Sağlıq, fərdin fiziki, sosial və ruhi yaxşlıq halı olaraq tərif edilir. Fiziki sağlıq, daha konkret bir məna daşıyarkən, ruh sağlığı mənası bir az daha mücərrəd bir məna daşımaqdadır. Məsələn: bədənimizi təşkil edən orqanlarımızın sağlıq vəziyyətlərindən bəhs edərkən nəzərdə tutduğumuz şey, tam olaraq o orqanın özüdür. Qəlb sağlığı, göz sağlığı, diş sağlığı və s. kimi ... Bu bucaqdan baxıldığında “ ruh sağlığı” deyildiyindən nəzərdə tutulan şey görəsən “ruh” deyilən varlığın sağlam olmasımıdır? Bunu izah etmək üçün əvvəlcə “ruh” kəlməsinin mənasına baxmaq lazımdır. Tarix boyunca cürbəcür dinlər, miflər və fəlsəfi təlimlər ruhu; insanın içərisində olan Tanrıdan gəldiyinə inanılan, bədəni yönəldən metafiziki bir varlıq olaraq tərif edilmişdir. Bu bucaqdan baxıldığında “ ruh” müşahidə edilməyən, ölçülməyən, indiyə qədər heç bir elmi məlumat tərəfindən varlığı isbatlanmamış metafiziki bir anlayışdır. Bir neçə yüz il öncəsinə qədər beyinin funksiya və funksiyaları insanoğlu tərəfindən bilinirdi. Dolayısı ilə duyğu, düşüncə və davranışlarımızın qaynağının beyindən deyil, “ruhdan” və ya bəzi təlimlərdə “qəlbdən” gəldiyinə inanılırdı.
Bununla bağlı olaraq atalar sözlərimizdə və deyimlərimizdə bir çox misal vardır. Məsələn, “qəlbi fərəh tutmaq”: deyimi insanın hər hansı bir hadisə və ya durum qarşısında sakit qalması, mətanətini qoruması olaraq istifadə edilir.
Halbuki insanın sakitlik və durğunluq halı bütünüylə beynindəki düşüncələr, duyğular, beyin funksiyaları, bunlara bağlı olaraq aktiv olan növbənöv neyrokimyəvi maddələrin orqanizmdə yaratdığı təsirlə bağlıdır.
Yenə eyni şəkildə “ ruh gözəlliyi” deyimini incələdiyimizdə şəxsin gözəl bir əxlaqa, gözəl xasiyyətə və sağlam bir xarakterə sahib olması kimi şeylər nəzərdə tutulur. Halbuki əxlaq, xasiyyət, xarakter kimi anlayışlar bir çoxu öyrənilmiş, bir çoxu genetik matrealizimdə olan amma yenə böyük nisbətdə zehni şifrələrimizlə əlaqəli anlayışlardır.
Fəqət minlərlə ildir istifadə edilən bu və buna bənzər deyimləri, anlayışları dəyişdirərək gerçək mənada istifadə etmək (beynini fərəh tut kimi) mümkün deyildir və buna indilik ehtiyac da yoxdur. Deməli ruh sağlığı anlayışı da bunlardan biridir. Yəni “ruh sağlığı” deyildiyində nəzərdə tutulan əslində ruhun sağlıqlı olması deyildir.
Ruh Sağlığı: Fərdin duyqu, düşüncə və davranışlarındakı yaxşılıq halı, bunların həm bir-bir ilə həm də cəmiyyətlə olan uyumluğudur.
Ruh sağlığı ilə bağlı olaraq edilən bu təriflərdə üç xüsusiyyət diqqət çəkir. Duyğular, düşüncələr və bunlara bağlı olaraq meydana çıxan davranışlar. Duyğularımızı, düşüncələrimizi və davranışlarımızı təşkil edən şey isə beynimizin içərisində olan “ağıl” və ya “ zehin” adını verdiyimiz proqramdır. Dolayısıyla psixoloji və psixatriya elminin ruh sağlığı təyin etməsilə nəzərdə tutduğu şey əslində “ Ağıl sağlığı” dır. Ancaq vərdiş edildiyi üçün ağıl sağlığı və ruh sağlığı anlayışlarını bəzi zamanlar bir-birlərinin yerinə istifadə etməyə davam etsək də, nəzərdə tutulan şeyin metafiziki mənadakı ruh olmadığı bilinməlidir.
Ağıl sağlığının nə olduğu və necə pozulduğu anladan ən yaxşı misal kompüter metaforasıdır. İnsan beyninə çox bənzəyən bu cihaz bilindiyi kimi iki əsas komponentdən təşkil olunub. 1. – Təchizat: kompüterin fiziki parçalarıdır. Ekran, klaviatura, maus, sistem bloku və içindəki dövrələr ... 2.- Proqram: Təchizatı hissələr arasındakı xəbərləşməyi təmin edən proqramlardır. Məsələn; Windows, Linux kimi proqramlar komputerin əsas proqramlarykən, sonradan komputerə qurulan ofis proqramları, media oxuyucular və antivirus proqramları da digər proqramlara misal göstərmək olar.
Kompüterdə olduğu kimi insan beynini incələdiyimizdə də bu iki əsas komponenetlə qarşılaşarıq. Beyinin fiziki quruluşu ( təchizat) ilə bərabər digər oraqnlardan fərqli olaraq bunun içərisində bir də proqram ( software) yer alır. Bu proqram bizim kimliyimizi, şəxsiyyətimizi, xarakterimizi, duyğularımız və düşüncələrimizi təşkil edir. Bu metafordan yola çıxaraq deyə bilərik ki, ağıl sağlığının pozulması, proqramdakı pozulmadır. Genetik faktorlar, fiziki tracmalar, qəbul edilən dərmanlar və bu kimi bir çox faktorlar proqramıın pozulmasına səbəb olur.
Zehni əngəllik, autizm, şizofreniya və bir çox bipolyar pozuqluğun kökündə proqram pozuqluğu vardır. Bunların bir qismi dərman müalicəsi, cərrahi və reabiatsyon kimi üsullarla tamamən və ya qismən müalicə edilə bilərkən, bir qismi də hələ tam olaraq müalicə edilmir.
Ancaq bir çox vaxt təchizatda hər hansı bir pozuqluq olmadığı halda proqramdan qaynaqlanan pozuqluqlar vardır ki, ruhi problemlərin bir çoxu bu proqram (software) qaynaqlı səbəblərdən yaranır. Bu proqram problemlərinin əsas bir qismi yükləmə əsnasında (0-6 yaş) xətalardan əmələ gələrkən, bir qismi də həyatın irəliləyən illərində yaşanan travmalardan (kompüterə virus düşmüş kimi ...) yaranmaqdadır. Bu proqram səbəbli problemlərin düzəldilməsi də psixoterapiya sayəsində reallaşmaqdadır.
Psixoterapiya mütəxəssisi və yazıçı : Musatafa Gödeş
Tərcümə: Aidə Mahmudova
XƏBƏR LENTİ
Kamera və biz!
Ancelina Colidən gözlənilməz-VİDEO
Birinci Xanım Parisdə Xocalı faciəsindən danışdı
Maradona futbol oynayacaq
Riyazi məntiq (10)
Qırışların qarşısını alan qidalar
Bakıda "Təmiz hava": yoxlama gedir
Günün ulduz falı
Qış toyu üçün rəng seçimi
Günün qoroskopu: uğurlu gündür!
Utanmağın səbəbləri
Manatın məzənnəsi
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Valideynlərlə bağlı həqiqət lazımdırmı?
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
Günün ulduz falı
Xoşbəxt Yusifzadə: "Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil"
Günəşdən unikal görüntülər
Bölgələrimizin mətbəxi - Gəncə
Mercedes-Benzin Bionik Avtomobili
Azərbaycanın ən yaxşı ürək həkimləri Qarabağda TOPLAŞDI
Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb
Bakılı sürücüləri yenilik gözləyir
Rezidenturaya qəbul olanların nəzərinə!
Kəsmikli göbələklər (foto resept)
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Qarderobdan yaxşı qoxu gəlməsi üçün
Azad söz( 2 -ci hissə)
Dənizdə və ya hovuzda koronavirusa yoluxmaq riski nə qədərdir?
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi
Sən getdin...
Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO
Analar, siz səhv bilirdiniz?
Əsla makiyajlı yatmayın!
"Dolu" bu dəfə Daşkənddə
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Körpələr üçün zərif dekorasiya modelləri
Xərçəngin çarəsi əqrəbdə tapıldı
Cansu Dere ekranlara qayıdır
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
2018 payız trendi: Dama-dama kostyumlar
Evdə qar kürəsi (özün düzəlt)
"Zəhərli ana" xarakteri nədir?
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Hava haqqında - 21.09.2013
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Ronaldudan ibrətamiz addım: futbolçu 60 minindən keçəcək
- ŞƏRHLƏR