Bakıda hava 11°
USD AZN
EUR AZN
14 noyabr 14:06Surayye Canim uzulme dersini oxu imtahanini ver men qacmiram
41123

Sirkə (hekayə)

Sirkə (hekayə)
Gəlin, sizə Sirkədən danışım: Sirkə ala-bula, balaca, tünd yaşıl gözlü bir pişik idi. Belə baxanda gördüyümüz bütün pişiklərdən bir o qədər də fərqlənmirdi. Elə onu fərqləndirən görünüşü yox, davranışları idi. Bunu daha yaxşı anlamağınız üçün gərək sizə onun ad qoyulma tarixçəsini danışım. Belə, Sirkə üçaylıq olanda və təbii ki, o vaxt hələ adı “Sirkə” deyildi, Aysun adlı 9 yaşlı bir qızla rastlaşdı. Aysun məktəbdən gəlirdi, pişikciyəz də lap balaca vaxtı anası tərəfindən atılmış bütün küçə pişikləri kimi yol kənarındakı zibilliklərdə eşələnirdi. Aysun pişikləri bir o qədər də sevməzdi, amma bu balaca pişik çox xoşuna gəldi. Çox qorxsa da, yavaşca ona yaxınlaşıb, qucağına aldı. Məktəbli formasının jiletinə büküb evinə gətirdi. 
Anası, heç pişikciyəzə baxmadan onu evdə saxlamağa icazə verməyəcəyini söylədi. Aysun, ciddi-cəhdlə anasını dilə tutmağa çalışırdı, amma “biti var yəqin, tük tökəcək, hər gün gəzdirmək lazımdı, kim onun yeməyini vaxtlı-vaxtında verəcək?” kimi kəskin dəlillərə qarşı edə bildiyi tək şey “axı o şirindi!” demək idi. Elə, onlar, beləcə mütləq ananın qalibiyyəti ilə nəticələnəcək mübahisələrini edirdilər ki, mətbəxdən səs gəldi. Anası, “vay” deyə çığırıb, özünü mətbəxə atdı. Ağlına gələn olmuşdu: pişikciyəz, ananın turşu qoymaq üçün stolun üstünə qoyduğu əşyaların arasından şüşədəki sirkəni tapmış və yerə salmışdı. Necə etmişdisə, hələ bir özünü də sirkə ilə islatmağı bacarmışdı! Ana, hirslənib onu qovmaq istəyirdi ki, pişikciyəz onu görüb qaçmağa hazırlaşdı. Amma, niyəsə dayandı. Dilini astaca tükləri islanmış pəncəsinə yaxınlaşdırdı. Ay! Dilinin ucu dəymişdi ki, özünü geriyə atdı. Balaca gövdəsi müvazinətini saxlaya bilməyib, arxaya dombalaq aşdı. Ay aman, indi ki, lap özünü yerə dağılmış sirkəyə buladı! Güya az əvvəl yıxılan bu deyilmiş kimi, pəncələri üstünə qalxıb, quyruğunu dikəldi. Bir-iki addım getməmişdi ki, dayandı. Bu səfər də nəsə xoşuna gəlməyən bir şey tapmışdı: çəhrayı burnunu irəli uzadıb, havanı qoxladı. Qoxlaya-qoxlaya axır ki, öz kürkünə çatdı. Bu dəfə də fınxırıb, başını arxaya atdı. Amma yox, bu səfər yıxılmadı ki! Elə yıxılsaydı, ondan yaxşı idi... Yazıq pişikciyəz sirkə iyindən qurtulmaq üçün mətbəxdə qaçmağa başladı. Amma, hər dəfə dayandığında yenə öz kürkündəki sirkə qoxusu burnuna gəlir və qaçmağa başlayırdı. 
Aysun, mətbəxə girəndə belə bir mənzərə ilə rastlaşdı: tükləri islanıb bədəninə yapışmış pişikciyəz, gah qaçır, gah dayanırdı, arada bir də müvazinətini saxlaya bilməyib yıxılırdı, ana isə bu mənzərəyə qarnını tutub gülürdü. Beləcə, ana, pişikciyəzin evdə qalmasına icazə verdi və adını “Sirkə” qoydular. Elə bilirsiniz bununla qurtardı? Ay-hay! Hələ bu Sirkəni sirkədən qurtarmaq üçün çimizdirmək var axı! Elə bu da asan keçmədi: Sirkəni ilıq suya salmışdılar ki, əllərindən qaçmağa çalışdı. Anası olmasaydı, Aysun yəqin ki, heç onu şampunla köpükləndirə də bilməyəcəkdi. Hələ bir yandan Sirkəni vannada saxlamağa çalışıb, bir yandan da qulağına su getməməsinə çalışmaq lap əziyyət idi! Təzəcə yuyub, qurulamağa çalışırdılar ki, Sirkə əllərindən qaçıb, hamamın kandarında dayandı. Balaca, çəhrayı dilini çölə çıxarıb, kürkünü başdan-ayağa yalayaraq, yenidən təmizlədi. Aysun belə başa düşdü ki, bəs, Sirkə onların yumağını bəyənməyib. Bir az incidi də buna görə, amma niyəsə, anası buna da gülürdü.
Sirkə (hekayə)

Hə, bu hələ yaxşı günləri idi. Sonrakı günlərdə aydın oldu ki, Sirkə, heç də sözəxan deyil. Belə ki, birinci gündən anası Sirkəyə evə girməyə qadağa qoymuşdu: o ancaq eyvanda ola bilərdi. Əlbəttə, hava o qədər də soyuq deyildi və eyvan da pis sayılmazdı. Amma heç üstündən bir saat keçməmiş, Sirkə bu qaydanı pozdu. Lap arsızcasına pozdu. Ailənin bütün üzvləri televizora baxanda eyvan qapısından içəri keçib, quyruğunu dik tuturaq yeridi. Televizorun qabağındaki xalçaya yaxınlaşıb, birdən-birə yerə sərildi. Bu elə ani olmuşdu ki, heç ana da etiraz edə bilməmişdi. Beləcə, qərara gəldilər ki, bəs Sirkə qonaq otağına gələ bilər, lakin, yemək yeyiləndə eyvana çıxmalıdır. Növbəti gün Sirkə onlar yemək yeyən vaxtı öz qabında toyuq sümüklərini gəmirirdi. Eh, axı, şirin, balaca bir pişik iri gözləri ilə şüşə eyvan qapısından ona baxanda kimin boğazından çörək keçər?! Artıq Sirkə təkcə mətbəxə girməməli idi. Girdi. Yaxşı, yemək bişiriləndə mətbəxə girməyəcəkdi. Ancaq bişiriləcək ətdən yaxşı bir tikə alandan sonra. Daha tək keçilməz qadağa yataq otaqlarına girməmək idi. amma, bir həftə sonra Aysun gözlərini açanda bap-balaca, çəhrayı bir burun gördü və təbii ki, bu burunun sahibi Sirkədən başqası ola da bilməzdi...
Günlər keçdikcə Sirkə evin tamhüquqlu üzvünə çevrilirdi. Hətta, bəzən o qədər ağayana, lovğa hərəkət edir ki, bəs, deyərdin, ev sahibi budur, aysungil qonaqdırlar. Sirkə bəzən yumuşaq əşyaları cızsa, tez-tez kiminsə yatağına girsə də, heç kəs şikayətlənməyə cəsarət etmirdi. Sirkənin hökmranlığı hər şeydə hiss olunurdu. Balaca bir pişikciyəzə görə həddən artıq çox lovğa idi. Amma, elə çox keçməmiş hamı başa düşəcəkdi ki, bu lovğalıq boşuna deyil.
Bu hadisə Sirkə gələndən, daha doğrusu evi işğal edəndən bir ay yarım sonra baş verdi. Aysun, məktəbə getməyə hazırlaşanda, arada bir etdiyi kimi Sirkə də onu ötürmək üçün yola çıxdı. Bu olduqca nadir hadisə idi və bu şansı itirməmək üçün bir qaydaya əməl etmək lazım idi: Sirkənin qabaqda getməsinə icazə vermək. Aysun da valideyninin sözündən çıxmayan ağıllı uşaqlar kimi sakitcə Sirkənin dalınca gedirdi. Məhlələrindən çıxmağa az qalmış, bütün məhlə uşaqların həm ondan qorxub, həm də hər fürsətdə daşa basdıqları tükləri dökülmüş, arıq, qoca köpək qarşılarına çıxdı. Yarısı düşmüş dişlərini onlara qıcayıb, xırıldadı. Aysuna qalsa, elə indicə evə qaçardı. Amma, Sirkənin halına təfavüt etmirdi. Elə bil qarşındakı iri bir köpək yox, yenə Sirkənin qarşısında kolbasa yeməyə cəsarət edən Aysunun kiçik qardaşı idi. Tüklərini qabardıb, pəncəsini irəli qoydu. Köpək artıq xırıldamırdı, amma dişlərini göstərməkdən də çəkinmirdi. Bunu görən Sirkə, o biri pəncəsini də irəli qoyub, az qala köpəklə burun-buruna qaldı. Aysun çığırmağa hazırlaşırdı ki, birdən bir zingilti qopdu. Balaca Sirkə, pəncəsini köpəyin üzünə keçirmişdi! Köpək, zingildəyə-zingildəyə qaçıb, getdi.
Bu qəhramanlıq heç Aysun məktəbdən gəlməmiş bütün məhəlləyə yayıldı. Artıq Sirkə tək öz evində yox, bütün qonşuların evində ağa idi. Belə ki, aysungil hər gün həsrətlə Sirkənin onu min cür naz-nemətlə yedirən, tumarlayan qonşulardan bezib evə gəlməsini, özünü televizorun qabağındakı xalının üstünə sərməsini səbirsizliklə gözləyirdilər!
Bax, Sirkə, belə Sirkə idi...
Səslərin sayı: 4
7
2292
loading...
Şərhlər
Offline
.................
Maraqla oxudum.Cox gozel hekaye idi.Beyendim.Cox sag olun xebere gore kiss give_ros
13 sentyabr 2016 13:23
Offline
Fatma xanım
Çox maraqla oxudum qələminə qüvvət
15 noyabr 2015 18:44
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Cəmilə Məmmədli
Bəyənməyinizə sevindim feel mən də sevimli pişiklərimdən ilhamlanaraq yazmışam. pişikləri, ümumiyyətlə bütün heyvanları sevin və uşaqlarınıza da sevdirin. bundan gözəl heç nə yoxdur love
14 noyabr 2015 16:43
Offline
S U S E N _BACI
)))))))) tsekkur ederim ellerine salik maraqlidi biggrin
14 noyabr 2015 10:39
Offline
Ellada Babayeva
Maraqla oxudum. Pişik girdiyi evi öz evi hesab edir. Yad insanları qəbul etmir. Pişiki necə öyrətdinsə, eləcə axra qədər gedəcək. Bizdə Məsiyə iki yer qadağandır mətbəxt, eyvan. Amma arada bu qadağanı pozur özü üçün mətbəxi gəzişib yenidən heç bir şey olmamış kimi qayıdır. biggrin Amma bir şeyi var təmizlik xəstəsidir. Sirkənin üstünə sikə dağılanda bu cür hərəkət etməsi normaldır. Gülməli görsənsədə, pişik sirkəni yalasaydı ölə bilərdi. Pişiklər maraqlı, sevimli heyvanlardı.

Dəniz84,
Pişiyə sümük vermək olmaz qida borusunda ilişib qalar pişik ölər. Yaxşı etmisiz pişik olan evə ruzi-bərəkət gəlir. smile
13 noyabr 2015 23:12
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Maraqlı hekayə idi. bizim uşaqlar da balaca bir pişik gətiriblər evə. Qapının ağzında dəsmal sərmişəm yerə yemək, süd, ət, evdə bişən nə varsa daşıyırlar ona))
13 noyabr 2015 19:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
pure love
MARAQLA OXUDUM.GÖZƏL HEKAYƏDİ.PİŞİKLERİ ÇOX SEVİRƏM MENİMDE BİR BAACA MESTANİM VAR İDİ SARİ RENGDE .O DA LOVĞA İDİ.O DA ÖZÜN ELE EV ADAMİ KİMİ APARİRDİ mocking .ÇOX SAĞOLUN. kiss
13 noyabr 2015 19:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış