Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
11:46leylahuseynova Salam gununuz ugurlu olsun 11:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun! 16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu?
37972

Qızdadır günah

 

Qızdadır günah

 

Qızdadır günah

Canım vətənimin hər guşəsində eşidə biləcəyiniz bir deyimdir. Bir atalar sözü, hətta məsəl olduğu düşünülsə də, sadəcə cəhalətin və patriarxiyanın sərhədsiz olduğunu bizə isbat etmək üçün yad planetliler tərəfindən dünyamıza gətirildiyini düşünürəm. Yox, buna səbəb məntiqsiz olması deyil. Yəni, əgər bir qadın cinayət işləmişsə, hakimin toxmağı vurub "qadındadır günah" deməsi və mənim " bunları əzbərdən bilir?!" nidama səbəb olan maddələri sayması məntiqlidir. Amma... Sizə bir-iki əmmanı örnəklərlə göstərim:

Örnək 1: məkan Azərbaycan, qardaşı evdə tək olan bacısına təcavüz edib və bir insanın bu mövzudakı Şərhi: Qız bilir ki, qardaşı oğraşdı. Niyə hamı toya gedibsə, o da getməyib? Qızında günahı var. (!)

Örnək 2: 17 yaşlı qız ayrılmaq istədiyi sevgilisi tərəfindən vəhşicəsinə öldürülüb.
Şərhi: 17 yaşlı qızın dırnaqları niyə elə boyalıdır? (!?)

Yuxarıdakı örnəklərin 22 illik həyatım boyunca eşitdiyimi demək istərdim, lakin bunlar sadəcə son 1 ildə sosial şəbəkələrdə gördüklərimdir. Sosial şəbəkə? Ah, o hər kəsin qanadları yonulmuş mələk, Kəlməyi-Şəhadəti bilməyən imam, Darvinin ilk adını bilməyən ateist-təkamülçü, oğurladığı tək şey qonşunun alması olan "vorzakon", ruhu əxlaqdan yoxsun ikən, özü əxlaq dedaktoru olan insanların bol-bol olduğu bir yer. Mövzumuza qayıtsaq, millətimizin "qızdadır günah" deməyi necə sevdiyini və hər söhbətə öz əxlaqlı, tərbiyəli şəxsiyyətini isbat etmək üçün necə zorla sıxışdırdığını anladıq. Ən acınacaqlısı nədir? Yuxarıdakı şərhlər qadınların idi. "Sapı özümüzdən olan baltalar...".

Bu "yaxşı qız" sendromu ilə, "mən müqəddəs bakirə axtarıram, özüm vecsiz və bir işə yaramayan fersiz olsam da" psixologiyasının dərinlərinə enmək istərdim, lakin yenə "mentalitet" adı altında, əslində milli mentalitetimizə zidd olan çürük bir şeylər çıxacaq ortaya. Niyə zidd? Nağıllarımız, dastanlarımız, nəğmələrimiz... Bizə sevginin, sevilməyin iki tərəfli olduğunu anlatmırmı? "Namus"un sadəcə qadın cinsinin “yükü” olmadığını, kişilərin də qorumalı olduğu bir şey olduğunu demirmi? Aha, qorumaq deyəndə qadınları boş buraxsaq pis yola düşəcək bir əxlaqsız kimi görmək əvəzinə, hər gördüyü qadına əxlaqsız kimi baxmamağı nəzərdə tuturam. Bu bir az çətin oldu, hə?

"Qızdadır günah"- bu ifadəni hər eşitdiyimdə, deyən insana nifrət yaranır məndə. Bir qadın olduğumdanmı, yoxsa oğlanları iffət-namus-ağıl abidəsi hesab edib, əslində oğlanların günahı olan hər xətanı qadınların qanı ilə təmizləməyə çalışan bir cəmiyyətdə yaşadığımdanmı, bilmirəm. Bir cəmiyyətdəki təcavüz belə "qızdadı günah" deyə açıqlanır... Təcavüzdə günah qadında necə ola bilər? İçkisinə afrodizyak qatdığı kişinin qabağında striptizmi oynadı? Digər bir ironiya isə, bir kişi qadını öldürsə, bəhanə hazır-namus üstündə. O dəqiqə böyük ehtimalla heç bir günahı olamayan qadına lənətlər yağırıb, əslində cinayatkər alçaqdan başqa bir şey olmayan kişiyə medal taxan minlərlə "əxlaq keşikçiləri" tapılacaq. Ay "namus" anlayışının başına döndüyüm millətim, o xəyanəti kişi edəndə, "kişidi, edər" deyəndə bu səbəbdən, ya da bəhanədən öldürülən qadınlara etdiyiniz lənətlər boğazınızda düyümlənmir? Vicdanınızı sızlatmır? Hər şey cəhənnəm, bari utanırsınızmı? Aha, " kişiylə qadın eyni deyil ki" deyə düşündüyünüzü süper güclərimlə hiss edirəm, ya da bu ürək bulandıran fikiri az qala hər kəsdən eşitdiyimdən təxmin etdim.

 

Qızdadır günah

 

Bir sual: o fərq nədi? Mənə "adına söz gələr" kimi çeynənmiş, mənasız açıqlamalar etməyin. Çünki elə adına söz çıxaran sən və sənin kimi başqasının həyatına burnunu soxmağı sevənlərdi. Bəli, sən! O, siz, biz! Bəlkə də elə mən!

İndi mənə başqalarının sözlərini tutuquşu kimi təkrar etmədən kişi ilə qadının fərqini açıqla. Fiziki demirəm, mənəvi. Necə olur ki, "namus" ancaq qadında olur və ancaq qadınınkı kirlənir? Ən əxlaqsız oğlanla həqiqətən təmiz və saf olan qız eyni seviyyədə tutulur? Necə olur ki, qadının ətəyinin ölçüsünü arxasını güdüb, əlində xətkeş ölçən millətim, bir qadın günahsız yerə döyüləndə susur? Necə olur ki, 15 yaşında sevgilisi olan qıza "quş" deyən vətəndaş, 15 yaşlı qızın toyuna əlində xonça gedir? Necə olur ki, oğlanın 2, hətda 3 "fırlatdığı" olanda fərəhdən göylərə uçan, qürurlanan millətim, qızın tək sevdiyi olanda ağzını açıb, vicdanını bağlayır? ( Bu sonuncu məntiqsizlikdən bələ kənara çıxıb. Nə? Qızların sevgilisi olmasın, oğlanların olsun. O zaman məntiqən...oğlanlar bir-biri ilə...tövbə Estağfrullah)

Bunun haqqında daha çox yaza bilərəm, lakin deyildiyi kimi: hər kəs sadəcə görmək istədiyini görər. Kimi 1 cümlə yazsan anlar, kimi saatlarla açıqlasan "qız uşağı elə şeylər bilməz. evdə qalasan, alan olmayacaq səni" deyib keçər. Hə, bir də 21-ci əsrdə hələ də, qadınların mal kimi "alınması" acı reallığı da var. Son da “qızda deyil günah” deyirəm. Cəmiyyətimizdəki əxlaqsızlığın səbəbi nə qızların internətə girməsi, nə evdən çıxması, nə oxuması, nə də geyimləri. Sevgililəri olması heç deyil- səbəb sənsən. Sən, mən, o və milyonlarla olan millətim. Bir-birimizi etiketləməyi, qeybət etməyi, öz qüsurlarımızı görmədən, başqalarınınkını əldə bayraq etməyi elə sevirik ki... Əxlaq, namus bədənimizin erogen bölgələrində deyil, beynimizdə, ruhumuzdadır. Kimin nə yaşadığını, nə baş verdiyini bilmədən, sadəcə kimdənsə eşitdiklərimizə kiməsə "namussuz" damğası vururuq, əxlaqı ətək boyu, internetə girmə və s.ilə ölçəcək qədər ucuzlaşdırırıq. Qızlarımı evə kilidləyərək, ya da hər şeyi qadağan edərək ilk əldə etdiyi fürsətdə "azad"lığını yanlış dəyərləndirən qızlar, çürük düşüncələr sayəsində beynini korlayıb, hər gördüyü qıza yeyəcəkmiş kimi baxan oğlanlar yetişdirik. Günah səndədir, günah məndədir- günah bizdədir....

