Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

 Hörmətli istifadəçilər,Qadin.Net saytı bu dəfə sizlərə “Həyat qadının gözü ilə” başlığı altında fotomüsabiqəsini təqdim edir.

Bu müsabiqədə məqsəd,sizlərin fotoqrafçılıq qabiliyyətinizi üzə çıxarmaq və eyni zamanda çəkdiyiniz fotonun məzmunu haqqındakı yazacağınız fikirləri öyrənməkdir.

Çalışaq ki,Qadin.Net saytının müsabiqələri də,təqdim etdiyi xəbərləri kimi,əsasən maarifləndirici xarakter daşısın.Buna görə də,elə etmək lazımdır ki,müsabiqəyə təqdim edəcəyiniz foto işiniz dərin məna kəsb etsin,eyni zamanda həmin foto haqqında yazacağınız fikir və düşüncələriniz bizlərə nəyisə desin,öyrətsin.

Müsabiqənin şərtləri:

  1. Müsabiqə bütün  həvəskar və ya professional çəkiliş edə biləcək qadınlara açıqdır. Daha əvvəl basqa müsabiqələrdə  mükafat almıs əsərlər yarısmaya qəbul edilməyəcək.
  2. Plaqiat foto təqdim edən iştirakçı müsabiqədən kənar ediləcək!
  3. Fotolar 2-3 abzas mətndən ibarət qısa məzmunla izah olunmalıdır.
  4. Bir iştirakçı bir neçə foto təqdim edə bilər, lakin müsabiqə üçün yalnız bir foto seçiləcək
  5. Müsabiqə üçün yalnız keyfiyyətli fotolar qəbul olunacaqdır.Solğun və aydın görünməyən fotolar müsabiqəyə qatılmayacaq!
  6. Təqdim olunmuş fotoları nümayiş etdirmək, onlayn dərc etmək hüququ Qadin.Net saytına məxsusdur.
  7. Adminstrasiyanın qərarları müzakirə olunmur!

MÜSABİQƏ qaliblərinə mükafat:

İlk üç yerin sahibi:

 1-ci yer:  3000 bonus xal, 30000 manat "virtual pul" + Oriflame hədiyyə qutusu

 2-ci yer:  2000 bonus xal, 20000 manat "virtual pul"

3-cü yer: 1000 bonus xal, 10000 manat "virtual pul"

 

Müsabiqəyə qatılmaq istəyən iştirakçılar öz foto işlərini award@qadin.net ünvanına göndərməlidirlər.
Şəkillərin son qəbul günü: 16.05.2011 - 00:00

SƏSVERMƏ:

"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

Qadın kəpənək kimidir - Qadın kəpənək kimidir...Kəpənəyi əlinizə almağı bilmədiyiniz zaman ovuclarınızda can verir...! Qadını kəpənəyi tutar kimi tutacaqsan. Ovucuna qoyarsan,çox sıxışdırsan qanadları qırılar,ölər… Açıq buraxanda isə qaçar... Bir qadını tutan zaman həm sıxmayacaqsan ,həm də qaçırmayacaqsan!


 
"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ! Bu əllərin bir əsrə yaxın tarixi var… Elə tarixin də acılı-şirinli günləri hər biri bir qırış olub həkk olub bu əllərə! Bir zamanlar agappaq pambıq kim zərif əllər.. indi isə titrək, gücdən düşmüş, rəngi solmuş əllərə dönüb… Neçə körpənin beşiyini yelləyib,neçə uşaga qucaq açıb bu əllər.Neçə qıza cehiz,neçə gəlinə duvaq hazırlayıb bu əllər.. Neçə əsgərin arxasınca su atıb bu əllər… Əlimdən tutub addımlamağı öyrədib bu əllər. Bişirdiyi təndir çörəyinin ətri hələ də getməyib bu əllərdən. Balaca əllərin hər gün tutub parka tərəf dartdığı əllər… Sığalladıqca saçlarımı unuduram qəm kədəri. Bu əllərdə bir doğmalıq,bir sevgi, bir hərarət var..  Çünki bu yaşlı əllər bir qadının, bir ananın əlləridir. Hər gün göyə açılan bu əllərin duası daima bizləri qorusun!
   
"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

Qəlbinə görə sev,gücünə görə al! - Bu qohumlardan birinin xoşbəxt günündə toydan əvvəl gezintilərindən olan şəklidir. Mən də bu anı necə deyərlər,tutmuşdum. Və sonra özlərinə də göstərdikdə, çox bəyənmişdilər. Allah bütün sevən cütləri xoşbəxt etsin! Amin!

   
"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

Mən şəkil çəkdirməyi sevməsəm də şəkil çəkməyi çox sevirəm,demək olar ki, hara getsəm sevimli aparatım yanımda olur,əsas da təbiətin gözəlliyini,günəşin doğmasını və batmasını,yağışın yağmasını və s.gözəllikləri çəkməyi sevirəm.Bu şəkli Ağsu rayonunda çəkmişəm,yanvar ayında.Səhər tezdən,yağış yağmışdı amma havada ,yerdə nəmlik var idi. Hələ təbiətin qoxusunu demirəm. Günəş çıxarkən çəkmişəm. Təbiətin gözəlliyinə soz yox. Mən təbiətin gözəlliyin heç bir gözəlliklə müqayisə edə bilmirəm, sanki yenidən doğuluram,ömrüm artır çəkdiyim gözəlliklərə hər dəfə təkrar-təkrar baxanda.

   

"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

Bu şəkli Bakıya gəldiyimizdə göy üzündə təyyarədən çəkmişəm. Buludların qar kimi ağappaq görünüşü məni valeh etdi.Onlara baxdıqca,əllərimlə tutmaq istəyirdim.Sanki yumşaq pambıqlar göy üzündə axıb gedirlər…
   
"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ! Heç bir professional fotoqrafın çəkə bilmədiyi bir şəkil-tam təsadüfi alınmış obrazli bir görünüş. Tavandan asılmış şarlar lirik musiqi sədaları altında rəqs edən bəylə gəlinin şərəfinə yerə enir və şarlardan biri bəyin baş hissəsində olarkən həvəskar fotoqraf bu kadrı tutur. Özü də, şar bədənə elə düz formada yerləşib ki, lap başa oxşayır.Hər hansisa bir fotonu internetə yerləşdirəndə istəmirsən ki, oradakı adamların üzü düşsün, fotoşopla düzəliş aparırsan, sifətləri tanınmaz hala salırsan. Amma bu fotoda hər şey təbii alınıb, gəlinlə bəyin üzünü gizlətməyə ehtiyac yoxdur. Bəyin başına şar düşüb, gəlin də üzünü o yana çevirib.
   
"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

5-ci əsrin sonlarında insanları kütləvi şəkildə xristianliğa cəlb etmək üçün Alban çarı III Vaçaqan tərəfindən tikilmiş məbəd. Məbəd Qax rayonunun Qum kəndində yerləşir.

   
"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

"Mənim arzularım, mənim ümidlərim, mənim istəklərim, mənim sevdiklərim, mənim tabe olduğum - mənim Kitabım, Dinim, Allahım!"

   
"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ! Kala gülü - Hər kəs bu gül kimi təmiz və saf olmağı bacarmır,hər kəs bu gül kimi mənalı və dəyərli olmağı bacarmır,hər kəs bu gül kimi ,kimiləri üçün kiçik kimiləri üçünsə böyük bir hədiyyə olmağı bacarmir. Bəzi insanlar özünə baxmamış başqasını təhlil və ya müzakirə edirlər. Mənim fikrimcə o insanlar düşünsünlər ki, bu gül qədər ola bilmirlər. Bu gül qədər dəyərləri və hörmətləri yoxdur. Bax belə insanlar bundan nəticə cıxarıb utansınlar.
   
"Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ! Bu sevgilimin və mənim əllərimizdir. Bu şəkil çox xoşuma gəlir. Bir-birimizə necə bağlı olduğumuzu ifadə edir.Kafede oturdugumuz vaxtdır... Birdən ağlima gəldi, mən də xatirəyə çevirdim.
   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ! �����-���������... (�����:������� ������) -  Arzularıma çox uzaqam... ümidsizliyə son... bu yolu keçmək mənim əlimdədir... yetərki istəkli olum...
   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

Bu şəkil keçən il Qusar meşələrindən birində çəkilmişdi. Bir çox insanlar kimi mən də təbiətimizi və onun canlılarını çox sevirəm. Şəkildə də göründüyü kimi qarışqalar ölmüş olan arını öz yuvalarına daşımağa çalışırlar. Bizim üçün faydasız görünən bu arı qarışqaların bir müddətlik yeməyinə çevriləcək. Qarışqalar çox zəhmət sevən həşaratlardır. Özlərindən 50 dəfə çox yük qaldırmaq gücünə sahibdirlər. İnsanlar kimi onlarda birlik olub öz yuvalarını qoruyurlar və lazım gəldikdə insanlar kimi savaşırlarda. Bahar aylarında yuvalarından çıxar və özlərinə yeni bir yuva qurmaq üçün işə başlayarlar.

   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

Bir ovuc torpaq… Əslində bu torpaq deyil, bu - BİZİK!.. Allah bizi ondan yaratdı və bir gün yenə ona qayıdacağıq... Allah hər kəsə bir tale yazır: kiminə xoşbəxt, kiminə... Hərəyə bir ömür yazır: kiminə uzun, kiminə qısa amma, hamını birləşdirən tək bir şey var: İNSANLIQ! Mehriban, xoş üz, kimsəni acılamadan, canını yakmadan, paxıllıq, xəbislik hissləri olmadan yaşayıb, bu torpaqla pak vücudumuzla, hüzur dolu qovuşa bilmərikmi? Əgər bu dünyadan köçəndə hərə bir ovuc torpaq olacaqsa, bu dünyadan ona çatan ancaq bu olacaqsa, o torpağı əldə etmək üçün nüvə silahları yaratmaq İNSANLIQDANDIRMI???!!!

   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

Bu şəkilə baxarkən düşünürəm nə vaxtsa bu evlərin tikilişinə sevinən xanımlarımız indi haradadırlar? Görəsən erməni gülləsinə tuş gəliblər yoxsa  sağdırlarmı. Bu evlərdə yellədikləri beşiyi,  oxuduqları laylaları   görəsən həmin xanımlar xatırlayırlarmı. Mən gözlərimlə gördüm və çəkdim sizlərində görməyinizi istədim.

P.S. - Bu şəkli yaxınımız olan bir köçkünə göstərdim kövrəlib agladı sonra mənə öz təşəkkürünü bildirdi ki, cəsarət edib bu şəkli çəkmisən. Cəsarət demişkən mən bütün cəsarətimi toplayıb bu şəkli çəkmişəm. Orada dayanmaq olmaz. Xudafərindən təzəcə ayrılmışdıq ki, qarşıda dayanan sərhədçilər  bizi saxlayıb kameranı əlimdən aldılar və şəkilləri silmək istədilər amma silə bilmədilər. Kameranı özümə qaytarıb silməyi əmr etdi. Mən də başka rejimə çevirib 2-3 lazımsız şəkli sildim və kameranı onlara göstərib sildiyimi söylədim onlarda inandi. Bu ki, tarixdir onu silmək  olarmı ?!

   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ! Qoy göyə ucalan  hər bir körpə əli onlara  sülh bəxtəvərlik nəsib etsin. Körpələr bizim gələcəyimizdir, gələcəyimizin gözəl olması üçün onları hər zaman qoruyaq! Uşaq cənnət nemətlərindən biridir, uşaq qoxusu,cənnət qoxularındandır, hər ağacın bir meyvəsi vardır. O da könlün müyvəsidir. Uşaqlara şəfqətlə yanaşın ki, siz qocaldığınızda şəfqət görəsiniz... Bu dünya uşaqların bu günün sabahı uşaqların...
   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!  Məhəbbət üçbucağı - Parkda gəzərkən nəzərimi cəlb etmişdi.
   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ! Gül bayramı günü balkona çıxdım. Balkona ilk addımı atanda səmadan gözümə böyük bir şar göründü. Əvvəl onun sadəcə  bayram münasibət ilə  şişirdilib havaya buraxılmış bir şar olduğunu düşündüm. Amma diqətlə baxanda içindən alov qalxdığını və səbətində insanlar olduğunu gördüm. Ən əsası mavi səmada asta – asta gedən şardan 3 rəngli bayrağımızın dalğalandığını gördüm. Anidən içimə qürur hissi doldu.  O şarın içində olmağı xəyal etdim. Bəlkə bir gün mən də o şarla gəzintiyə çıxaram. Bu mənim canlı olaraq gördüyüm ilk hava şarı idi. Ona görə çox maraqla və həyəcanla qarşıladım. O an musabiqə yadıma düşdü və tez evə qaçıb fotoaparıtımı götürdüm və binamızın üzərini keçməmiş səklini çəkməyi bacardım.
   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ! Vətənim mənim.  Hər daşını, kəsəyini, hər küncünü,bucağını, hər otunu, ələfini,hər rəngini, hər üzünü,hər tərəfini ve torpağının hər dənəsini canımdan artıq sevdiyim Vətənim mənim - AZƏRBAYCANIM mənim... Azərbaycanımın ən gözəl guşələrindən olan Quba rayonu, Afurca kəndi.
   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!

