1. Bunlar Allaha iman edənlər və ürəkləri Allahın zikriylə dincliyə qovuşanlardır.
Yaxşıca bilin ki, ancaq Allahı zikr etməklə ürəklər sakitləşər və dinclik tapar. (Rə'd 27,28)
2. Mütləq ki, Allahı zikr etmək hər şeydən daha böyükdür. (əl-Ənkəbut 45)
3. Allahı çox zikr edən kişilər və qadınlar var ki, Allah bunlara bir
bağışlama və böyük bir mükafat hazırlamışdır. (Əhzab 35)
4. O kəslər ki, nə bir ticarət nə də bir alver, Allahı zikr etməkdən özlərini saxlamaz. (Nur 37)
5. Gerçəkdən Allahı, Axirət gününü arzulayanlar və Allahı çox zikr edənlər üçün,
sizə Allahın Rəsulunda (təqib edəcəyiniz) çox gözəl nümunə vardır. (Əhzab 21)
6. Ey iman edənlər, Allahı çox zikr edin, ONU səhər və axşam təsbeh edin, ucaldın. (Əhzab 41)
7. O halda təəssüflər olsun o Allahın zikrini tərk edən ürəkləri qatılara..
Onlar açıq-aşkar bir pozğunluq içərisindədirlər. (Zumər 22)
8. Allahın zikrini kim əhəmiyyətli hesab etməzsə, ona bir şeytanı müsəllət edərik də,
artıq o, ondan heç ayrılmayan bir yoldaş olar. (Zuhruf 36)
9. Ağıl sahibləri o kəslərdir ki, ayaqda ikən, oturarkən və yatarkən (daim) Allahı zikr edərlər;
göylərin və yerin yaradılışı haqqında mütəfəkkirlər belə deyərlər: "Ey Rəbbimiz, sən bunları boşuna yaratmadın. Sən batil şey yaratmadan münəzzəhsən. Artıq bizi cəhənnəm atəşindən qoru. (Ali İmran 191)
10. O qorxulu zamanda Namazı edib bitirdikdən sonra ayaqda ikən, oturarkən, yanlarının üstünə
yatarkən həmişə Allahı zikr edin. (Nisa 103)
11. İman edənlərə vaxtı gəlmədimi ki, ürəkləri Allahın zikriylə titrəməsin. (Hədid 16)
12. Sabah və axşam içindən yalvararaq və qorxaraq yüksək olmayan yüngül bir səslə Allahı zikr et. Qafillərdən olma. (Ə'raf 205)
13. Gerçək möminlər o kəslərdir ki, Allah xatırlandığı zaman ürəkləri qorxaraq ürpərər, onlara Allahın ayələri oxunduğu zaman imanlarını artırar və onlar, tək Rəblərinə təvəkkül edərlər. (Ənfal 2)
14. Rəbbini də çox zikr et və səhər axşam təsbeh et. (Ali-İmran 41)
15. O münafiqlər namaza qalxdıqları zaman üşənərək qalxarlar, insanlara nümayiş edərlər. Allahı çox az xatirə gətirib zikr edərlər. (Nisa 142)
16. Mütləq şeytan, şərabda və qumarda, aranıza düşmənlik və kin salmaq, sizi Allahı zikr etmək və namaz qılmaqdan saxlamaq istər.
Artıq siz bunlardan çəkinməzsinizmi? (Maidə 91)
17. Şeytan onları hökmü altına almış və Allahın zikrini unutdurmuşdur. İşdə bunlar, şeytanın tərəfdarıdırlar. (Mücadele 19)
18. Namazı etdikdən sonra, yer üzünə dağılanda Allahın fəzlindən ruzi axtarın. Allahı çox zikr edin ki, qurtuluşa çatasınız.( Cümə 10)
19. Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır. (Münafiqin 9)
