Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
21:18Surayye Ozunde gunah gormur ele adadakilari pisliyir 21:17Surayye Salam canim Kadere qulaq asdin?Qiz yaman seydi ha 14:32Ayla Ayla Salam canim necəsən? Sima hanı? 13:17PERI hervaxtiniz xeyir qizlar hardasiz
39984

Ehh, Dırnaq arası Molla Pənahlar...

Ehh, Dırnaq arası Molla Pənahlar...

Hər birinizi salamlayıram. Yazacağım uzun yazı ilə vaxtınızı alacağam.
Günlük yaşantımı anbaan sosial şəbəkədə yaşamağı sevməsəm də, bu gün yaşadığım 2 (bir - birinin ardı) hadisəni yazmaq istədim. Çünki, insan düşüncələrinin təsdiqini tapanda qısaca desək "əjdahaya" çevrilir.

Hissə-1

- "Filankəs" çoxdandır Qənirə Paşayeva - "Onun Sevgi Məktubları" kitabını axtarırdı. Hətta başımı aparırdı ki, gətir, oxuyum. Mən də elə bir tanışdır ki, kitabın "k"  hərfini də vermərəm, o ki, qaldı kitabı. Təsadüfən mağazada bir nəfəri görüb, endirimlə ona satdım. Həmin kitabı ona mən tövsiyə etmişdim. Çünki, məhz ordakı Mövlana və Şəms hissələrinə görə vaxtilə həmin kitaba 14 Azn vermişdim. Xülasə, "filankəs" "AŞK"  kitabından dəm vururdu, dedim onu da oxusun. Daha mən haradan bilərdim ki, o başqa məqamlara fikir verib, həmin hissələri da tamam başqa cür izah edəcək. Mən də zavallı - zavallı baxacam, həm də  böyük təəssüflə...
Bu gün "filankəs"-in əlində kitabı yarılanmış gördüm. Və soruşdum ki, oxu necə davam edir? Dedi ki:
-Qıza görə dəhşət pis oluram. (kitabı oxuyanlar bilir qız və psixologiyası barədə)
Dedim:

-O başqa, əsas hissələr barədə, de. Orada möhtəşəm materiallar var, Mövlana və Şəms barədə.
Dedi ki:
- Ay qız, elə onu soruşacaqdım. (Dodağını dişlədi, ətrafına baxdı elə bil nəsə gizli bir iş görüb) Onlar nə məktublardı? Normal deyil, e, vallah. Bir kişi bir kişini elə sevə bilər? Məktublarını oxuyursan, elə bil qıza yazıb.
Mən artıq susmuş, sınmış, içimdən (gör kimə nə kitab məsləhət görmüşəm deyə)özümü danlamış vəziyyətdə yazıq - yazıq başladım buna izah eləməyə. Sufilikdən başlayıb, İlahi məhəbbətdən tutmuş, hər şeyin mərkəzinin sevgiliyə olan "məhəbbət" olmadığını, dostluğun İlahi məhəbbətin Şəmsin, Mövlananın münasibətlərindən 15 dəqiqə danışdım.

Bu söhbətləri eşidən "filankəsin" yanındakı "filankəs" əlini ağzına aparıb bir reaksiya verdi ki,
-Ay qız, Şəms qız deyildi ki? Dəhşətdir ki...
Bundan sonra tamamilə susdum!
Axı hər oxuyan Molla Pənah olmur-xatırladım...

P.S: "Filankəs" deyə xitab etdiklərim, ali təhsilli, dünyagörüşlü "mütaliləli" insanlardır.

Ehh, Dırnaq arası Molla Pənahlar...

Hissə-2

Bu fikirlərlə 2 dərs oturdum. Doğrudan da əsl dəhşət idi. Sonra dostumla bir az işimiz var idi deyə birlikdə "28 may"-a getdik. Qayıdanda evə bir az hava toran olmuşdu. Qarşımızdan bir qız keçdi və əlində kitab var idi. Əlində kitab gördüyüm hamını, səmimi deyirəm, kefini soruşmaq, əhsən demək istəyirəm. O qədər xoş olur ki, mənə bu. Və həmişəki kimi boylandım görüm nə oxuyur lakin görə bilmədim tez keçdi. Elə bu vaxt qərara aldım bu söhbət barədə fikirlərini öyrənim. Lakin ondan əvvəl başladım bu sözləri deməyə.

-Bilirsən Nez, nə istəyirəm? Kitab oxuyan insanların hamısını bir yerə yığıb, bir dünya yaratmaq. Düşün ki, hər şey nə qədər asan olardi. Hamı bir - birini necə başa düşərdi?

Və sonra bir dayı ilə paralel getməyə başladıq, dərsdə olanları Nezə danışdım. Nez gülməyə başlamışdı ki, dayı başladı danışmağa. Hansı ki, iki dayanacaq arası qızğın və möhtəşəm söhbət getdi. 2 ədəd 90 dəqiqə düşündüklərim, 15 dəqiqə başa salmağa çalışıb boşa gedən cümlələr bu 2 dayanacaq arası elə dəyər qazandı ki... Hətta o qədər ki, yolu keçəndə hər üçümüzü az qala maşın vuracaqdı. 
Dayı danışırdı, mən təsdiq edirdim. Mən danışırdım, o doğrudur- deyirdi..Və xoş, hətta çox xoş təəssüratla yarıda sağollaşıb ayrıldıq.

 

Ehh, Dırnaq arası Molla Pənahlar...

Məhz buna görə dünya yaradim deyirdim...Məhz tanımadığım o dayı da həmin dünyanın sakini idi.
Kitab oxuyaq...
Kitab oxudaq...
Sadəcə oxumaq yox dərk edib, tətbiq edək.. 

Oxuyan gözləriniz yorulmasın, sadəcə bölüşmək istədim.

Səslərin sayı: 7
10
1752
loading...
Şərhlər
Offline
Emma Svon
İndi qızlara Şəms adını qoyurlar. Amma burada Şəms Təbrizidən danışılır və bunu bilməmək gülüncdür.
28 dekabr 2015 17:31
Offline
Fatma xanım
Səadət xanım yazınızı diqqətlə oxudum çox xoşum gəldi mən çox kitab sevənəm düzdü indi gözlərim yaxşı görmür deyə təssüfki azaltmışam oxumağı amma yazınız mənə çox çox maraqlı oldu
6 noyabr 2015 19:53
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Seadet Dadasova
Ceylan Mumoğlu,
Var olasan, ablacim. İnşallah

Hamınıza təşəkkürlər, dostlar ?
5 noyabr 2015 00:23
Offline
......
Xebere gore tewekkur edirem give_ros
4 noyabr 2015 22:19
Offline
Şəri Babayeva
Kitab oxuyaq...
Kitab oxudaq...
Sadəcə oxumaq yox dərk edib, tətbiq edək..

Xoş gəldin. give_ros Səni saytda görmək məni sevindirdi. Əvvəl kitab çox oxuyardım. Oxuduğum kitabların əksəriyyəti rus dilində idi. İndi tənbəlləşmişəm. Gərək kitabxanaya gedim. Xəbəri həvəslə oxudum. Davamlı olsun.
4 noyabr 2015 18:59
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
●♥ Səma ♥●
Maraqlı yazmısınız.Təşəkkürlər.
4 noyabr 2015 17:41
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Xəyalə Murad
Səadət çox düşündürücü yazı təqdim etmisən. O "Filankəs"lər bu yazını görüb utansınlar. Şəms Təbrizini tanımamaq özü də dünyagörmüş, ali təhsilli, mütaliəli insan üçün ayıbdır. Şəms adında qız ola bilər. Amma diqqət etsəydi məktubun əsl mahiyyətini anlaya bilərdi.
4 noyabr 2015 16:44
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ellada Babayeva
Xoş gəldin. Səni burda görməyimə şad oldum.
4 noyabr 2015 16:19
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
alisa1971
Nizami Gəncəvi deyib ki:

Dünyada nə qədər kitab var belə,
Arayıb , axtarıb, gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər sirli xəznədən bir dürr çıxardım..

Bəxtiyar Vahabzadə deyib ki:

Bircə ondan razıyam ki,
Özümdən narazıyam.

İbn Sina deyib:

Dərk etdim, pərdəli çox sözü həmən,
baş açdım Örtülü çox sirlərdən,
yaxşı fikir edəndə məlum oldu ki,
Hələ çox şeyləri bilməyirəm, mən.

Yəni,insan çox, lap çox oxumalıdır ki, az bildiyini başa düşsün. Az oxuyanlar isə elə başa düşür ki, çox bilir. Dəb xatirinə evinə kitab alanlar, əlində kitab tutanlar isə evinə pianinonu çala bilmədiyi halda suvenir kimi qoyanlardır. Oxuduğunu anlamayan, yaxşı olar ki, ibtidai sinif kitablarından başlasın...
4 noyabr 2015 16:15
Offline
Ceylan Mumoğlu
Səadət, bu saytımızdakı 2-ci xəbərindir, yanılmıramsa. Sən bizə xoş gəlib səfalar gətirmisən. Gözəl və düşündürücü xəbərlərinin davamını gözləyirik. give_ros
4 noyabr 2015 15:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 21:18 - Müəllif: Surayye
    Yun köynəkləri necə yumalı? (1)

    Yun köynəkləri necə yumalı?

    Olmaz axi 60da qirisar men 30da yuyuram
  • 21:17 - Müəllif: Surayye
    "Qumlu" keks (foto resept) (3)

    "Qumlu" keks (foto resept)

    Ay da bu kremi ne qeder axtarmisam Allah razi olsun
  • 48 saat dayanmadan oyun oynadı-FOTO

    Ayla AylaTut qulağından sürü küçəyə. Hələ yemək aparır ki yesin. Uşağın yuxusuna görə narahat olmurAgzina salik canim menim. O play steysonu baglatmaq lazimdi
  • Ürək sağlamlığını qoruyan qidalar

    Maqneziumla zəngin olan daha bir qida yer fındığıdır. Onnu yeyən zaman siz eyni zamanda kifayət qədər vitamin və mineral da qəbul etmiş olacaqsınız. 4cstəkan qovrulmuş yer fındığı 64 mq maqnezium və yaxşı dozalı kalsium deməkdir.Magneziyum yemeliyik bilmirdim tesekkurler
  • Pizza dilimləri ilə böyüyən körpə

    Ussss pitsa yerine yeyerem seni
  • Modelin qaşları diqqət çəkir-FOTO

    Seksenlerin makiyajini elemese yaxsidi
  • 3 günə 3 kiloqram arıqladan pomidor pəhrizi

    Yoxlayacam gorüm ne mene seydi
  • Maykl Ceksonun ailəsi 100 milyon dollar tələb edir - SƏBƏB

    Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, onlar sözügedən kanalın müğənni haqda çəkilən “Neverlendi tərk edərkən” filminə görə 100 milyon dollar tələb edir.
  • Ürək sağlamlığını qoruyan qidalar

    Çox dəyərli və maarifləndirici xəbərdir. Təşəkkür edirəm, Ülkər xanım. Sizin xəbərlərinizi yenidən görmək xoş oldu. Bu inanılmaz tərəvəzin tərkibində fitonukleotidlər, bol vitaminlər həmçinin külli miqdarda magnezium vardır. Onun qəbulu orqanizmi iltihabı prosesləri aradan qaldıran altioksidantlarla zəngiləşdiri, detoksikasiyanı təmin edir, damar divarlarını təmizləyir, bu da təzyiqin azalmasına və ürəyin əlavə gərginlikdən azad olmasına səbəb olur.
  • Məşhurlar 80-ci illərdə

    Anjelina ile beonsa yarasdirdim
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!