Bəyaz göyərçin.. Nə gözəlsən sən.. Safsan.. Təmizsən.. Saflığın rəmzi olan rəngin belə, insana xoş hislər bəxş edir. Yüksəklərdəsən... Enmirsən yerə.. Elə hey barışıq əlaməti sayılırsan. Sülh rəmzisən. Sən azadsan.. Səninlə bağlı kiçik xatirəm də var. Son Zəng günündə məktəb həyətində əllərimin arasında tutmuşdum səni. Ovucumun içində kövrək qəlb döyüntülərini hiss edirdim. Sanki azadlığa çıxacağın anı səbirsizliklə gözləyirdin. Səma üçün darıxmışdın... İndi eyvanıma qonmusan. Səni görəndə inanılmaz çox sevindim. Sanki eyvanıma qonmaqla bütün problemlərimə, fikirlərimə son qoydun... Sevimli ağ göyərçin... De görüm, indi kimləri barışdırmaqçün can atırsan??!

   
 "Həyat qadının gözü ilə" - QALİB SEÇİLDİ!  "Yalnızlıq" - nə bilinməz yerdə tək ev, Nə dörd divar, Nə tərk edilmək, Nə kimsəsiz olmaq, Nə sevilməmək, Nə də ıssız adada carəsiz qalmaqdır!!! "Yalnızlıq" - kimsə tərəfindən anlaşılmamaqdır!

Səsvermənin ŞƏRTLƏRİ:

1.Hər bir istifadəçi yalnız 1 dəfə səsvermə hüququna sahibdir! Özü-özünə səs verən istifadəçilərin səsləri etibarsızdır!

2."Kimin kim" olduğunu bildirmək qəti qadağandır! Cəza olaraq 3 günlük ban tətbiq olunur!

3.Səsvermə zamanı ilk yazacağınız cümlə "Mən filan nömrəyə səs verirəm" olmalıdır.

4. Qeyd olunan səsvermə şərtlərini dəyişmə hüququnu Administrasiya özündə saxlayır!

Səsvermə zamanı yalnız konkret olaraq seçimi qeyd etmək lazımdır! Bu müddətdə müzakirələr aparmaq, lazımsız, aidiyyatı olmayan şərhlər, insanları mübahisəyə sövq edən fikirlər yazmaq qəti qadağandır!

Səsverməyə START:

Səsvermə 19.05.2011-ci il, 23:59:59 tarixində bitəcək.

 

 

NƏTİCƏLƏR:

20.05.2011 - 00:30 - Səsvermənin yekunları araşdırıldı və aşağı hissədə nəticələr sizlərə təqdim edilir.

Ötən dəfə olmuş müsabiqələrdən fərqli olaraq, bu dəfə qayda pozuntularına demək olar ki, rast gəlinməmişdir. Sonda çox maraqlı olacaq bir faktla rastlaşmış olduq. Belə ki, həm 2-ci, həm də 3-cü yer eyni zamanda iki fərqli istifadəçiyə təqdim edilir. 2-ci yerdə 13 və 19 nömrəli rəsimlər, 3-cü yerdə isə 1 və 8 saylı rəsimlər eyni səs sayı topladıqları üçün sonda bu cür nəticələrlə qarşılaşmışıq ))  Sizlərə təqdim olunan nəticələr - 19.05.2011 - 23:59:59-a qeydə alınıb!

 

3-cü yer - 10 səs sayı ilə 1 və 8-ci şəkillər (Shoko & Nazuletta)

2-ci yer - 12 səs sayı ilə 13 və 19-cu şəkillər (Semedova & yekta)

1-ci yer - 39 səs sayı ilə 2-ci şəkil (agubugu)

 

Administrasiya adından qalib, agubugu adlı istifadəçimizi təbrik edir, bu cür dərin düşüncəli olması və bu düşüncə və bacarığı sayəsində qazandığı uğurların, qalibiyyətlərin davamlı olmasını arzulayırıq.

 

ümumilikdə bütün iştirakçıların topladığı səslər:

 

01. 10 səs
02. 39 səs
03. 6 səs
04. 1 səs
05. 3 səs
06. 3 səs
07. 1 səs
08. 10 səs
09. 5 səs
10. 6 səs
11. 1 səs
12. 3 səs
13. 12 səs
14. 9 səs
15. 3 səs
16. 1 səs
17. 2 səs
18. 4 səs
19. 12 səs

20. 2 səs



 Təşkilati dəstək:

 

Müsabiqənin sonunda, "Oriflame" şirkəti qalibimizə hazırladığı hədiyyə qutusunu təqdim edəcəkdir. Bu dəstəyi üçün "Oriflame" şirkətinin əməkdaşı Günel xanıma dərin təşəkkürlərimizi bildiririk.
P.S. - hədiyyəni əldə etmək üçün administrasiya ilə əlaqə saxlayın...
Səslərin sayı: 36
470
14043
loading...
Şərhlər
Offline
ملاك
Hmm, ne gozel xeberdir, amma heyif men yoxam:(
19 dekabr 2014 12:46
Offline
PrEnSseSs
19-4 Beyendim Daha Cox Tewekkurler fellow
7 dekabr 2013 22:17
Offline
Terlane huseynli
4 ve 8 daha yaxwidi
20 aprel 2013 23:54
Offline
♥ TƏRİŞ .H. ♥
Hetesinin oz yeri var
26 fevral 2013 16:07
Offline
ReVuŞ
8zincini beyendim
30 noyabr 2012 21:01
Offline
♫♥ MURADOVA.A♥♫
qalibe tebrikler
3 sentyabr 2012 17:26
Offline
BELLA
menim daha cox 3-cü ve 18-ci sekiller xosuma geldi.qalibleri tebrik edirem
15 iyul 2012 20:14
Offline
MÜSƏLMANKA
heqietende layiqli qalibiyyetdir.
15 iyun 2012 15:52
Offline
dj alena
qalib ele 2-ci sekil de olmaliydi
15 iyun 2012 15:44
Offline
Smurfeta
dogurdanda en gozel mena ile olan sekil qalib olub ugurlar
15 dekabr 2011 17:25
Offline
H.o.s.T-cu qiz( Banu )
hec ne basa dusmedim
8 sentyabr 2011 12:26
Offline
ulker
men bawa duwmedim e bu musaqibeni
28 avqust 2011 20:43
Offline
creativka
qeyri-adi wekiller ve qeyri-adi benzetmeler idi....
25 iyul 2011 16:44
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
ARZU
MEN INDI BAXDIM GORDUM BUNAR COXDANDI KQAMPUTERLE MARAQLAMIRAM
29 may 2011 15:28
Offline
Semedova
MENE SES VEREN VE QALIB SECEN HER KESE XUSUSI TEWEKKURUMU BILDIRIREM! Nece vaxtdi sayta ancaq mobille girirem cox darixmisam qadinnet senincun 15 gun sonra yene birlikdeyik insallah.
TEBRIK YAZAN HERKESE AYRICA TEWEKKUR EDIREM!
26 may 2011 21:01
Offline
Orkide
Sitat: Raviş.Vuquş
ilk öncə qaliblərimizi təbrik edirəm mənim çün maraqlıdı 12 şəkil kimindi? desin


12 ci sekil menimdir.gecde olsa cavablandirdim





25 may 2011 17:01
Offline
Aykash
agubugu
Semedova & yekta
Şoko & Nazuletta TEBRİK EDİRƏM HER BİRİVİZİ .Daha böyük nailiyyətler arzulayiram
Ve teri gelmişken 2-ci şekile ses vermişdim.
21 may 2011 18:13
Offline
farqanə
Gulşen_q,
14-cü şəkil mənimdi.
21 may 2011 16:51
Offline
a.angel
tebrikler.2ci şekile ses vermişdim.qalib gelmeyi lap ureyimden oldu
21 may 2011 16:41
Offline
Weyla
Sitat: ferihan
eh uşaqliq illərim mənim unuda bilmədiyim illərim.Hec bir şey nə onu qaytara bilcək nədəki onun yerini ödüyə bilcək.



Duz deyirsen,Canim!!!
21 may 2011 16:04
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır