Oyuncaq təkcə uşağın "vaxt keçirməsi" üçün yox, fiziki və intellektual inkişafı üçün də çox vacibdir. Oyuncaq təkcə mağazadan alınan oyuncaq deyil. Uşağın diqqətini cəlb edən hər şey onun üçün oyuncaq ola bilər. Əksər valideynlər elektron oyuncaqlara üstünlük verirlər. Halbuki elektron oyuncaqlar fərdi xarakter daşıyır və istər uşağın yaradıcılıq qabiliyyətinə, istərsə də, "cəmiyyətə uyğunlaşmasına" mənfi təsir göstərir. Uşaqlar qabiliyyətlərini artırmaq və təxəyyüllərini inkişaf etdirmək üçün palçıq, torpaq, su, boya, təbaşir və s. kimi şeylərlə də oynamalıdır. Kiçik yaşlı uşaqlar üçün seçdiyiniz oyuncaqlar möhkəm olmalı, rəngi tez çıxmamalıdır. Küncləri iti olan oyuncaqlar da kiçik yaşlı uşaqlar üçün təhlükəlidir. "Leqo" və "pazl" tipli oyuncaqlar uşaqların təxəyyüllərini inkişaf etdirməklə yanaşı onlarda hiss və hərəkətin inkişafına da müsbət təsir göstərir. Silah, tank kimi oyuncaqlar uşağınızda aqressivliyə səbəb ola bilər. Uşaqlar oyuncaqlarını yoldaşları ilə də bölüşməlidirlər. Bu, onlarda xeyirxahlıq hissini inkişaf etdirmək üçün çox vacibdir. Uşaqlarınıza "oyuncaqlarını yığışdır" demək əvəzinə "oyuncağını yığsaq mən də, oyuncaqların da çox sevinərik" desəniz, daha təsirli olar.
Hər bir insanın qabiliyyəti kiçik yaşlarda üzə çıxmağa başlayır. Elə ailələr var ki, uşaqlarındakı qabiliyyəti vaxtında üzə çıxarırlar. Elə ailələr də var ki, uşaqları öz qabiliyyətlərindən xəbərsiz yaşamağa məhkumdular. Təbii ki, birinci halda təkcə ailənin yox, uşaq bağçasının da rolunu unutmaq olmaz. Elə isə uşaqlarımızın qabiliyyətlərini kəşf etmək üçün nə etməliyik ?
Uşağın nələrə qardir olduğunu öyrənin: Üç yaşında bir uşağınız var. Üç yaşında bir uşağın nələrə “qadir olduğunu” bilirsinizmi? Əgər cavabınız xeyrdisə, uşağınızın inkişafı ilə bağlı kitablar oxumalısınız. Bu, həm dəsizə uşağınızın inkişafda nə qədər “irəli getdiyini ”və ya“ geri qaldığını” da anlamağa imkan verər. Belə olduqda sizing üçün vaxtında tədbir görməkdə asan olar.
Müşahidə, müşahidə və yenə müşahidə: Əgər üç yaşındakı uşağınızın nələrə qadir olduğunu bilirsinizsə, indi növbə onun hansı sahələrdə daha qabiliyyətli olduğunu kəşf etməkdir.
Uşağınızı müşahidə edin və hansı sahədə daha qabiliyyətli olduğunu ( rəsm, musiqi, idman və s.) kəşf etməyə çalışın. Uşağınızı həvəsləndirin Uşağınız masa arxasında böyük həvəslə şəkil çəkir. Və şəklini bitirər- bitirməz yanınıza qaçır. Şəklə baxanda onun iki gün əvvəl getdiyi zooparkı çəkdiyini görürsünüz. İlk reaksiyanız necə olmalıdır? Təbii ki, uşağınızı mükafatlandırmalı və həvəsini daha da artırmalısınız. Digər tərəfdən, unutmayın ki, uşağınız sizinlə eyni qabiliyyətə malik olmaya bilər. Başqa sözlə, bu işdə onun “ özünəməxsusluğunu” qəbul etmək çox vacib məsələdir. Qabiliyyətlərini inkişaf etdirməyə kömək edin: Buraya qədər ifadə etdiyimiz bütün məsələlərə diqqət yetirdikdən sonra geriyə ancaq bir şey qalır: ona qabilyyətlərini inkişaf etdirmək üçün bütün imkanı vermək. Elə isə ilk növbədə uşağınızın bu məsələdə nəyə ehtiyacı olduğunu müəyyən edin və uşağınızın mütləq hər hansı bir sahədə qabiliyyəti olduğunu unutmayın.
XƏBƏR LENTİ
Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı
Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
Yeni il üçün hədiyyə seçimi
Kakaolu şirniyyat (foto-resept)
Qırışlardan xilas edən maska
Bakıda külək istiqamətini dəyişəcək, rayonlarda duman olacaq
Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı
Dünyada 450 milyondan çox adamın psixi və ya nevroloji problemləri var
Melaniya Trump bu dəfə də Maykl Cekson kimi geyindi-FOTO
Ən çox kim “selfie” çəkdirir?
Hacamat
Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA
Bu da internetlə bağlı statistika
"Şeyla" tortu (foto resept)
Paris Moda Həftəsində üst geyimlər
Suxarili badımcan salatı (foto resept)
Avstraliyada son 8 ilin ən soyuq qışı yaşanır
Sandra Ballokdan ŞOK ETİRAF
Dincəlmək niyə daha çox yorur?
Amerikanın kəşf edilməsi
Bomj lotereyada yarım milyon qazandı
Acından ölən ağaclar və ya sərvətimiz...
Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq
Futbolçularımız uduzanda cərimələnəcək?
Məşhur cütlüklərin tanışlıq hekayəsi
"Şrek" qərarını verdi
Diqqət! Pul kisənizi bu cibinizdə saxlamayın! - FOTO
Hava haqqında
Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO
Qadin.Net - 5 YAŞ
3 saatda 34 min xərclədi
Bu muzey 450 milyon dollara satışa çıxarıldı
Kəsmikli gül peçenyesi (foto resept)
İslamda qeybət edənin cəzası
Qoltuqaltı ləkələr üçün maskalar
Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ
Tost çörəyi şirniyyatı (foto resept)
Qadın yazıçı Kəmal Sunalı təhqir etdi
İngiltərədə kafe və restoranlarda müştərilərin hesablarının yarısını hökumət ödəyəcək
Görməniz lazım olan yerlər (2)
Gözəl üzüklər
HAVA necə olacaq?- 21 APREL
Bakının məşhur dairəsi dəyişdirilir
"Oskar" mərasimi - Ən yaxşılar seçildi - FOTO
Saç tökülməsinə qarşı maska
Sonsuzluğun çarəsi tapıldı
Azərbaycan ordusu
Ağrınız varsa nanə qəbul edin.
Yay heyvanlar üçün nə deməkdir?
- ŞƏRHLƏR