Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.Oxu.Az-ın xəbərinə görə, məlumatda deyilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.Müəyyən olunmuşdur ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmışlar.Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər.Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar.
Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdir.Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə,2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır.Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır.Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilmişdir. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
ABŞ-dan Rusiyaya müharibə siqnalı
Rusiyanın “Eurovision” təmsilçisi ölkəsindən mühacirət etdi
Məhsullarımıza tələbat artıb
Elektrikli avtomobil Bakıda
Qvardiola rəqibinin tərifini göyə qaldırdı
İstanbulda Xocalı faciəsi ilə bağlı fləşmob
Bakıda taksidə doğulan uşağın görüntüləri-VİDEO
Günün ulduz falı
Jan-Klod Brisso vəfat etdi-FOTO
Dünyanın ən qoca atasının arvadı qaçdı
Qurban bayramında neçə gün iş olmayacaq? - AÇIQLANDI
Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdilər
Günün ulduz falı
Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur
Məşhurların uşaqlıq şəkilləri
"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”
Moruq mürəbbəsi (foto resept)
Məşhur cütlüyün təzminat davası
Meryem Üzerli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Viktoriya Bekhem təbii dəridən imtina etdi
“Fatmagülün suçu ne?” rekord qırır
Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİ
Manat bir günə 33% ziyan vurdu
Stil ikonu Taylor Tomas Hill
BÜRCLƏR bizə nə vəd edir?-3 Yanvar
Çində COVID-19-un ikinci dalğasının olmamasının səbəbi izah edildi
2014 - Yeni iliniz mübarək!
Karantin qaydalarını pozanların robotlarla imtahanı - VİDEO
Ramazanın 9-cu gününün duası
Rəğaib gecəsi
Çalışan analara məsləhətlər
Bakı aeroportunda erməni qadın saxlanılıb
Qarabağın məşhur motal pendiri necə hazırlanır? - FOTO
“Jazz”-ın yaranması
Sahə həkimi kimdir, nə iş görməlidir?
Çayı isti içənlərə XƏBƏRDARLIQ
Qırmız rəngli köynəklər
“McDonald's”lar bağlandı
Tort bəzəyi üçün şokolad necə hazırlanır?
Emin 4 gün Amerikada anşlaq etdi
"Facebook" yeni funksiyanı test etməyə başlayıb-FOTO
Bitişik əkiz bacılar əməliyyatla ayrılıb
Günün ulduz falı
Qüdrətli gülüş ustası Nəsibə Zeynalovanın anadan olmasından 99 il keçir
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyindilər
Türkiyə döyüşə hazırdır
Fərqli saç aksessuarı
XİN: “Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir”
Rayonlara gediş-gəliş bərpa edilir? - RƏSMİ AÇIQLAMA
- ŞƏRHLƏR