Bakıda hava 23°
USD AZN
EUR AZN
19:05Surayye Bizim dərslər gec qutarır hərəsində nə qədər yazmalı oxumalı 19:04Surayye Qızlarım qızıllarım haralardasız? Ayla səndə uşaq yoxdu da 14:26Ayla Ayla Məktəb açılandan hamı yoxa çıxıb 09:29Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41011

Körpələrdə dişlərin çıxması

Körpələrdə dişlərin çıxması
Dişlərin çıxması

Uşağın dişlərinin çıxması da əslində böyüdüyünü, inkişaf etdiyinin ifadəsidir və bu bizi xoşbəxt edir. Halbuki, eyni vəziyyət narahatçılığa, iştahasızlığa səbəb olduğu zaman anaları çətinliyə salsa da, bunların olması tamamilə normaldır və hamısı keçicidir.

İlk dişlər, altıncı aydan etibarən çıxmağa başlayır.

Ümumiyyətlə, hər nə qədər ilk diş 6-cı aydan, hətta bəzən bir yaşdan sonra çıxsa da, 2-ci aydan etibarən görülməsi də mümkündür. Nadir olaraq bəzən körpələr bir və ya daha çox diş ilə doğulurlar. Çox sallanırlarsa, bunların çəkilməsi lazımdır, çünki uşağın onları udma ehtimalı vardır və ya əmizdirmə əsnasında problem yarada bilər. Adətən ilk çıxan diş ön tərəfdəndir. Diş diş ətinə yaxınlaşdıqca o ətrafda qızartı, şişlik, həssaslıq ola bilər. Hətta bəzən dişin çıxacağı yerdə kiçik maye ilə dolu bir şişlik də yarana bilər. Bu kistlər adətən zərərsizdir və xüsusi heç bir müalicəyə ehtiyac yoxdur. 20 ədəd süd dişlərinin hamısının çıxması adətən üç yaşına doğru olur. Daimi dişlər altı yaşda çıxır. Bəzi dişlər çıxarkən digərlərinə nisbətən daha ağrılı ola bilər. İlk çıxan diş bəzən ən pisi ola bilər. Bəzən daha böyük azı dişləri də problem çıxara bilər. Bir anda birdən çox dişin çıxması da mümkündür.

 

Körpələrdə dişlərin çıxması
Uşağınız diş çıxararkən qarşılaşacağınız əlamətlər.

Bir çox uşaq diş çıxararkən heç bir problem yaşamazkən bəziləri əhəmiyyətli dərəcədə çətinlik çəkirlər. Adətən diş çıxarma ilə bağlı ağrılar dalğalanma şəklində gəlir, gedir və başladıqdan sonra bir neçə dəqiqə içində keçər. Diş çıxararkən aşağıdakı əlamətlər yarana bilər:

- Artan tüpürcək; 

- Yuxu nizamsızlığı;

- İştahsızlıq;

- Narahatçılıq;

- Körpənin əllərini dişləməsi;
- Ağız ətrafında tüpürcək yığılması.

Həkimə nə vaxt müraciət etməlisiniz?

Diş çıxarma çox adi bir hal olduğundan və temperatur, ishal narahatçılıq da tez-tez görüldüyündən bir çox zaman eyni dövrdə qarşımıza çıxır. Diş çıxarma bu əlamətlərə səbəb olmaya bilər. Başqa bir xəstəliyin temperatur, ishal və narahatçılığa səbəb olması daha mümkündür. Bu və ya sizi narahat edən başqa əlamətlər olarsa, həkiminizə müraciətinizdə fayda vardır. Yalnız dərhal diş çıxarmaqdan meydana gəldiyinə inanmayın. Bir yaşından sonra diş həkiminə normal baxış üçün müraciət edə bilərsiniz.

 

Evdə tətbiq edilə biləcək sadə və faydalı təkliflər.

 Əziyyət çəkən körpənizin diş ətinə yüngül təzyiq etsəniz, rahatlayar. Bu səbəbdən əllərinizi yuduqdan sonra barmağınızı o bölgəyə yavaşca qoymağınız və ya təmiz bir parça mateialını dişləməyə icazə verməyiniz uyğun olacaqdır.

Əgər sizcə, ağrı iştahsızlığa yol açarsa, bəzən yemək verərkən fərqli bir butulka ucu və ya ağızlı stəkan istifadə etməyiniz onun daha rahat qidalanmasına kömək edə bilər.
Soyuq əşyalar diş ətindəki qızartı və şişliyi azalda bilər. Bu səbəblə təcrübəli valideynlər təmiz, dondurulmuş parça materiallarından istifadə edirlər. Eyni zamanda tərkibində su olan dişliklər də var və soyuducuda soyudularaq istifadə edilir. Bununla yanaşı diş ətlərinə uzun müddətli həddindən artıq soyuq tətbiq etmək məsləhət görülmür. Unutmayın, körpənizin boğulmasına səbəb ola biləcək hər hansı bir şeyi ağzına aparmasına icazə verməyin.

 Ağrı kəsici istifadə edilməsi

İstifadə edilməməsinə üstünlük verilir, ehtiyac duyulduqda həkiminizin məsləhət etdiyi formada körpənizin diş ətini rahatlatmaq məqsədilə aşağıda göstərildiyi kimi ağrı kəsicilər vermək olar.

Aptekdən ala biləcəyiniz bəzi dərmanlar ağrı kəsmək məqsədilə bilavasitə diş ətinin üstünə sürtmək olar. Onların tərkbində diş ətini müəyyən bir müddət üçün keyləşdirən maddələr vardır. Qısa müddət üçün işinizə yaraya bilər ancaq bəzi uşaqlar bunların dad və ya yaratdığı təsiri xoşlamır. Bu dərmanların körpənin boğazına toxunmaması vacibdir, çünki o bölgənin keyiməsi gəyirmə reaksiyasını yüngülləşdirə bilər və yeməklərin ağciyərə qaçmasına səbəb ola bilər.

Qida yolu ilə qəbul edilən ağrı kəsicilər

Parasetamol və ya ibuprofen tərkibli dərmanlar ağrının azaldılmasında faydalı ola bilərlər. Bunlar daha əvvəl bəhs etdiyimiz üsullar yoxlandıqdan sonra bir neçə dəfə verilə bilər. Körpə diş çıxardığı çox dərmandan istifadə etməmək daha uyğundur.

Daha əvvəl də qeyd etdiyimiz kimi diş çıxarmaq normaldır. Bu səbəblə buna bağlı olaraq yaranan problemləri normal qəbul edin. Çox körpə və uşaqlarda əvvəl axır 20 ədəd süd dişi çıxır, daha sonra bu dişlər tökülür və yerinə 32 ədəd daimi diş gəlir.

Fuad Nəzərov

Səslərin sayı: 1
6
10425
loading...
Şərhlər
Offline
nigar.yeva
salamaleykum qara qiz xanim menim qizimdada yan terefden ele dord aydan beri cixmaq isteyen diwi var indi 8 ayliqdi ama diw helede cixmayib)) narahat olmayin bezi uwaqlarda birinci diw yandan cixir
5 aprel 2016 12:55
Offline
QARA QIZ
Salam xanimlar xais edirəm kömək edin mənə.oglumun 4 ayi tamam olmatib hələ amaki agzından su gəlir.əlini gəmirir soskani agzinin kənarına aparib eləbilki disin qasiyir bugun baxiram dis cixarmaq istəyir ammaki ana disi bu nece olur axi ilk dislər qabaqda cixmalıdı bu sa ama qıraqda ana disidi cox qorxuram
29 mart 2016 19:01
Offline
Sonay Quluzade
Uşağın mənə görə ən gözəl göründüyü vaxt 4 yuxarıda, 2 aşağıda dişinin olan vaxtlarıdır. Allah bütün ailələrə qismət etsin.
23 fevral 2016 09:13
Offline
Aysel İ.
Çox faydalı xəbərdir. Gənc analar faydalana bilər. Təşəkkürlər Agat Kris.
3 oktyabr 2015 00:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
gun ka
insallah mnim balamda rahat cixarar disini yoxsa onsuzda mizmizdi
2 oktyabr 2015 18:32
Offline
Fatma xanım
Xoşum gəlir uşaq təzə diş çıxaranda adamın üzünü ki dişləməyə çalışır e
2 oktyabr 2015 14:13
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )