Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:17PERI hervaxtiniz xeyir qizlar hardasiz 09:56Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39981

Bir bağlama sevgi

 Bir bağlama sevgi

Bu gün bayırdan otağımın pənəcərəsini sanki yerində qoparıb içəri keçən səs-küyün səsi məni oturduğum yerdən durmağa məcbur etdi. Pəncərədən boylanıb səs gələn tərəfə baxdım, hamı orada idi, məndən savayı, deyən heç yerimdə görünmürdü.

Çox səslədim ordakıları, heç kim dönüb nə səs gələn tərəfə, nə mənə baxdı. Səbəbi görəsən nə idi? Məni eşitməmək üçün nə məşğul etmişdir onları? Bu qədər dünyadan qopararaq kar olmalarına səbəb nə idi? Bir insanın harayını eşitməmək üçün nə aludə etmişdir onları?

Çığırmaqdan səsim qısılmışdır sanki, elə bil artıq özümdə eşitmirdim səsimi, amma dodaqlarımın tərpənməsindən  anladım ki, hələ də bağırıb ordakıları səsləyirəm. Onlar isə məni eşitməmək üçün qulaqlarından belə imtina edərdilər.

Bu laqeyidliyə çox dözməyib, yanlarına getdim bəlkə yaxından çağrsam, eşidərlər ümidi ilə...  Amma onlar nəinki məni eşitdilər, heç görmədilərdə. Bir an düşündüm bəlkə ölmüşəm, kimsə məni nə görür, nə eşidir. Amma elə bu ani düşüncədən bir səs ayırdı məni, dedilər ki; xoşbəxtlik paylayırıq, səndə istəyirsən?

- Soruşdum, bağlamanızda hansılar qalıb?

- Hamısından, dedilər.

- "Hamısına nələr daxildir bəs?", deyə yenidən sual verdim.

- Var-dövlət, ailə-uşaq, şan-şöhrət, elm-savad, eşq-məhəbbət  və daha nələr... nələr ... al-əlvan xoşbəxtliklərlə doludur bağlamamız.

- Mənə hansı yaraşar? Deyə soruşudum.

- Hamısı.

 Bir bağlama sevgi

-Bəs hansına layiqəm?

-  ...

- Bəs hansı haqqımdır?

- ...

- Bunlara layiq olmaq üçün nə etməliyəm?

- ...

- Bunların haqqım olmaları üçün nə etməliyəm bəs?

- ...

- Kimin hansı haqqıdır, kim hansına layiqdir, bilmirsiz, amma bol əldən dağıdırsız. Bax, iki addım o yanda evim idi. Oradan burdakıları səslədim, heç kim eşitmədi məni, səbəb nə idi? Çünki onlara yaraşan xoşbəxtliklərlə məşğul idilər.

Bu məgər paltardı, bizə yaraşsın? Axı layiq olmaq lazımdır, ələlxüsus əldə qoruyub saxlamağı bacarana verilmləidir bu saydıqlarınız. “Gözü” olmayan güllü çəmənliyi neyləsin? Görməyəcəksə? “ Kar” olan biri bulaq yanındakı evi neyləsin? Bulaqın səsini eşitməyəcəksə? “Lal” olan dağlar qoynunda evi neyləsin? Avazı gəldiyi qədər bağırıb bu dağdan o biri dağa səsinin əks-sədasını eşitməyəcəksə?

Bunları demişdim ki, baxdım gördüm özüm üçün danışıram. Hər kəs özünə yaraşan xoşbəxtliyi əyninə geyinib evlərinə tərəf üz tutub. Yerə səpilmiş xoşbəxtliklərə baxdım, ayaq altda qalıb əzilib ələ gəlməz halda düşmüşdülər. Məyus olmuşdum ki, bir az kənarda bayaqkı bağlamanı gördüm, sevincək ona tərəf qaçdım. İçində təkcə sevgi qalmışdı. Düşündüm, mənə layiq elə budur. Bir bağlama sevgiylə soyuyub buza dönmüş otağıma qayıtdım.

 

Ölmüş birinin gündəliyi: bu gün mən də xoşbəxt idim.

 

 

 

Səslərin sayı: 3
6
1390
loading...
Şərhlər
Offline
●♥ Səma ♥●
Maraqlı yazılıb.Oxuyanda cümlələr adamı sıxmır.Təşəkkürlər,Aida.
3 noyabr 2015 15:18
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
alisa1971
Gedənlərdən qalanlara nümunə... İndi müasir dövrdə bircə sevgi qalıb- anaların övladlarına sevgisi, bəzi sevgilər artıq məhv olmaq üzrə... Leyli Məcnun sevgisi artıq tarixə qovuşmuş hesab edilə bilər, məncə... Çünki Leylinin vaxtında hisslər təmiz və təmənnasız idi, gözəllər də bu qədər deyildi, ya mənən, ya zahirən, Məcnunun səhər axşam gördüyü Leyli və ya ondan başqa bir iki qız ola bilərdi, Məcnunun zamanında internet olsaydı, yəqin ki, o Məcnun olmazdı, nə də Leyli Leyli olmazdı...Övladların valideynə sevgisi də , arxasında valideynə xəzinə kimi baxmasalar yaxşı hesab etmək olar, amma övladların valideyni öldürməsi, nə bilim bıçaqlaması, indiki zamanda var, vətən sevgisi, nə bilim o da pulu olanlar üçün xaricdədir, ordan vətən vətən ağlayırlar, ataların övladlarına sevgisi də ana sağdırsa var, ana dünyasını dəyişibsə ata yeni qadın alandan sonra o da ögeyləşir, indi qalır bircə sevgi ki, o da ananın balasına olan sevgidir ki, ana ölənə kimi sevir, təmənnasız, sevgisini bala onu atsa da sevgisi azalmır, lap qocalar evindən balasına dualar edir...Əlbəttə ki, bunlar mənim öz fikirlərimdir...
Mövzu üçün çox sağ olun,bacım, düşündürücü mövzudur, bütün mənalarda...
3 noyabr 2015 10:54
Offline
Fatma xanım
Bildim ki Aidənin yazısıdı maraqlı yüngül və düşündürücü
2 noyabr 2015 20:15
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Çox bəyəndim. Asan dillə yazılmış, hər kəsin anlaya biləcəyi, düşündürücü, ibrətamiz bir yazı. Təşəkkürlə Aida! give_ros
2 noyabr 2015 18:29
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Maraqlı idi, Aida. Gündəliyə davam. give_ros
2 noyabr 2015 18:23
Offline
♥AyTaDj HəSəNzAdə♥
ilk werh menden seve seve oxudum cox gozel cox tesirlidir
2 noyabr 2015 16:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )