Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

VB 6 Pəhrizi (Vegan Before 6)

VB 6 Pəhrizi (Vegan Before 6)

Pəhriz saxlamaq can sıxıcıdır! Pəhrizdə tətbiq edilən qadağalar isə vaz keçməyə səbəb olur. Bu səbəblə sosial yaşamı məhdudlaşdırmadan şəxsə xüsusi olaraq və elastic qidalanma proqramlarının təqib edilməsi fərqində olmadan çəki atmağa kömək edəcəkdir. Eyni zamanda yeni bir baxış bucağına sahib olub bu vərdişləri həyat tərzinizə çevirdiyinizdə məhdudlaşdırmalardan xilas olub, müstəqil olacaq və çəkinizi uzun müddət saxlaya biləcəksiniz. Həyat nizamlardan ibarətdir.

VB6 pəhrizinin yaradıcısı, yazıçı Mark Bittmanın dediyi kimi, “ Daim tətbiq edə biləcəyimiz və çox radikal olmayan bir pəhrizə ehtiyacımız var.

VB 6 Pəhrizi (Vegan Before 6)

” VB6, “part time vegan” qidalanmanı xatırladan və axşam 18:00- a qədər sadəcə tərəvəz, meyvə, quru paxlakimilər, dənli bitkilər, çərəz və toxumların yeyildiyi, heç bir heyvan mənşəli qida istifadə etməyib, sırf vegeterian qidalanma təqib edilib, eyni zamanda işlənmiş paket məhsullar, ağ çörək, ağ düyü və makaron kimi bəsit karbohidratlar və spirtli içkidən uzaq olan bir qidalanmadır. Ancaq saat 18:00-dan etibarən hər yeyəcəyi yemək sərbəstdir. Təbii nəzarətli olmaq şərtilə. Avantajları: bu pəhriz həm kompleks karbohidratlar, həm də bitki tərkibli, heyvan mənşəli protein təşkil etdiyi üçün tək tip qidalanma proqramı deyil və şəxslərə xüsusilə axşam yeməklərində elastiklik yaratdığı üçün tətbiq edilməsi və davam etdirilməsi çox asan bir pəhrizdir.

VB 6 Pəhrizi (Vegan Before 6)

Bu pəhrizə başlamzdan qabaq mütləq bir mütəxssisdən məsləhət alın və sağlamlıq testindən keçməniz lazımdır. Gün ərzində qida dağılmının vacibliyinə diqqət çəkən Qamze Şanlı Ak, bu pəhriz proqramının mütləq mütəxəssis dietoloq tərəfindən təqib edilməsi lazım olduğunu vurqulayır.

 VB 6 Pəhrizi (Vegan Before 6)

VB6 pəhrizi nədir? “The New York Times”'da gastronomy (yemək nizamı və sistemi) yazarı olan Mark Bittman, həddən çox çəki, şəkər və yüksək səviyyəli bir xolesterinlə mübarizə apararkən həm çəki atmasını təmin edən, həm də ictimailəşməsinə mane olmayan öz pəhriz formulunu tapdı. Bu şəkildə yaranan VB6 pəhrizi saat 18:00-a qədər çoxluqla tərəvəz və meyvə ilə qidalanmaq sistemi üzərində qurulur. Bu pəhrizin əsas xüsusiyyəti, müddətsiz tətbiq edilə bilməsidir. Bəzi hallarda qayda, axşam yeməklərində və ya müəyyən bir vaxtda ət, yumurta və süd məhsulları yeməmək, digər hallarda isə bazar ertəsindən cüməyə qədər pəhriz saxlamaq və həftə sonlarıda normala dönmək.

Səslərin sayı: 2
9
3809
loading...
Şərhlər
Offline
Gultekin
Hec vaxt pehrize ehtiyacim olmayib deye elede derinlikle maraqlanmamisam/Olanlarin Allah komeyi olsun
8 yanvar 2016 01:31
Offline
Xanim_Xatun
Yagli yeməklərdi evimizi yixan
3 yanvar 2016 21:18
Offline
Suzanna
Yediyimizə içdiyimizə fikir versək heç pəhriz lazım olmaz.
3 yanvar 2016 15:16
Offline
S U S E N _BACI
pehriz maraqlidiye amma sevmirem pehrizi amma coxda yemirem tskler
8 noyabr 2015 11:45
Offline
nigar dadasova
xebere gore sagolun
20 oktyabr 2015 13:22
Offline
Ellada Babayeva
Ancaq saat 18:00-dan etibarən hər yeyəcəyi yemək sərbəstdir.

Mən bunu çoxdandan bilirəm. Çalışıram 6-ya kimi yeyim yeməyimi qurtarım. yes
5 oktyabr 2015 15:28
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Pərvanə
Maraqlı pəhrizdi.Edənə mənlik deyil kok deyiləm sadece qarnim var bir az crazy
4 oktyabr 2015 13:10
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Aysel İ.
Saat 4-5 - qədər yediklərimiz bizim ondan sonra yediklərimiz isə piylərindir. Bol tərəvəz mütləq yeyilməlidir.
4 oktyabr 2015 13:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Mən 7 dən sonra yemirəm sadəcə 1 stəkan qatıq içirəm
4 oktyabr 2015 12:32
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır