Bakıda hava 10°
USD AZN
EUR AZN

Karamel toyuq (foto resept)

Tərkibi:

Toyuq- 1 ədəd

Günəbaxan yağı- 3 x.q

Acika-1 x.q

Ədviyyatlar

Şəkər tozu- 1x.q

Duz- 1x.q

Su- 1 stəkan

Hazırlanması:

İlk öncə toyuğu 8 hissəyə ayırmaq lazimdır.

Sonra günəbaxan yağını acika ilə yaxşıca qarışdırırıq. Ədviyyatları duzu əlavə edib yenidən qarışdırırıq. Alınan sousu toyuğun üzərinə əlavə edirik. Ətin hər tərəfinə suos çəkilməlidir. Sonra bir neçə saat toyuq bu sousda qala bilər. Sonra karamelimizi hazırlayırıq.

Şəkər tozunu tavada rəngi qəhvəyi olana qədər dəyanmadan qarışdırırıq.

Şəkər tozu yanmamalıdır. Şəkər tozu rəngini dəyişən kimi üzərinə 1 stəkan soyuq su əlavə edirik.

Toyuğu bişirəcəyimiz qaba yığıb alınan karameli üzərinə əlavə edirik. 200 dərəcədə 50 dəqiqə bişiririk. Düşünməyin ki, karamel əti şirinləşdirəcək. Bu qəti belə deyil.

Karamel toyuq (foto resept)

Üzəri xırt-xırtlı, içi çox yumşaq dadlı bir toyuq alınacaq.

Nuş olsun!

Səslərin sayı: 2
10
2728
loading...
Şərhlər
Offline
......
Dadli gorunur,ellerinize sagliq give_ros
26 fevral 2016 15:49
Offline
Azadə Həbibzadə
Menlik bir resept deyil
11 yanvar 2016 17:34
Offline
MAYA EL
Şəkər tozunu damaq dadına uyğun təyin etmək olar
8 yanvar 2016 19:30
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
أحبك
Karamelli toyuq yememisem, prob etmek olar
29 dekabr 2015 20:34
imza: فراق
Offline
Çiçək
Fikirlesende deyirem ki sirin toyugu nece yemek olar amma hazirlayan olub yemisem bundan bir az ferqli cox dadli olurmus, men hele indiye kimi hec hazirlamadim bele toyuq. twk
19 dekabr 2015 10:56
Offline
Xanim_Xatun
Toyuq yeməklərim olmazsa olmazımdı..
17 dekabr 2015 13:35
Offline
Suzanna
Şirin olar bu toyuğun dadı itər.
23 noyabr 2015 09:51
Offline
Aysel İ.
Mən hazırlamışam. Çox dadlı olur. Təşəkkülər.
21 noyabr 2015 17:21
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Angers
Bacı karamel hara toyuq hara :D
21 noyabr 2015 15:48
Offline
Fatma xanım
Bu haqda eşitmişdim amma heç yeməmişəm
21 noyabr 2015 15:06
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!