Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0914 AZN

Dəri quruluğu və dəriyə qulluq(2)

Dəri quruluğu və dəriyə qulluq(2)
Hava, mövsüm, günəş, sauna, hamam, kisə və vücud peelingi dəriyə necə təsir edir?
Quru dəri, stratum korneum təbəqəsinin rütubət tərkibinin azalmasıdır. İstiyə və soyuğa məruz qalan cilddə transepidermal su itkisi artır və bu artım dərinin qurumasına səbəb olur. Həmçinin qış mövsümü də dəri quruluğuna səbəb olur. Mövsümi olaraq quru deyildikdə, “qış qaşınması” kimi də tanınan soyuğa bağlı kserosis ağla gəlir. Qış aylarında aşağı rütubətə bağlı olaraq inkişaf edən bu vəziyyətdən qorunmaq üçün mütləq qoruyucu geyimlər geymək, nəmləndiricilərdən istifadə edilməlidir. Günəş,istilik, həm də şüa təsiri ilə dərinin nəm itirməsinə səbəb olur.
Kosmetik baxımdan kobud və quru dəri görüntüsünə məhkum olmamaq üçün yay və qış ayları boyunca günəş qoruyucu məhsullardan istifadə etmək lazımdır. Günəş qoruyucular dərinin ziyan almasına və dərinin qurumasına mane olur. Su ilə tez-tez təmasda olmaq dərinin nəm itkisinə səbəb olduğundan, insanların çox tez-tez kisə və peeling tətbiq etmələri də təhlükəlidir. Kisə və peeling zamanı dəridə yaranan sürtünməyə bağlı iritasiya, quruluğun şiddətini daha da artırır.
Quruluğun qarşısını almaq üçün nələr edilməlidir?
Soyuqda əlcək geyinin:Xüsusilə payız və qış aylarında aşağı rütubət miqdarına bağlı olaraq daha tez-tez dəri quruluğu inkişaf edir. Soyuq havalarda açıq qalan bölgələri, xüsusən əllərimizi əlcəklə qorumaq lazımdır.
Qısda duş qbul edin: Tez tez duş qəbul etmək vücud gigiyenası üçün lazımlı olsa da; Çox vaxt alan, duş köpükləri ilə edilən və çox isti suyla qəbul edilən duşlar dəri quruluğunu artırır. Bu səbəblə vanna və duş müddəti qısa tutulmalı, duşdan çıxdıqdan sonra mütləq dəri tipinə uyğun nəmləndiricilərdən istifadə etmək lazımdır.
Yağlı sabundan isrifadə edin: Sabunlar dərini qurutduğuna görə pH-ı 5.5 sabunsuz təmizləyicilər və ya yağ və qliserin səviyyəsi yüksək olan sabunlar istifadə edilməlidir.
Dəri quruluğu və dəriyə qulluq(2)

Kimyavə maddələrdən qorunun: Tez tez yuyucu tozlar, aseton və kimyəvi maddələrlə təmasdan çəkinmək lazımdır.
Çox dar geyinməyin: Çox dar geyimlər sürtünməyə bağlı dəridə quruluq və iritasiyaya görə paltar şeçiminə diqqət edilməlidir.
Ofisi nəmləndirin: Xüsusilə ofis şəraitində işləyənlər, məişət kondisionerlərinin səbəb olduğu az rütubətə bağlı dəri qurusundan şikayət edirlər. Otağın rütubət nisbətinin aşağı olmamasına diqqət edilməlidir.
Dərinin qurumaması üçün qidalanmada nələrə diqqət edilməlidir?
Yay aylarında tərləməyə bağlı insanlarda yaranan susuzluq hissi, su içilməsi üçün insana xəbərdarlıq edir; Amma qış aylarında adətən su istehlakı azalır. Dəri quruluğunun qarşısını almaq üçün diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə bol su içməkdir. Təkcə su deyil, bitki çayları ya da meyvə şirələrindən da lazımi maye tələbatı qarşılana bilər. Bundan başqa, sudan başqa digər yediyimiz qidalar də dəri quruluğuna təsir edir. Sürətlə formalaşan çəki itkisi, normal qidalanmama dəridə quruya səbəb olur.Xüsusilə bol meyvə və tərəvəz istehlakı dəri sağlamlığımız üçün lazımlıdır. Doymamış yağ turşuları (maye yağ) zəngin qidalanma da dəri quruluğunun qarşısını almaqda fayda verir. Ziyafətlərdə kifayət miqdarda maye yağ istehlak etməkdə fayda var.
Fuad Nəzərov
Səslərin sayı: 2
11
3386
loading...
Şərhlər
Offline
. : . Sonta_Xatun . : .
Men de derime qulluq edirem,nemlendirmesine,temizliyine
15 aprel 2016 21:56
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Suzanna
Dərisi quru olanlar bolluca su içsinlər.
15 fevral 2016 15:30
Offline
°ღ Zayka •.°ღ
Menim derimde qurudu nemlendiriceden istifade etmeden pudra surte bilmirem qabiq verir,men indi elnen hazirlanan bir yagdan istifade edirem,gicitkan ve zeytun yagindan anam hazirlayib,mene yaxsi gelir ondan istifade edenden sora
15 fevral 2016 14:20
Offline
Pərvanə
Mənim dərimdə çox qurudu dəhşət özüdə .
15 fevral 2016 09:34
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Mənim dərim cox quruyur bilmirəm nə edim.
3 yanvar 2016 21:05
Offline
أحبك
Men derime burda yazilanlar kimi qulluq etsem , derim menden cooox razi qalar blush . Tesekkurler Agat xanim
11 noyabr 2015 13:45
imza: فراق
Offline
lala
Menimde derim qurudur yasim az olsada artiq goz altimda qirislar gorurem nemlendiricinin elede xeyri deymir. Faydali meslehetlerdir...Tesekkurler
11 noyabr 2015 11:54
Offline
●♥ Səma ♥●
Soyuq günlərin keçdiyi bir vaxtda faydalı xəbər oldu. Təşəkkürlər.
9 noyabr 2015 22:52
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Şəri Babayeva
Mənim dərim yağlıdır. Arada quru olur o da krem vururam düzəlir. Təşəkkür edirəm.
9 noyabr 2015 19:38
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
Qışda soyuq havalarda dəri çox quruyur. Fayalı məsləhətlərə görə sağ ol.
9 noyabr 2015 17:02
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Yay aylarında tərləməyə bağlı insanlarda yaranan susuzluq hissi, su içilməsi üçün insana xəbərdarlıq edir; Amma qış aylarında adətən su istehlakı azalır..Çalışıb qışdada içmək lazımdı
9 noyabr 2015 16:59
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır