Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Özünüzü sevin (hekayə)

Hadisə üç il əvvəl baş vermişdi. Biz internetdə tanış olmuşduq. İki aya yaxın ünsiyyətdə olduq. Sonra isə görüşmək qərarına gəldik. O, gözəl, yaraşıqlı, cavan idi və onun gözəl gözləri vardı. Biz bir-birimizi çox bəyəndik. Görüşməyə başladıq. Bu valehedici bir hiss idi. O, hiss ki, sən bir adama etibar edirsən və o, sənə etibar edir. Biz hər gün görüşürdük. Gecələr söhbət edir, gəzirdik. Hər şey demək olar ki, bir ay davam etdi.

Özünüzü sevin (hekayə)

Bir gün o, mənə dedi ki, vərəm xəstəsidir. Ona kiçik bir əməliyyat etmək lazımdır. Mən hönkür-hönkür ağlayırdım. O, dedi ki, biz daha görüşməyək. Məni çətinə salmağını istəmirdi. Mən isə onun dayağı olacağımı və hər şeyə dözəcəyimi dedim. O, razılaşdı. Bu barədə valideynlərinə də dedi. Ancaq onlar əleyhinə idi. Buna baxmayaraq mən yenə də onun yanında olmağa qərar verdim.  

Hər gün işlərimi kənara qoyub, onun üçün yemək hazırlayıb, xəstəxanaya gedirdim. Mən ona hər şeyimi verdim, əvəzində isə heç nə istəmədim. O, altı ay ərzində sağaldı. Bir ay keçdi. Atası onu paytaxta işləməyə göndərdi. Mən onunla ayrılmaq istəmirdim və buna görə də onunla getməyə qərar verdim. Ona görə valideynərimlə də dalaşdım. Ancaq mənim on səkkiz yaşım olmamışdı buna görə də, mən geri qayıtmalı oldum. 

Özünüzü sevin (hekayə)

Mənə acı verən isə onun valideynlərinin məni qəbul etməməsi idi. O, mənim üçün hər şey idi. Vaxt keçdikcə o məndən uzaqlaşmağa başlayırdı. Bir gün isə o, mənə paytaxtda bir qızı sevdiyini dedi. O vaxtdan biz daha görüşmədik. Amma mən indiyənədək valideynlərim qarşısında xəcalət çəkirəm. Onları heç vaxt incitməyin. Bir insanı sevib ona özünüzü fəda etməyin. Oğlanlar bunu heç vaxt qiymətləndirməyəcəklər. İndi məndə hər şey yaxşıdır. Çox sevdiyim həyat yoldaşım və övladım var. Mənim səhvim olmasına baxmayaraq o, həmişə mənim qəlbimdə qalacaq.

Tərcümə etdi: Şəri Babayeva

Səslərin sayı: 3
5
2194
loading...
Şərhlər
Offline
Şəri Babayeva
Ellada Babayeva,
alisa1971,
Təşəkkür edirəm.
26 noyabr 2015 20:08
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
alisa1971

Hekayəni oxudum, təsirləndim, bir şeirim istəyirəm onu şərh kimi yazım...ananın qızına nəsihətidir, sonda ana, ata və qızının əzabı...

Sevmə qızım, yanarsan,
Sevgində yanılarsan,
Məni də yandırarsan,
Bu eşqin içi alov.

Yox, sevirəm, ay ana,
Gərək gedəm mən ona,
Qulaq asmaram sana,
Mənim eşqim dəlisov.

Qızım, peşman olarsan,
Atanı sındırarsan,
El-aləmin içində
Onun da hörməti çox.

Gedəcəyəm, ay ana,
Versən də, verməsən də.
Qovuşacam mən ona,
Çünki daha səbrim yox.

Məndən gizlicə, xəlvət,
Qızım qoşuldu qaçdı.
Mənim ərköyün qızım,
Həyata baxışın kor.

Ata üsyan eylədi,
Hirsi tüğyan eylədi,
Dözmədi ata qəlbi,
Dərddən İnsult eylədi.

Gecə-gündüz dərdindən,
Qızım öldüyü oğlan,
Sən demə evli imiş,
Həyatım oldu viran.

Ömrün acısın daddım,
Qızım, dərdim böyükdür.
Sənin atdığın addım,
Taleyimdə bir yükdür.
26 noyabr 2015 14:42
Offline
Ellada Babayeva
Hər çətinliyimizə dözən valdeynlərdir. Nə olursa, olsun onlar həmişə bizi bağışlayır.

Valdeynlərimizin qədrini bilməliyik.
25 noyabr 2015 22:35
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Şəri Babayeva
Fatma xanım,
Bəli, elədir Fatma xanım. Razıyam sizinlə. Oxuduğunuz üçün təşəkkür edirəm. give_ros
25 noyabr 2015 19:44
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Fatma xanım
Çox diqqətlə oxudum həyatda vicdansızlar çoxdu gənc qızlarda gərək valideynə qulaq asalar çün ki yad oğlan onlara sən mənim heç nəyim deyilsən deyəndə valideyin övlada sən mənim hər şeyimsən deyir
25 noyabr 2015 18:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )