ƏLİ (ə) VƏ SƏN
Yalan deməyin,
O 25 il oturmadı,
olmadı “xanənişin”.
Yalan deməyin,
O 25 il için-için yandı deyin;
O oturmadı
sadəcə
haqqın keşiyində gizli-gizli dayandı deyin.
Kim deyir ki, o 25 il dinmədi,
susdu,
danışmadı...?
Kim deyir ki o heçnəyə qarışmadı?
Kim deyir?
O dindi,
- biz gərək, - dedi,
- dinməyək, dedi,
- səs çıxarmayaq,
Təki haqqın səsi ucalsın!
O sükutuyla qorudu haqqı
sən səs-küyünlə dağıdırsan;
O qaranlıq gecələrdə səssizcə göz yaşı axıtdı
sən ürəklərdə qardaş qanı axıdırsan!
Fərqə bax:
Əli (ə) və Sən!
Bir bax, o harda
sən harda qalırsan...?
O, haqqını qəsb edənə kömək etdi
sən haqqını tələb edənə balta çalırsan;
alçalırsan...
Sus!
Allah eşqinə sus!
Bu qədər batil üçün susdun
bir dəfə də Haqq üçün sus!
Dünya ilə insan tərs mütənasibdilər, əzizim;
insan böyüdükcə dünya kiçilir
məsələn, 7 –ci mərtəbənin pəncərisindən
çox kiçik görünür küçədəki adamlar;
sürətlə yürüyürlər baxmadan sağına-soluna,
ağına-qarasına
qarışqa kimi,
sanki nəsə daşıyır hərə öz yuvasına...
Siqaretin tüstülənir,
sən də düşünürsən:
bu işıqforda dayanan qarışqa boyda ağ saçlı dayının
görəsən neçə dəfə düşüb əlindən
yuvasına aparmaq istədiyi ümidi? frown duyğusu
...Hardan biləsən?
Ponti Pilat İsa (ə) –dan soruşdu:
- həqiqət nədir?
İsa (ə) susdu...
İnsan dünyadan çox böyükdür əslində,
yəqin ki, eyni səbəblə “sığmırdı bu cahana Nəsimi”.
Sadədəcə, dedim axı, əzizim,
onlar tərs mütənasibdilər;
dünya böyüdükcə gözündə,
insan kiçilir qarışqa kimi...
İlqar Kamil
XƏBƏR LENTİ
İnternet reklamı barədə proqnoz
3 mərhələdən ibarət dəriyə qulluq
"Admiral" tortu (foto-resept)
"WhatsApp" pullu olacaq
Canerlə Selinin AYRILIQ xəbərləri yayıldı-FOTO
Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı?
Almaniya yığması London metrosunda
Kəpənək kimi uçur, arı kimi sancırdı
Evdə"şirin" epilyasiya
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
Qadın.Netlilərin körpələri-3
Boğaz ağrısı zamanı HƏKİM MƏSLƏHƏTİ - Təbii resept
Türkiyə kuboku: "Beşiktaş"da getdi
Müsəlmanlar üçün xüsusi oyuncaq
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
Mehmet Ali Erbil yenidən reanimasiyaya yerləşdirilib
Prezident Bilal Əliyevə ev hədiyyə etdi
Prezidentdən mühüm fərman
İnternetdə dolaşan təhlükə
Qabarıq saçlar üçün 2 maska
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Dərsliklərin monitorinqində yeniliklər olacaq
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
İraq yenə silkələndi
Ləkə
Hər zövqə uyğun ayaqqabılar
Ayaqqabılar
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
Günün qoroskopu: yardımı əsirgəməyəcək
İnsanın evi onun üçün cənnətdir, cənnət də olmalıdır...
Küçə sənəti - 1
"Qara qızıl" yeni həftəyə ucuzlaşma ilə başladı
Dünyanın ən böyük televizoru hazırlanır
Apple bu sistemin istifadəsini dayandırdı
Daşdan yonulan nərd lövhəsi
Azərbaycan ilan zəhəri sata bilər - Artıq türk şirkəti ilə danışıqlara başlanılıb
Ayaqdakı göbələyini aradan qaldıran üsullar
Valideynlərin ən böyük səhvi...
Apple lobbiçilərin pulunu artırır
28 ildir ürəyində erməni gülləsi ilə gəzən “Maştağa” ləqəbli qəhrəmanımız - VİDEO
DİN-dən əhaliyə ÇAĞIRIŞ
Yeni dərs ilinin başlaması ilə bağlı AÇIQLAMA - Valideynlərə müraciət
Avropalılar Google-u araşdırırlar
Bağça dekorasiyası üçün yaradıcı fikirlər
Bakıya təcili tibbi yardım helikopterlərinin gətirilməsi təklif edilib
Azərbaycan dünyanın tolerant ölkələri beşliyinə daxil olub
Manat yenə ucuzlaşacaq?
Defne Samyelinin qızı Serenay Sarıkayaya görə reklamdan imtina etdi
Bakıda zaman durdu - FOTO
Məmurun əlindəki qovluq canlı yayımda rəngini dəyişdi - VİDEO
- ŞƏRHLƏR