olunur. Məsələn, plastik pəncərələrin istehsalı üçün, mebelin elementləri, borular, süfrələr, texniki maye üçün konteynerlər və başqa. Qida istifadəsi üçün zərərlidir. Plastik kütlənin tərkibində bisfenol A, vinilxlorid, ftalat, həmçinin kadmium var. Plastikin ən təhlükəli növlərindən biridir. Yandırma vaxtı havaya çox təhlükəli və zəhərləri kanserogen dioksinlər ifraz edir.
Plastik в„– 4 (LDPE və ya PEBD) - aşağı sıxlıqlı polietilendir. Paketlər, zibil kisələri, kompakt-disklər və linoleumun istehsalında itifadə olunur. Bu növün kifayət qədər geniş yayılmasının səbəbi ucuzluğudur. Nisbətən təhlükəsizlik. İnsanın orqanizmi üçün PET-paketlər demək olar ki, təhlükəsizdir ( ancaq ətraf mühitə onların təsirini unutmayın). Nadir hallarda PE-LD növlü formaldehidi ifraz edir. Emala və ikinci istifadəyə təslim olur.
Plastik в„– 5 (PP) - polipropilen. Möhkəm və istiliyə davamlıdır. Ondan qida konteynerləri, şpritslər və uşaq oyuncaqları hazırlanır. Daha təhlükəsizdir, amma bəzi hallarda formaldehidi ifraz edə bilər.
Plastik в„– 6 (PS) - polistirol. Plastik kütlənin bu növü ilə siz ət və ya süd bölməsində rastlaşa bilərsiniz. Ondan yoqurt üçün stəkanlar, ət qabları, tərəvəz və meyvə qutuları, sendviç-panellərin və istilik izolyasiyası lövhələrinin istehsalı üçün istifadə olunur. Təkrar istifadə vaxtı stirol kanserogen maddəsi ifraz edir. Mütəxəssislər imkan daxilində plastik kütlənin bu növündən istifadədən imtina etməyi və ya minimuma endirməyi və onun istehlakını azaltmağı məsləhət görürlər.
Plastik в„– 7 - polikarbonat, poliamid və başqa növləridir. Bu qrupa nömrə almamış digər plastiklər daxildir. Onlardan uşaqlar üçün kiçik butulkalar, oyuncaqlar, su üçün butulkalar, qablaşdırmalar hazırlanır. Sıx yuma və ya qızma vaxtı bisfenol A (insanın orqanizmində hormonal nasazlıqlara səbəb olan maddə) ifraz edir.
Bütün yuxarıda göstərilən plastik kütlənin tərkibində olan əlavə kimyəvi maddələr bu və ya digər dərəcədə müşahidə olunurlar. Orqanizm üçün plastik kütlənin özü təhlükəli deyil, amma əlavə maddələrin tərkibində gizli təhlükə vardır. Əlbəttə, siz nə qədər lazımdırsa plastik kütlənin istənilən növündən istifadə edə və orqanizmdə hansısa bir dəyişikliklərin baş verdiyini hiss etməyə bilərsiniz. Amma bu o demək deyil ki, onlar yoxdur.
Plastikin bütün növ zərərləri özü haqqında istənilən vaxt xəbər verə bilər. Daha dəhşətlisi odur ki, bütün bu zərərli maddələr sizin nəslinizin sağlamlığına təsir edə bilər. Buna görə plastikdən istifadəni bacardığınız qədər minimuma endirin. Mətbəxinizdəki bütün plastik qab-qacaqla vidalaşın. Çalışın heç bir halda dondurmanın, mürəbbənin və s. plastik bağlamaların bankalarını təkrar istifadə etmək üçün saxlamayın.Xüsusilə uşaq butulkalarının nişanlarına diqqət yetirin. İşə yemək götürdüyünüz plastik saxlama qablarını çalışın tez-tez dəyişəsiniz. Hətta ən keyfiyyətli qutular belə sizə bir aydan çox xidmət etməməlidir. Hər hansi plastik qab alanda onu mütləq iyləyin hətta balaca bir xoşagəlməz qoxu sizi həmin malın keyfiyyəti haqqında düşünməyə vadar edəcəkdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hərbçilərimiz təlim kursu keçəcəklər
2013-cü ilin gündəlik və mərasim geyimləri
İnanılmaz və qəribə dostluqlar
Qadin.Netlə bağlı ən xoş xatirələrimiz (Son)
Fərqli manikür nümunələri
Günün qoroskopu: Münaqişə etməyin!
Keti Perri hamiləliyini bu cür təsdiqlədi-VİDEO
Ermənilər hərbçimizi vurdular
Zaman və sevgi...
Azərbaycanda toylara icazə verilməsi ilə bağlı Hikmət Hacıyevdən AÇIQLAMA
Çində tibbi maska çatışmazlığına görə yeni çarəyə tapdı
Azərbaycan FHN-in təyyarəsinin Nepala uçuşu məsələsi həll edilir
Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
Məşhur aktrisa ana olduğunu hər kəsdən gizlətdi
Qadın ana olandan sonra niyə aqressivləşir?
Kişilər nəyə görə qadınlardan hündürdülər?
Azan çiçəyi
Keyt Middltonun svarovski ilə bəzədilən geyimi - FOTO
AzTV Şuşada yayımlanmağa başladı - VİDEO
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
Burning Man festivalında qeyri-adi stillər
Fahriye Evcen baldızı ilə mübahisəsindən DANIŞDI
Bu qadın "Kainatın Gülüşü" tituluna layiq görüldü-FOTO
Britni Spirsdən arıqlamaq üçün məsləhət.
Təhsil qız üçün vacibdir yoxsa oğlan üçün?
Nurgül Yeşilçay ərə gedir-FOTO
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Bakıda təhlükə: özünüzü qoruyun!
La Liqada ölüm-dirim mübarizəsi: "Kral" pusquda
Ağdərənin işğalından 26 il ötür
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir? – NASA-nın UNO faktları
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Valideyinlərə SOS - Uşaqlar necə "zəhərlənir"?
Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
"Zərif" piroqu (foto resept)
Peşə seçərkən diqqətli olun
Göyərti qutabı (foto-resept)
Pendirli-göbələkli kotletlər (foto resept)
Tapın görək?!
Pensiyaçılara Bakı 2015 müjdəsi
BÜRCLƏR bizə nə vəd edir?-4 Sentyabr
HAVA necə olacaq?-28 Sentyabr
Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edildi
I Pinco Pallino- dan uşaq geyimləri
Qarpızın fərqli təqdimatı
Etiket qaydaları
Güclü külək Bakıda tufan qopardı
“Çukur”da yeni aktyor
- ŞƏRHLƏR