20. Rəbbinin adını zikr et, hər şeydən kəsilərək ONA yönəl (Müzzəmmil 8).
21. O halda siz məni zikr edin ki, mən də sizi zikr edim. Mənə şükr edin, nankorluq etməyin. (Bəqərə 152)
22. Ərəfatdan dönüşünüzdə Məşarul Haramda Allahı zikr edin. O, sizi necə hidayətə çatdırdısa, siz də ONA eləcə zikr edin. Doğrusu, siz ONUN hidayətindən əvvəl pozğunluq içində idiniz. (Bəqərə 198)
23. Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! (Bəqərə 200,201)
24. Səhər-axşam Rəbbini zikr et. Gecənin bir qisimində də ONA səcdə ət. Bir də gecə uzun bir müddət Onu təsbeh et. (İnsan 25,26)
25. Pisliklərdən təmizlənən, Rəbbinin adını zikr edən və namazı edən mütləq xilas olacaq. (Əla 14,15)
26. Ey Rəsulum, itaətkar və mütəvazi olanları Cənnətlə müjdələ. Bunlar o kəslərdir ki, Allahın adı zikr edilincə ürəkləri titrəyər. (Həcc 34,35)
27. Kim Rəbbinin Zikrindən üz çevirsə, Allah onu şiddəti artan bir əzaba salar. (Cin 19)
28. Unutduğun zaman Rəbbini zikr et. (Kəhf 24)
29. Sayılı günlərdə (Təşrik günlərində) Allahı zikr et. (Bəqərə 203)
30. Həqiqətən qullarımdan bir birlik vardır ki, onlar; "Ey Rəbbimiz, iman etdik, artıq bizi bağışla və bizə mərhəmət et. Sən mərhəmət edənlərin ən xeyirlisisən. Siz onları lağ etdiniz. Sizin bu hərəkətiniz bizi zikr etməyi sizə unutdurdu. Onlara istehza edib gülürdünüz. (Möminin 109,110)
31. Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur! (Fəth 29)
XƏBƏR LENTİ
Cüneyt Arkından Türkan Şoray etirafı
27 il sonra məzarlarını tanıyan zəngilanlı Əmirxanlılar – VİDEO
Əhəmiyyətli nöqtə - yataq sirlərinin kəşf edilməsi
Tarixi şəxsiyyətlər jurnalının növbəti sayı Taras Şevçenkoya həsr edilib!
Rus Dili dərs-3
40 yaşından sonra gözəlliyi necə qorumaq olar?
Şaurma toyuq ətindən (foto resept)
İki tip insan olduğunu göstərən şəkillər
"Dərman preparatlarının qiymətlərinə baxıldı və vahid qiymət qoyuldu" - Nazir müavini
Azərbaycan qadınının çətin seçimi: ev və ya iş?!
Merilin Monronun heykəlini oğurladılar
Bu gün Son Gündür!
Şahzadə Diananın avtomobili Satışa Çıxarıldı - ŞOK MƏBLƏДћ
Dünyanın ən böyük aysberqi 1800 kvadrat kilometr əriyib
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Günün qoroskopu: borcları qaytarın
Səhiyyə Nazirliyi 124 sahibkarı cərimələdi
Repetitorluq - günümüzün dəbi, yoxsa?..
Kira Naytli QALMAQALLI filmindən danışdı-FOTO
Selena Gomez karonavirusdan qorunmaq üçün bunu etdi-FOTO
Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi
Mükafatsız qaldıq
Evli kişi olmağın əlamətləri
"Arsenal" ilə Almaniya yığması şokda
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
"Dilə gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən"
Xəz geyimlər
Koronavirus qadının həyatını xilas etdi - FOTO
Ellen Sheidlinin qeyri-adi şəkilləri
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Kəs və yapışdır-26
Evlərdə çatlar yarandı
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildilər
100% Yeni Zelandiya yağı - Best Cow!
Gicitkən
Artıq çəki depressiyaya səbəb olur
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb
Valideynlər narazıdırlar: Məktəblilərin iş dəftəri bəlası
Fahriye Evcen telefonlardan imtina etdi-SƏBƏB
Göyərtili börək (foto resept)
Fonda 1 və 5 manat köçürən məşhurlar kimdir?
Kremli qurabiyə (foto-resept)
Südlü düyü şorbası (foto resept)
Bu gün Azərbaycanda Novruz bayramıdır
Kişilərin qadınlardan eşitmək istədikləri sözlər
İstənməyən qarın üçün tövsiyələr
Ən keyfiyyətli avtomobillər
Təbii meyvə şirələri şəfa mənbəyidir
İtkin uşaqları bankomatlar axtaracaq
Son dəbə uyğun boyunbağılar
- ŞƏRHLƏR