Bakıda hava +27°
USD 0.7842 AZN
EUR 1.0561 AZN
00:11๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑ Xanimlar dunen bacim bir esyani cirpdi gozume 00:11๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑ goz ile qasimin arasi partladi 00:11๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑ Sukur ki tikislik olmadi ama helemde agrayir. 00:00HUSNA Yaxsiyam Aysun,ALLAH komeyin olsun:) 26 iyul 23:54AYSUN MEMMEDOVA HUSNA axsamin xeyr can bacim necesen? 26 iyul 23:53HUSNA Sevimli dostlarim,herkese salamlar:) 26 iyul 22:55pari SALAM,QADIN.NETIN GOZELLLERI.MEN GELDIM. 26 iyul 22:47ELIF eliyeva 1 gun tam 1 gun sizile olmuyacam 26 iyul 21:06ELIF eliyeva Salam menim bacilarim necesiz 26 iyul 20:40S Salam qadin netliler necesiniZ
26187

Çiçəksiz "sevgililər günü"- İlhamə Müzəffərqızı

Çiçəksiz �sevgililər günü�- İlhamə Müzəffərqızı



Çiçəksiz �sevgililər günü�


Həyatımdan kimlər ötdü?
Kimlər baxaraq yan keçdi?
Kim mənsiz həyatı seçdi?
Kimə mən əlçatmaz qaldım?

Kimə mən doğma oldum ki?
Kimə mehrimi saldım ki?
Kimin üçün qovruldum ki?
Odundan yanıb qaralım?

Kim dedi axı-sevgimsən?
Sevincimsən, əzizimsən,
Kim dedi ki sən mənimsən!!!
Yolunda solum-saralım?

Qədir-qiymət bilənmi var?
Göz yaşımı silənmi var?
Mənim üçün ölənmi var?
O həsrətdən nakam qalım?

Axtardım ki tapım onu?
O da düşünmədi bunu.......
Bu imiş arzunun sonu?
Sonunda tək-tənha qaldım

Sevgililər sağa- sola
Gəzişirlər bax, qol-qola..
Xəyallara dala-dala,
Mən ömrümü dala saldım!

Hamı bilir, mən bilmirəm...
O nədir ki mən görmürəm?
Nə sirdir bilə bilmirəm,
İllərimi mənmi çaldım?

Mən də yorğun , il də yorğun,
Mən də durğun , il də durğun..
Fələk sayır öz saydığın,
Ona nə var mən nə saydım?

Demə günün bir günündə
Gələr �ag atlı� n sənin də!
Bu �sevgili günü� nü də
Mən çiçəksiz yola saldım.........

30.06.08



Səninçün kim idim bilə bilmədim

Niyə sevinirdim səni görəndə
Niyə hey görməyə mən can atırdım?
Bəs niyə qəfil üz -üzə gələndə
Tezcənə oradan uzaqlaşırdım?

Dilim söz tutmurdu salamlaşmağa
Mən ki bülbül təki ötən biriydim....
Gücüm yoxdu bu cəpəri aşmağa
Bu nə əlamətdi, nəyin Sirriydi?

Görməyəndə axtarırdı gözlərim
Görüşəndə qacırdı gözlərindən
Boğazımda ilişirdi sözlərim
Taqətimi alırdı dizlərimdən

Hər səni görəndə rəngi qaçan mən
Üzündə təbəssüm keçən sən idin....
Səni arzulayıb səndən qaçan mən
Məni "təsadüfən görən" sən idin...

Bəlkə təsadüfü adiləşdirib
Zərurət eləyən Sən imişsənmiş.....
Bəlkə Sən qəlbimi duyub, hiss edib
Məndən bir qığılcım gözləyirsənmiş...

Beləcə qovladı günlər ayları
Günlərin 1 günü....səni görmədim
İçimdə basdırdım mən sualları
Səninçün kim idim bilə bilmədim....
Mənimçün kim idin bilə bilmədim

19.06.08



Gizlət məni ürəyində


Yasaq eşqlər silsiləsindən


Həyatında yerim yoxdu,
Varlığım qəlbinə oxdu,
Qorxma, canım, gözüm toxdu,
Gizlət məni ürəyində....

Telefonda başqa "ad"am,
El içində sənə yadam,
Ətrafın dolu pis adam
Gizlət məni ürəyində..

Qoru məni bədniyyətdən,
Şər-xatadan, xəyanətdən,
Pis ağızdan, həqarətdən
Gizlət məni ürəyində..

Bağlı sandıq olub sinəm,
İmkan yox danışam, dinəm,
Mən sənin yasaq eşqinəm,
Gizlət məni ürəyində..

30.06.08



Öpmək mümkün olsaydı opərdim ürəyini

Bilirsən nələr keçir bu andaca könlümdən?
Tanrı əsirgəməyib gözəllikləri səndən
Hisslərim sözə dönüb süzüləcək dilimdən
Öpmək mümkün olsaydı opərdim ürəyini

Baxıram gül üzünə nur saçılır elə bil
Ilahinin nəqşidi.o adi rəssam deyil
Toxunmağa cürətim çatmaz, gülüm, bunu bil!
Öpmək mümkün olsaydı opərdim ürəyini

Qəlbinin gözəlliyi simanda əksin tapır
Ruhunun incəliyi baxışlarından axır
Üzündə Günəşmi var, belə yandırıb yaxır?
Öpmək mümkün olsaydı opərdim ürəyini

Ağlasan da qəlbində, yenə üzə gülürsən
Nə ədavət saxlaya, nə də qisas bilirsən,
Gözündən axan yaşı tez üzündən silirsən
Öpmək mümkün olsaydı opərdim ürəyini

Saxtalıqdan uzaqsan. Sən - Tanrının nur payı
Gözəl cəhətlərinin varmı hesabı-sayı?
Dostluqda,sədaqətdə yoxdur cisminin tayı
Öpmək mümkün olsaydı opərdim ürəyini

Pis niyyət insanlardan daim uzaq gəzirsən
Yalan danışanları o andaca sezirsən
Zəifləri əzəni sən də sözlə əzirsən
Öpmək mümkün olsaydı opərdim ürəyini

Paxıllıq sənə yaddır ey gözümün işığı,
Səndəki bu qaməti, səndəki yaraşığı,
Qısqanana nə deyim , ay gözəllik aşığı?
Öpmək mümkün olsaydı opərdim ürəyini

Gözlərindən öpərsəm, ayrılıq gətirməz ki?
Yanağından öpsəydim dünya gülərdi sanki
Dodağından öpmürəm,başa düşülməz çünki!
Öpmək mümkün olsaydı opərdim ürəyini

17.10.06



Səni düşünməmək üçün....

Səni düşünməmək üçün
Başımı nələrlə qatım?
Səni düşünməmək üçün
Hansı yola mən əl atım?

Necə öldürüm zamanı?
Necə aldadım özümü?
Yollarında izin hanı?
Necə ovudum gözümü?

Səni düşünməmək üçün
Hansı küçədən keçim ki?
Səni düşünməmək üçün
Hansı üsulu seçim ki?

Hara baxsam orda varsan
Röyadasan, aşkardasan....
Hardan qaçsam orda varsan
Röyamısan , aşkarmısan?

Güzgüdəki əksimdəsən
Oturmusan gözlərimdə
Güzgüdəki mənəm ya sən?
Yanılıbmış gözlərim də.....

Qarşımdakı söhbət edən
Başqasıdı yoxsa sənsən?
Xəyalın - məni incidən.......
Xəyalın-inciyən, küsən......

Çaşıb çəkirəm adını
Tez də düzəldirəm səhvi
Çaşıb duyduğum adınmı?
Eşitdiyim isim səhvmi?

Qulağımmı səhv eşidir
Gözlərimmi görmür daha?
Gözümə kölgə görünür?
Xəstəyəm başdan ayağa?


Nədi məni düşündürən?
Nədi səni xatırladan?
Gərək "işə xitam verəm")))))))
Həkimlik işim olmadan........

Səni düşünmək nə üçün
Pozur həyat düzənimi?
Səni düşünməmək üçün
Mən bu şəhərdən köçümmü?

02.07.08



AĞRI

Kim dedi ki ağrıların dili yox.....
Dinən ağrı gorməmisən sən hələ!
Ağrıların ayagı yox -əli yox........
Gəzən ağrı gormüsənmi heç belə?

Yüyürübmü dərdin səndən qabağa?
Qışqırıbmı könlün haray çəkərək?
Şərə düşüb - düşmüsənmi qınağa?
Haqq sözünü udmusanmı de görək?

Haqlı ikən haqsız çıxarılanda
Susmusanmı-dinmisənmi söylə bir.
Dilin susub, vücudun sarsılanda
Agrılar da dilə gəlir birbəbir

Küt ağrının eşitmisən səsini?
Xəncər kimi kəsən ağrı duymusan?
Kiçik ağrı incidibmi heç səni?
Böyük ağrı küsdürübmü həyatdan?

Hec didibmi shubhə səni daxildən?
Hec yanıbmı- qovrulubmu ürəyin?
Sızlamayıb qəlbin heç vaxt deyəsən
Közərməyib acılar icin-icin

Kül edibmi səni görən həsrətin?
Darıxmaqdan solub-saralmısanmı?
Bilirsənmi ağrısını itkinin?
Gülə-gülə qəlbən ağlamısanmı?

Yaxşılığı ər adamdan gözləyib
Yamanlığı yamanlara etdinmi?
Yaxşılara yaman deyən əcayib
yamanlardan üz çöndərib getdinmi?

Zaman haçan heç keçməyir-bilirsən?
Saat haçan donur, düşünmüsənmi?
Xəstəxana qapısında gözləyən
O qohumlar səninmi? özgəsimi?

Sənindisə ağrı sənə doğmadı,
Özgəsinin ağrısı da yad olur,
Məhrəm ağrı zülüm-zülüm ağladır,
Yad ağrının möhnəti yada qalır.

Ağrı var ki, səsi çıxmır, dinməyir,
Ağrı da var, hay-küy ilə çoxalır.
Ağrı var ki, əziyyətdən inləyir,
Ağrı da var yavaş-yavaş yox olur.

Arzuların bir-bir boşa çıxanda
Vaxtaşırı �sıfır� dan başladınmı?
Ağrı dönüb gözlərindən axanda
Nifrətini hədəfə tuşladınmı?

Puça dönən ümidlərdən bezərək
Zaman-zaman dizlərinə döydünmü?
Az qala hamıya kin bəsləyərək
Ruhdan düşüb taleyini söydünmü ?

Ağrıların rəngi olur cürbəcür
Ağ ağrının əzabı da ağırdı
Sarı ağrı sanki ölüm gətirir
Yaşıl ağrı acı zəhər dadıydı ............

Ağrıların duya bildin hansını?
De hansına edə bilmisən kömək?
Sən bilsəydin böhtanın yanğısını
Bilərdin ki qara ağrı nə demək.....

Ağrılardan süzülərək ömrümüz
Safa çıxır mənəviyyat dünyamız
Ağrılarla yaşayırıq bu gün biz
Ağrılara dost olmuşuq hamımız.

Kim dedi ki ağrıların dili yox
Növü də var, rəngi də var ağrının
Ağrıların ayagı yox -əli yox........
Yolu da var, səmti də var ağrının.

O ürəyin ağrısıdı, ömrü az,
Bir həmlədə bitirəcək sonunu
Bu gün qələm əlindəsə, bacar, yaz,
Sabah ağrı qaraldacaq qanını...

01.03.08

 

Çiçəksiz �sevgililər günü�- İlhamə Müzəffərqızı
Səslərin sayı: 5
26
2416
Şərhlər
Offline
Davetsiz Misafir
Gozeldi cox saq olun
19 iyul 2014 00:11
Offline
Ask Denizi:)
Gozel seirlerdir canikom minnetdaram give_ros
30 may 2014 12:23
Offline
Minira Aslanzade
Maraqlı şeirlərçin tşk.
21 mart 2014 23:41
Offline
Q
Təşəkkür edirəm.
20 mart 2014 00:51
Offline
toma676
Mende sevdim ,sevdiyim meni sevmedi,ne qeder istesemde bext uzume gulmedi
20 mart 2014 00:02
Offline
♥NiLuFeR♥
Gözəl şeirlərdi,təşəkkürlər
28 fevral 2014 17:09
Offline
AYSUN MEMMEDOVA
cox gozel idiler təşəkkür edirəm
28 may 2013 16:47
imza: İki şeyi unut; yaptığın iyiliği ve sana yapılan kötülüğü. iki şeyi unutma; ALLAH’ı ve ölümü.
Yeni istifadeçilər xeber hazrlamaqda çətinlik çəksəz kömək edə bilərəm.
Offline
Qerenfil Meftun
cox gozel sherlerdi halal olsun sene
11 fevral 2013 18:26
Offline
Yağmur damlası
sebrler oxudum.her biri gozel serdir.cox sag olun.
25 noyabr 2012 18:21
Offline
Esya
super,super.tsk.
2 dekabr 2011 00:44
Offline
Sabrin
Beyendim ve secilmiş etdim. cox sag olun
12 noyabr 2011 09:35
imza: Hər günüm üçün min şükür sənə Ya Rəbbim!!!
Offline
Könül
şer xoşlayanam maraqla oxudum təşəkkürlər.
11 oktyabr 2011 18:29
Offline
Məryəm.
gözəl şeirdi ayy nə böyük idi
19 sentyabr 2011 13:55
Offline
1
SUPER 1 WER
19 avqust 2011 14:56
Offline
SARA91
werlere gore twr.davamli olsun.
1 iyul 2011 00:27
Offline
Gulya

O ürəyin ağrısıdı, ömrü az,
Bir həmlədə bitirəcək sonunu
Bu gün qələm əlindəsə, bacar, yaz,
Sabah ağrı qaraldacaq qanını...
Cox gozel seirdi bir sozle bayildim
30 iyun 2011 18:16
Offline
FEMIDA
Beləcə qovladı günlər ayları
Günlərin 1 günü....səni görmədim
İçimdə basdırdım mən sualları
Səninçün kim idim bilə bilmədim....
Mənimçün kim idin bilə bilmədim

cOX PIS OLDUM.
10 fevral 2011 15:37
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Zeriş
Niyə sevinirdim səni görəndə
Niyə hey görməyə mən can atırdım?
Bəs niyə qəfil üz -üzə gələndə
Tezcənə oradan uzaqlaşırdım?
super şeirlərdi
10 fevral 2011 15:31
Offline
BanuCicek
Yəqin ki muəllif İlhamə Müzəffərqızıdir. Muəllifə yaradiciliq ugurlari arzu edirəm. Gizlət məni urəyində serini lap cox bəyəndim. Xəbəri bizimlə paylasan Selcan_Xatun xanima da minnətdaram!
25 yanvar 2011 23:15
Offline
Fatma xanım
canım bu şerləri hardan almısan
24 yanvar 2011 22:44
imza: Saytda 4 ilim tamam oludu ,

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
  • Balalarımızın şirin sözləri

    Fatima Ahmedova,♥Aynişka Gülüm♥,Insallah Allahin izniyle olacaq yaz.Elmira,Gulum,HUSNA,Amin canlarim amin Allh tumu balalari qoruun bizim balalarimizla bahem insallah
  • 23:49 - Müəllif: HUSNA
    Balalarımızın şirin sözləri (15)

    Balalarımızın şirin sözləri

    Aysuncum,xeber ela alinib,hamisini bir-bir oxudum cox maraqli idi.Mene de bu xeberde yer verdiyine gore cox sag ol canim,ALLAH haminin balasini saxlasin AMIN!!!!!1
  • 23:42 - Müəllif: QARA QIZ
    Ziyafət donları (34)

    Ziyafət donları

    Çox sagolun xanımlar nə vaxtsa pis xeber paylaşmışamki heç
  • 23:40 - Müəllif: QARA QIZ
    Dəbli ayaqqabılar (30)

    Dəbli ayaqqabılar

    Çox sagolun
  • 23:37 - Müəllif: Gülbəniz
    Diqqət testi (22)

    Diqqət testi

    17 deyqeye tapdim
  • 23:33 - Müəllif: Gulum
    Balalarımızın şirin sözləri (15)

    Balalarımızın şirin sözləri

    Aysuncum Ne gözəl xəbər hazırlamısan Övladlar bizim heyatımızın tam bir hissesidir Allah hamınızın balalarını saxlasınAYAN sen o uşagın sözün zarafata salma bir de gördün ENQO maşın firması acdı, Ülkercim senin gül balaların elmimizə yeni dil getirerek cevriliş edıcək ,Xəyalə sən calış Muradı Anyalardan qoru Hüsnacım Allah körpələrini qorusun sözləri bir az tatar sözlərinə yaxındı Esna Allah onun qelbinden hec vaxt azan sesini eksik etməsin inşallah , Lalem senin ciceklerin senden ders alıblar eə də olmalıdı mələk bacım ,Sonaycım sen Sonay balamızı qınama indi uşaqlar doğulanda hazırcavab doğulurlar Pərişcan kaş ki o balacanı Peyiş deyendə görəydim yeyerdim onun dillerin Denizcim bu uşaq daha neynesin ÜC oğul anasını elə üc dilde dindirmək olar MAMA ANA AMA Narıncım gör bu uşaq sene ne qeder sedaqetli olub ki ilk sözü NAYİN olub
  • 23:32 - Müəllif: Elmira
    Balalarımızın şirin sözləri (15)

    Balalarımızın şirin sözləri

    Her biri maraqlı idi.Allah övladlarınızı qorusun
  • Hamilə qalmaq istəyənlərə

    IN SE ALLAH REBBIM MENI DE SEVINDIRER MEN DE ANA OLMAQ ARZUSUNDAYAM. VE DEYESEN BU AY MENE QISMET OLACAQ SEVINMEK. DEQIQ BIR HEFTE SONRA TEST EDECEM . AMMA ELAMETLER VAR EN ESASI DA BEL VE QASIQ AGRILARI.UREYBULANMAM ISE ANCAQ YUXUDAN DURANDA SEHERLER OLUR. BIR DE VAGINAL AXINTI BASLAYIB. BUNLARI YASAYAN VARMI ARANIZDA? SEBRIM CATMIR BIR HEFTE GOZLEMEYE.
  • Balalarımızın şirin sözləri

    ALLAH saxlasin hamisini usaqlar yeni dil acanda ele sirin danisirlar ki onlari sonradan ne qeder danissan da ozlerinin dilindeki kimi alinmir!Deyesen men gecikdim Aysun davami olacaq men yazim sexsiye?
  • Balalarımızın şirin sözləri

    Coox maraqlidi sirin sirin korpelerrrr
Ən çox oxunulanlar
Sizin seçiminiz:
Azercell
Bakcell
Nar Mobile
Fonex