Səslərin sayı: 6
11
2246
loading...
Şərhlər
Offline
Fatma xanım
Bizdə di günah biz analarda elə alçaq oğul doğmuşuq , bizdədi günah elə yazıq qızlar doğmuşuq bizim cəmiyətdədi günah öz gözümüzdəki tiri görməmişik
29 noyabr 2015 17:50
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
MIF
gunah olanda qizda da olur oglanda da
23 noyabr 2015 15:05
Offline
alisa1971
Cəmilə xanım, yuxarıda yazmısız ki, 22 illik həyatım boyunca...22 il elə böyük həyat təcrübəsi deyil, amma sanki əlli yaşlı bir qadının düşündüklərini yazmısız.Sizinlə tamamilə razıyam . Mən qadın və qızlarımızda heç bir günah görmürəm, kişi kişi kimi hərəkət etməlidir, və ya suçu oldu olmadı mentalitet deyib qızlarımızı günahlandırmaq lazım deyil. Ümumiyyətlə, qadınlar tez aldanır, qızlarımız bilməlidir ki, hər xoş münasibətin arxasınca getmək lazım deyil. Mən bilmirəm, siz anasız, ya subaysız, bəlkə də qız övladınız var, olsa da yəqin ki, hələ kiçik olar, bilmirəm, amma onu bilirəm ki, sizin də qızınız olanda üstündə əsəcəksiniz, üzdə biruzə verməsiniz də ürəyinizdə narahatlıq keçirəcəksiniz, ən önəmlisi odur ki, Allah qızlarımızı mərdiməzardan uzaq etsin.
23 noyabr 2015 14:33
Offline
Şəri Babayeva
Həmişə nəsə olanda qızdadı günah deyirlər. Bu sözü çox eşitmişəm. Oğlanlarda günah olsada, onların günahınıda qızların üstünə atırlar. diablo
22 noyabr 2015 14:49
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
Hər şeyi qızın üstünədə atmaq olmaz. Qızsansa, adın ağırdır. Oğlan isə bir hərəkət görəndə kişi adı verirlər. Bəzən elə şeylər eşidirəm görürəm ki, qızdadır günah deyirəm. Amma araşdırmamış hər şeyi qızın boynunada atmaq günahdır. Çünki məndə qızam sabah mənimdə adıma ləkə gələ bilər. 14- yaşım olanda qonşumuzun balaca nəvəsi ilə oynayardım. Dünyaya ilk gələn gündən bizim əlimizdə böyüyüb bizə bağlanmışdı. Həyətdə oynayanda birdən qaçdı uşaqdı maşın yolu var gedər Allah göstərməsin məndə dalınca qaçdım. O, tərəfdə də oğlanlar durmuşdu. Yad deyillər qonşu uşaqları idi. Uşağı qucağıma alıb onların yanından keçdim. Birdən qıraqda qonşu qadınlar gülərək ucadan oğlanlara özünü göstərirsən dedilər. Gözlərim doldu. Çox pis oldum. Evə gəlib anama danışdım. Anam sakit qarşıladı. Üstündən neçə il keçib amma o yara olaraq qəlbimdə qalıb. Ona görə heç kimi qınamıram.. O ki, qaldı özlərini kişi adlandırıb gənc qızı zorlayan kəslərə onlara nə desəm azdır.
22 noyabr 2015 00:11
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Günah qızda deyil Qızın anasındadır. Axı 12-14 yaşlı qız nə bilir sevgi nədir? Onun indi dərs oxuyub oyun oynayan vaxtıdır. Ancaq təəssüf ki, hara baxırsan 14-15 yaşlı qızlar sevir, ərə gedir, və ya ən pis halda başlarına pis işlər gəlir. Son günlər sosial şəbəkələrdə belə xəbərlər yayılır. Qız sevdiyi tərəfindən zorlandı. Məkan: ya qızın evi ya da oğlanın evi. Əlbəttə ki burda günah qızdadır. Sevdiyin oğlanın sənin evində nə işi var? Və ya sənin o oğlanın evində nə işin var?.
21 noyabr 2015 23:29
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
pure love
Ehhh bizim cəmiyyət korlanib heç düzələnədə oxşamır. Men şəxsən gunahı birinci yaşlılarımızdan sonra oğlanlarda daha sonrada qizlarımızda görürem. Bele meseleleri çox müzakire etmək çox çox etraflı danışa bilərəm amma danışmıram. Sadəcə özüm şahid olduğum bir hadisəni deyim. Bir defe maşında oturmuşduq.Birden gözümü bir yaşlı ağsaqalılar kuruqu sataşdı. onlardanda biraz yuxarida cavan oğlanlar yığışmışdılar. Saçı saqqalı ağarmış dayıllar qizları yaşlı qadınları elə süzürdülər arğalarıya elə baxırdılar,ancaq o terefdeki cavan oğlanlar isə hec qadinlara qizlara elə baxmırdı. Bax onda sonra dedimki sonra deyirlərki indiki dövrün gecləri elədi belədi.düzdü her dövrün bir pisi var amma belədə yox.eger ağsaqqal belə edirsə cavanlardan day ne gözdüyesen.Bilmirem ne qeder fikrimi çatdira bildim.Amma men belə fikirləşirəm.Gunah elə bizim cəmiyyətdədir.bizim insanların dar düşüncəli olmalarındadı.
21 noyabr 2015 22:36
Offline
Ceylan Mumoğlu
Iceberg,
gozunden sevinc yaga yaga " qizdadi gunah!"

38 yaşa çatıbsa, başqa necə reaksiya versin, əgər ruhani yüksəliş yolunu məqsəd götürməyibsə, belələrinə çətin olur, adrenalinli macəranı qəbul edib tərifləmək.
21 noyabr 2015 17:55
Offline
Iceberg
Bir qiz taniyiram 38 yawi var,subaydi ( alan olmayib) iwi gucu onun bunun taleyin izleyib muhakime yurutmekdir, illahdaki ewide hansisa qizi sevgilisi atib, gozunden sevinc yaga yaga " qizdadi gunah!" Deyir. Ele bilir exlaq dagarcigidi, eslinde ise sevgilisi olan, nevaxtsa sevgilisi olmuw, nese adrenalinli bir macara yawayan her qiza paxilliq edir mehz ona gore wuuralti duwuncesini ittihamla basdirir. Daha dogrusu basdirdigini duwunur.
Onun timsalinda bawqalarinin wexsi heyatini muhakime eden her kesde bu ve diger wekilde natamamlig sindromu var, ozleri yawaya bilmedikleri neyise bawqasi yawasin istemirler. Onlari ciddiye almayin
21 noyabr 2015 17:43
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
İndi bu yazını oxuyan hər kəs kənarda duracaq ki "mən belə söz deməmişəm". Qınanası deyilik. Hamımız günahkarıq. Cəmiyyət olaraq əyrini düzdən gec ayırırıq.
P,S, Sosial şəbəkədə heç zaman bu tip müzakirələrə qoşulmamışam və heç zaman da rəy yazmamışam. Ən doğrusunu Allah bilir. Hakim olmaq bizə yaraşmaz.
21 noyabr 2015 17:08
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Emma Svon
Yıxılana daş atan çox olur. Yazınızı oxudum haq verirəm sizə. Amma bizim başına döndüyümüz millətimiz həm də səsə səs verəndirlər. Biri günah qadındadır deyirsə, kütlə də onun dediyini təsdiqləyir. Ya da əksi...
21 noyabr 2015 17:05
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır