Prezidentin göstərişi ilə sahibkarların yoxlanmasının dayandırılması ilə bağlı qanun qüvvəyə minir. Sahibkarlar və mütəxəssislər hesab edir ki, qanunun qüvvədə olduğu iki il ərzində qeyri-neft sektoru inkişaf edəcək, sahibkarlara qarşı maneələr aradan qaldırılacaq.
ANS TV-nin məlumatına görə, bu gündən ölkədə sahibkarlıq subyektlərinin yoxlanılması iki il müddətinə dayandırılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparılacaq.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyir ki, yoxlamalar həm dərman vasitələrinin dövriyyəsi, həm anti-sanitariya və baytarlıq, həm də kamunal sahələr – işıq, qaz və elektrik şəbəkəsinə qeyri-qanuni qoşulmalar üzrə müraciət daxil olarsa, həmin qurumlar İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu məsələ razılaşdırıldıqdan sonra yoxlamaları apara bilərlər.
Sahibkarlığın inkişafı üçün daha bir addım lisenziyaların sayının minimuma endirilməsi ilə bağlıdır. Prezident tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.
Mütəxəssislər hesab edir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə atılan bu addımlar yalnız sahibkarların xeyirinə deyil, ümumilikdə dövlətin inkişafı üçün mühüm islahatlardır.
“Burada əsasən söhbət dövlət büdcəsinin qeyri-neft sektorundan əldə olunmuş vəsait hesabına artırılmasından gedir. Bu isə ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi və yeni iş yerlərinin açılması, eləcə də ölkədə yoxsulluğun azaldılması deməkdir”, - deyə iqtisadçı Məhəmməd Talıblı vurğulayıb.
İqtisadçının sözlərinə görə, indiyədək qurumların sahibkarlara münasibəti nəzarət xarakteri daşıyırdı. Bu sahədə olan boşluqlar rüşvət və korrupsiyaya imkan yaradır, sahibkarların sektordan çəkilməsilə nəticələnirdi. İndi isə yoxlayıcı orqanlar yalnız xidmət funksiyası yerinə yetirəcəklər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Dəbli toy donları
Azərbaycanlı məşhurların Mehriban Əliyeva ilə SELFİSİ
Günün qoroskopu:Fikrinizi cəmləyin!
Dünya Türkləri Facebook-da səs verir
Şahdağ Milli Parkında yanğın başlayıb
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri
Yol polisi sizi törətmədiyiniz qayda pozuntusunda ittiham edirsə... - MÜZAKİRƏ
Sabahın HAVAsı
Murat Boz Survivorda
BÜRCLƏR bizə nə vəd edir?- 5 Dekabr
2017-ci ildə hansı bürclərə ikinci yarını tapmaq qismət olacaq?
Yaponiyada şəffaf tualetlər istifadəyə verildi - FOTO
Sürətlə şığıyan Ford Mustang - FOTO
Azərbaycan İİV daşıyıcılarının son statistikası
Həyatımızın "Kaş ki"ləri
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Çoxuşaqlı ana 22-ci hamiləliyi barədə danışdı – VİDEO
Oscar tarixinin ən ikonik tərz sahibləri
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
"WhatsApp" daha bir yenilik edəcək
Uşaqların ağlama səbəbləri
Yeni türk nəsilini necə yetişdirməli?
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycan dili YouTube-da
Günəş işığının faydaları nələrdir?
Sinem Kobala 30 minlik təklif-FOTO
Qardaşını kabusa çevirdi
İnstaqramda ən çox izləyicisi olan məşhur
Wikipedia internetsiz də olacaq
Evdə yerə qənaət etmək üçün
Evlənən cütlüklər nəyə diqqət etməlidir?
Ən uzun körpüdə - FOTO
NATO Rusiya ətrafında həlqəni daraldır
Gəlin öz toyunda UŞAQ DÜNYAYA GƏTİRDİ: bəylə oynadığı an... - FOTO
Son 10 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib
Zövqlü geyimlər
Son zamanlar uşaq ədəbiyyatına maraq niyə azalıb?
Çiyələkli biskivit(foto resept)
Məşhur aktrisa yandırılmaq istəyib-FOTO
Koronavirusdan uşaq ölümlərinin ən çox olduğu ölkə açıqlandı
Qarabaşağın faydaları
XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı
Hava haqqında
Prezident İlham Əliyev: "Ermənistan sülh istəmir"
Tayson Eminemi nokauta saldı - VİDEO
Aleyna Tilki reklam qiymətini qaldırdı
Quranı təhqir edən deputata şillə kimi cavab
Qəlbin qapısı
Prezident: “Bəs nə oldu sizin döyüşkən ordunuz? Vurduq, dağıtdıq, məhv etdik”