Məni nə düşündürür, bilirsənmi?!
Məni 70 il yaşıyıb, əlində zeytun satan nənə daha çox düşündürür. Mən bütün olmayan işimi-gücümü atıb kənara çəkilib bu insana baxıb, adını "hekayə" qoyduğunuz həyatdan yazmaq istəyirəm. Nənənin doğumundan mənəvi ölümünə kimi olan həyat kadrları bir anlıq sürətli geriyə çevrilmiş lent kimi gəlib keçdi beynimdən. Bir anlıq "stop" edib arada əllərini dizinə bükmüş hissəsinə baxmaq istədim, ancaq olmadı. Sürətli keçən insan ömrünün kadrları dayanmadı və bir anlıq əllərimə baxdım. Əlimdə zeytun bankası və qırışmış əllərin pul üçün mənə tərəf uzandığı kadrları hərəkət edirdi. Hətta səsli, görüntüsü heç bir keyfiyyətli çəkilişlə ölçülməyəcək qədər çox dərin idi. Qırışlar dibində bir nəsli göstərirdi. İlk sevgisi, övladları, nəvələri, nəticələri hamısı xoşbəxt idi. Hərə öz işində, qəh-qəhəsində, nəşəsində idi. Adam lap qırışlara baş vurub xoşbəxt olmaq istəyirdi. Ancaq ora getmək üçün 70 il zaman lazım idi. Bu qədər mənalı həyat, bu qədər xoşbəxtlik, sonda bu qədər qırış...
Alın qırışları əl qırışlarından daha çox idi. Bəlli ki, alın yazısı çox uzun idi. Bəlkə də, iztirabın başlanğıcı körpəlikdən alında bu qədər iz salmışdı...
Danışdıqca başa düşdüm ki, qırışların dibindəki xoşbəxtlik nənəyə məxsus deyil. Bu balalarına buraxdığı səadətdir. Qarşılığında tərk edilib, atılıb!!! Qırışlarda bir məzar da vardı. Büküb boynundan asmışdı.
Dedim: "bu nədi, ay nənə?"
Dedi: "bu rəhmətliyin məzarından götürdüyüm qəbr torpağıdır. Torpağı da boynumda gəzdirirəm." Açığı bir az gülümsədim, sonra məsələnin nə qədər ciddi olduğunun fərqinə vardım. Gözdən tökülən gilə-gilə göz yaşı. Heç büruzə vermək istəmirdi, ağlamağını. Övladlarını o qədər təriflədi ki... "Mənə heç nə lazım deyil, əsas odur xaricdə xoşbəxtdilər. Söz veriblər öləndə məni dəfn etməyə gələcəklər..."
Adam pulunu alıb getdi. Çönüb arxasınca baxmağa cürət eləmədim. Yerişinin iztirabına dözə bilməzdim. Düzdür gələndə sıradan alverçi kimi qarşılamışdım, ancaq danışığından sonra başa düşdüm ki, adam təpədən dırnağa həyat hekayəsidir. Nə yazıq ki, hekayə "şərəfsiz övladlar" adıyla başlamalı oldu...
P.S. Gördüyüm insanları sıradan biri kimi hesab etmirəm və hər bir ünsiyyətdə olduğum insanın danışdığı hər nə varsa, tarixdir mənim üçün. İnsan çox dəyərli varlıqdır. Hər biri bir tarixdir. Amma "insan" haaa...
Bu qadın haqda o qədər geniş yaza bilərdim ki, uydurduğunuz romanları çap etdirməyə xəcalət çəkərdiniz. Canlı romanlar hər birinizin küçəsində, skamyalarda gecələməkdədirlər. Bir isti yatağınızdan çıxıb bayıra baxın.. Baxın o uzaqda bükülən, yeriyən atılmışlara....
Düşünürəm ki, bu qadın haqda mütləq çox geniş yazacam.Həyatda bütün bədbəxtlərə yazıçılar borcludur...
Tukon Qulxəlil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusa isti hava şəraiti təsir edəcək? - Alimlərdən açıqlama
Fevral ayının HAVAsı
Azərbaycanda yumurta niyə bahalaşır?
Gülşenin 20 minlik çəkməsi-FOTO
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Günün ulduz falı - 15.08.2013
Bürclər hansı aksesuarları sevər?
Avatarlar 2-ci hissə
Cüdoçu qızlarımızdan ardıcıl qələbə
O fotoşəkli İlham Əliyev də imzaladı
Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA
Rəsmi Bakıdan Yahoo-ya etiraz
2019 Couture Moda Həftəsi (1)
Burak Özçivit əməliyyat olunacaq
Möcüzəvi meyvələr (2)
Dünyanın ən gözəl 12-i qadını
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Hansı tip ər-arvadsınız?
Xəyalə Murad "Mütaliənin faydası" mövzusunda Təlim Keçdi-FOTO
Jaguar F-Type-ın üstü açıldı
Yabanı turp salatı
HAVA necə olacaq?- 9 MART
O, orqanizmdə bütün infeksiyaları öldürür
Hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq,
Adını dəyişmək istəyən şəxs nə etməlidir?
Duz onları öldürə bilər
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
İPad Air daha yaxşıdır
İrəvanda Avropa Birliyinin bayrağını qaldırdılar
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Diş sensoru sağlamlığa nəzarət edəcək
Maska rejiminə yaradıcı yanaşma - VİDEO
Şəkərbura (foto-resept)
"Instagram"da YENİLİK - "Bəyənmə"lər yığışdırılır
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
Dünya liderlərinin ən sevimli içki və təamları
Bir ton ağırlığında adamyeyən timsah - FOTO
Mehriban xanım tapşırıq verdi
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Kıvanç Tatlıtuğ "Çukur"da
Ətirlər haqqında bilmədiklərimiz
"Titanic"də kadrarxası
Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO
Rusiya Azərbaycandan imtina etdi
Qızardılmış kartof ruleti(foto resept)
Günün ulduz falı
Kosmik avtomobil Günəş ətrafında ilk dövrəni başa vurdu
Maaş kartları ilə gediş haqqını ödəmək olacaq
Alçanın faydaları
- ŞƏRHLƏR