Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0914 AZN

Sığırquyruğu otu

Xalq təsərrüfatı və tibbi əhəmiyyəti

Sığırquyruğu çiçəklərində bir sıra vacib kimyəvi maddələr vardır. Bunlardan saponinləri, selik maddələrini, şəkəri, efir yağını, flavonoidləri və sairəni göstərmək olar. Elmi təbabətdə sığırquyruğunun çiçəklərindən dəmləmə formasında sinə yumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabında geniş istifadə olunur. Xalq təbabətində təkcə çiçək tacından deyil, yarpaqlarından da yumşaldıcı dərman kimi quru öskürəkdə, həm də bərk soyuqdəymədə tərlədici kimi istifadə olunur. Sığırquyruğu otu ev heyvanlarının yaralarını sağaltmaq üçün də bakterisid vasitə kimi toz və məlhəm şəklində işlədilir. Azərbaycanda geniş yayılmış sığırquyruğu bitkilərindən müalicə məqsədilə istifadə etmək məqsədəuyğundur.

Botaniki təsviri

Siğirquyruğu (keçiqulağı) (Verbascum thapsiforme Schrad.) Sxrofillər(Scrophulariaceae) fəsiləsindəndir. Sığırquyruğunun Azərbaycanda bir çox növləri yayılmışdır. Bunlardan,pipetə (damcı tökənə) bənzər sığırquyruğunu, yergiləli sığırquyruğunu və başqalarını göstərmək olar. Respublikamızda yayılan hər iki növ sığırquyruğu iki illik yaraşıqlı ot bitkisidir. Birinci ildə ancaq köküstü yarpaqlar, ikinci ildə isə düzduran,uzunluğu 1-1,5 m-ə çatan yerüstü gövdəsi yetişir. Sığırquyruğunun yerüstü gövdəsi qalın tüklə örtüldüyünə görə sürətli buxarlanmanın qarşısını alır və bitkini tələf olmaqdan qoruyur. Yarpaqlarının üzəri bölünmüş çoxmərtəbəli tükcüklərlə örtülmüşdür. Bu da buxarlanmaya mane olur. Bundan əlavə ağ tükcüklər gövdəsini örtərək yarpağın günəş şüaları vasitəsilə çox qızmasının qarşısını alır. Sığırquyruğunun yarpaqlarının kənarı küncdən yuxarı qatlanmışdır, buna görə də yağış suyu gövdə ilə kökə qədər tökülür. Bu da bitkinin su almasını yaxşılaşdırır. İyul-avqust aylarında çiçəkləyir. 

Sığırquyruğu otu

Yayılması

Azərbaycanın quru təpəliklərində, qumluq yerlərində alaq bitkisi kimi yayılmışdır. Farmakopeya göstərdiyimiz iki növdən başqa digər növlərdən də istifadə etməyə icazə verir. Qızmar günəşli təpəliklərdə bitən sığırquyruğunun gövdəsinin yuxarı hissəsində açıq-sarı rəngli iri çiçəkləri nəzəri cəlb edir. Bəzən bu bitki ilə bir yerdə kasnı da bitir, onun mavi rəngli ulduzşəkilli çiçəkləri sığırquyruğu çiçəklərilə birlikdə çox yaraşıqlı görünür.

Yığılması

Dərman məqsədilə bitkinin ancaq tac çiçəklərindən istifadə olunur. Bu çiçəkləri bitki tam çiçəkləyən dövrdə toplayıb quru havalı yerdə qurudaraq aptek anbarına göndərirlər. Nəm havada çiçəklər tez qonurlaşır. Bu da xammalın korlanmasına səbəb olur. Toplanan çiçəkləri xüsusi qurğuda qurutmaq daha əlverişlidir.

 

Dərman əhmiyyətli bitgilər

Səslərin sayı: 2
4
2424
loading...
Şərhlər
Offline
Suzanna
Gül kimi çox gözəl görsənir ilk dəfə gördüm.
17 noyabr 2015 09:36
Offline
Ellada Babayeva
Pərvanə,
Fatma xanım,
Çox sağ olun. give_ros
15 noyabr 2015 22:07
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Heç eşitməişdim sayəndə öyrəndim çox sağol
15 noyabr 2015 18:28
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Pərvanə
Tanımırdım bu bitkini sayenizde tanidim.
15 noyabr 2015 17:59
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
loading...
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!