Əbu Nəsr Əl-Farabinin Şərq fəlsəfəsi kitabından seçilmiş 2 mövzu
İlk fəlsəfəsinin birinci hissəsindən
İkinci fənn
Bu kitabımızın başlanğıcında zəruri müqəddiməni təqdim etdiksə indi təbii surətdə bunun ardınca gələni çatdıraq.
Beləliklə, deyirik: İnsan idrakı iki növdür. Birinci növ idrak bizə daha yaxın, mahiyyətdə olandan daha uzaqdır. Bu, meydana gəlməyimizin başlanğıcından bəri bizə məxsus, bizə aid ümumi cinsə məxsus və bizdən başqa bir çoxuna, yəni bütün heyvana aid ümumi canlıya məxsus olan hissələrin dərk etməsidir. Hisslər vasitəsilə olan idrakımız hissin öz qavradığı şeyi bildirməsi məqamında zamansız və vasitəsizdir. O, idrak obyektinin yoxa çıxmasına, özünün axarına, hərəkət növlərindən birində hər halda dəyişməsinə, özündəki daha çox və daha az kəmiyyət üstünlüyünə, bərabərliyə və qeyri-bərabərliyə, özündəki oxşarlığa və qeyri-oxşarlığa, daha güclü və daha zəif olmasına görə qeyri-sabitdir. Bu, daim yoxa çıxmaqda və fasiləsiz dəyişmədə olan təbiətdir. İdrak obyekti odur ki, öz surətlərini müəyyən təsəvvür edəndə təsbit edir və onları hafizəyə ötürür. Bununla o, canlı varlığın nəfsində əks olunur və təsəvvür edilir. O, mahiyyətdə ona məxsus bir əlaqə olmasa da deməli, mahiyyət yanında uzaq və buna görə gizli olsa da hiss edən varlığa hissin bildirməsi ilə birlikdə hiss vasitəsilə onu qavradığı üçün olduqca yaxındır. Hiss ilə qavranılan nə varsa həmişə materiyaya malikdir. Belə ki, hiss ilə qavranılan həmişə cisimdir və cisimdədir.
İdrakın digər növü mahiyyətə yaxın və bizə uzaqdır. Bu, əqlin dərk etməsidir.
İdrakın iki növ hissi idrak və əqli idrak olması tamamilə haqqınadır. Çünki dərk olunan şeylər ümumi və ayrıcadır. Ümumi dedikdə mən növlərə nisbətdə cinsləri və fərdlərə nisbətdə növləri nəzərdə tuturam. Ayrıca dedikdə mən növlərə nisbətdə fərdləri nəzərdə tuturam.
Ayrıca maddi fərdlər hissi qavrayışda vaqe olur. Cinslərə və növlərə gəldikdə, onlar hissi qavrayışda vaqe olmur və hissi idrakla dərk edilmir. Əksinə, onlar kamil, yəni insani nəfs qüvvələrindən birində - insani əql adlanan qüvvədə vaqedir. Belə ki, hisslər fərdlərin vahididir. Buna görə nəfsdə hiss ilə qavranılan şeylərdən əks olunan nə varsa hissələrdən istifadə edən qüvvəyə məxsusdur.
Növi mənaya və növdən üstdə olan mənaya gəldikdə, o, nəfsdə surətlə əks olunmur. Çünki bütün surətlər hiss ilə qavranılandır. Əksinə, o, nəfsdə təsdiq ediləndir, zəruri surətdə əqllə dərk olunan əqli başlanğıcların doğruluğu ilə gerçəkləşəndir, yəqinləşəndir. Materiyada növ və cins mücərrəd olmayan bir şey haqqında eynilə ödənilmir.
Beləliklə, bu, nəfsin bir vasitəyə ehtiyac duymayan zəruri surətdə hiss olmayan dərk etməsidir. Bu səbəbdən nəfsdə surət əks olunmur. Çünki, o, surət deyildir. Axı o, nə rəng, nə səs, nə dad, nə qoxu, nə də toxunulandır, əksinə, surətsiz idrakdır. Maddi olan hər şey deməli, ümumi hissin nəfsdə əks etdirdiyi surətə malikdir. Qeyri-maddi hər şey isə maddi olanla dərk edilə bilmir, məsələn, şəkil rəngə görə dərk edilir. Çünki o, rəngin həddidir. O, görmə hissində xülasə şəklində ifadə etdirilir ki, şəkli vücuda gətirə. Çünki o, görmə hissi ilə dərk olunan həddidir. Biz güman edirik ki, şəkil nəfsdə ümumi hissin onu gətirməsilə əks olunur. Ümumi hiss onu insan nəfsində rəngi göstərən amil kimi rəngli surəti göstərən amil olaraq əks etdirir. Rəngli surət həddin idrakında rənglə qavranılan həddir ki, bu da şəkildir. Əqli idrak həqiqətdə eynən hiss ilə qavranılan yox, hissə görə xülasə şəklində ifadədir. Bunun üçün güman edilə bilər ki, materiyaya malik olmayan, lakin materiya ilə birlikdə dərk olunan şey nəfsdə əks olunur. Hiss edilənlə birlikdə əqlə gətirilən şey isə əks olunmur. Materiyaya malik olmayan və materiyaya birləşməyən şeyə gəldikdə, o, qətiyyən nə nəfsdə əks olunur, nə də əks olunmuş bir şey güman edilir. Onun haqqında biz nəyisə ona görə iqrar edirik ki, bu, zəruri surətdə vacibdir. Məsələn, deyirik: Kainatın cismindən kənarda nə boş nə də dolu məkan vardır, yəni orada boşluq da cisim də yoxdur. Bu nitq nəfsdə əks olunmur. Çünki "nə boş, nə də dolu məkan" hissin dərk etmədiyi şeydir. Hissin qavraması deyildir ki, nəfsdə onun surəti ola, yaxud onun surətilə güman edilə. Bu, artıq xatırladılmış həmin müqəddimələr vasitəsilə zəruri surətdə əqlin dərk etdiyi bir şeydir. Bunun tədqiqində deyirik ki, boşluğun mənası onu dolduran şeyin olmadığı məkandır. Məkan və onu dolduran şey isə elə əlaqələndirilmişdir ki, bir-birini qabaqlamır. Belə ki, əgər məkan varsa, onu dolduran şey də zəruri surətdə olmalıdır.
Əgər məkanı dolduran şey varsa, zəruri surətdə məkan da olmalıdır. Deməli, məkanı dolduran şeysiz məkanın olması mümkün deyildir. Biz boşluq deyəndə məkanı dolduran şeysiz bir məkanı nəzərdə tuturuq. Beləliklə, mütləq boşluğun mövcudluğu mümkün deyildir.
Sonra deyirik: əgər dolu məkan cisimdirsə, onda kainatın cismi ya kəmiyyətcə sonsuz, ya da kəmiyyətcə sonlu olmalıdır. Heç bir şey aktual surətdə sonsuz ola bilməz (biz bunu sonra aydınlaşdıracağıq). Buna görə kainatın cismi kəmiyyətcə sonsuz ola bilməz. Deməli, kainatın cisminin arxasında heç bir dolu məkan yoxdur. Çünki əgər onun arxasında dolu məkan olsaydı bu dolu məkan cisim olardı. Əgər bu dolu məkanın arxasında başqa bir dolu məkan olsaydı, və hər bir dolu məkanın arxasında yenə dolu məkan olsaydı, onda, dolu məkan sonsuz olardı. Bu halda kəmiyyətcə sonsuz cisim, eləcə də aktual surətdə sonsuzluq mövcud olmalı idi. Aktual surətdə sonsuzluğun mövcudluğu isə qeyri-mümkündür.
Beləliklə, aydınlaşdırdığımız kimi, kainatın cisminin arxasında dolu məkan yoxdur, çünki onun arxasında heç bir cisim, heç bir boşluq yoxdur.
Bu, zəruri surətdə vacibdir. O, nəfsdə heç bir formaya malik deyildir, həqiqətən zəruri olaraq əql vasitəsilə dərk edilir.
Metafizik şeyləri, yəni materiyası olmayanları və materiyaya birləşməyənləri araşdıran kəs onları nəfsdə surətlər şəklində qavramır, əqli araşdırmalarla dərk edir.
Ardı var…
XƏBƏR LENTİ
Gülməli heyvanlar (son)
Kənan Doğulu və Beren Saat toy il dönümünü belə qeyd etdilər
Kredit almaq asanlaşır
Kubada meymunabənzər donuz balası doğuldu!
Dəbli ayaqqabılar
Azərbaycanın tanınmış dirijoru vəfat edib
Bir az dərin düşünək
Deniz Seki estetik əməliyyatdan SONRA
"Qremmi" -də ən yaxşılar seçildi-SİYAHI-FOTO
Unikal əməliyyat: ağzı bağlayan şiş kəsildi
Türkiyədə zəlzələ oldu
Şəhzadə Diananın 4 gözəllik imzası
Sel Tovuzu dağıtdı
Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
Bir gün də yaşasa, müdafiə naziri olacaqdı - Generalın ölümünün böyük sirri
İlin ataları
Qeyri-adi “pasiyent” stomotoloqu qorxutdu - VİDEO
2020-nin ən məşhur çantaları
Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma
Üz və bədən üçün maskalar
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
Böyükşor bulvarı açıldı
Əzvay şirəsi
Kirpikləri uzatmaq üçün təbii yollar
Yarpaq bisküvit (foto resept)
Sabahın hava proqnozu
Bu cür hallar milyonda bir baş verir
Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək
Novruz haqqında bunları bilirdiniz?
İran XİN Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasını pisləyib
Üzü zərifləşdirən 6 hərəkət
2017-ci ilin saç modelləri
"Çox təəssüflər olsun ki, zəif həkimlərimiz var"
Nepal dağlarında ən azı 24 turist həlak olub
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Sən kimsən? (Test)
Süni mayalanmadan öncə diaqnoz
Millimizin başına bu məşqçi keçsə, vay futbolçularımızın halına!
Biskvitli "Tiramisu"tortu(foto resept)
“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA
Beren Saat və Kənan Doğulu da Bengünün toyunda iştirak edib-FOTO
İyunun 16-da Tehran-Təbriz-Bakı aviareysi açılır Böyüt
Atatürk adını qoymaq olmaz?
"Aşk-ı Memnu"nun aktyoru öldü
Stresi azaldan qoxular
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Uşaqlar uçun xəz papaqlar
Sançes: "Braziliya millisindən qorxuruq"
- ŞƏRHLƏR