Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
21:01PERI eleykum salam canlar necesiz 20:38Sima salam geceniz xeyir
39320

Dəri quruluğu və dəriyə qulluq

Dəri quruluğu və dəriyə qulluq
Quruluq
Dəri quruluğu və dəri qulluğu,dartılma hissi, balaca balaca soyulmalar, kəpəklənmə, çatlar və qaşıntı şəklində əlamətlərini göstərir.
Müxtəlif nəmləndirici və kosmetik məhsullardan istifadə etməyinizə baxmayaraq, dərinin quru olmasından xilas ola bilmirsinizsə mütəxəssislərin məsləhətinə qulaq asın yəni təsadüfi kremlər seçmək əvəzinə bir mütəxəssisin fikri ilə dəri növünüzə və şikayətlərinizə uyğun nəmləndiricilərdən istifadə etməyinizdə yarar var.
Ən əhəmiyyətlisi də dəri quruluğuna səbəb olan amillərdən qorunun. Məsələn; Qısa müddətli vannalar qəbul edin, hamamdan
çıxdıqdan sonra mütləq nəmləndirici krem sürtün, günəşdən, soyuqdan və kimyəvi maddələrdən uzaq durun.
Kimlərdə dəri quruluğu olur?
İnsanlar yaşlandıqca daha çox ortaya çıxan bir hal olan quru dəri Kserozis olaraq adlanır. Yaşlanmaqla bərabər daha quru və daha az yağlı bir dəri əmələ gəlir. Dərinin üst təbəqəsinin təxminən 10 faizə qədər hissəsini su təşkil edir. Bu təbəqə suyun azalması ilə dəridə çatlama, qaşıntı və quraqlığa səbəb olur. Dəri quruluğu olan adamların çoxunda altda yatan bir xəstəlik yoxdur. Quru dəriyə sahib olan şəxslərin böyük əksəriyyətini isə tez-tez duş qəbul edən insanlar təşkil edir. Son illərdə insanlarda duş qəbul etmə artdıqca Kserozisin də artdığı görülür.
Dəri quruluğunun səbəbləri nələrdir?
Quru dəriyə səbəb olan ekoloji faktorlar; İsti su, yuyucu vasitələr, geyimlərə görə yaranan sürtünmə, tez-tez hava səyahəti, küləyə məruz qalmaq, ətraf mühitin çirklənməsi, kondisioner və digər kimyəvi maddələr kimi sadalana bilər. Atopik ekzema, irsi bəzi xəstəliklər, ihtiyosis, sədəf kimi dəri xəstəlikləri, metabolik amillər, tiroit vəzinin kifayət qədər işləməməsi, həddindən artıq kilo itkisi və yaşın artması da quru dəriyə səbəb olan digər amillərdir.
Dəri quruluğu və dəriyə qulluq

Dəri quruluğu necə bilinir,əlamətləri nələrdir?
Dəri quruluğunun ilk əlaməti, dəridə solğun boz ağ rəngdir. Quruluq artdıqca rəng dəyişikliyinə əlavə olaraq dəridə dartılma hissi, hissə hissə soyulma, kəpəklənmə, dəri səthində pürüzlənmə, çatlar, yarıqlanmalar yaranır. Qaşıntı, quru dərinin yaranmasına səbəb olduğu digər bir şikayətdir. Quruluq müalicə edilməzsə nəticə etibarı ilə ekzema yarana bilər.
Dəri növünü anlamaq mükündürmü?
Dəridə kəpəklənmə, dartılma hissi və qaşıntı kimi şikayətlər varsa, bu dəri quru dəri növü kimi qiymətləndirilə bilər. Akneyə meyillidirsə, gün ərzində və səhər oyananda cilddə parıltı olursa, dəliklərdə genişlənmə və qara nöqtələr varsa, yağlı dəri kimi qiymətləndirilə bilər. Bəzi insanlarda isə üz bölgəsində xüsusilə yer yer quruma, kəpəklənmə ancaq bəlli bölgələrdə isə piylənmə, parlama kimi şikayətlər olur.
Bu tip dərilər isə qarışıq dəri kimi qiymətləndirilə bilər.
Dərisi quruyan adam ilk növbədə nə etməlidir?
Dəri quruluğu olan şəxslər mütləq bir dermatologiya mütəxəssisinə müraciət etməlidir. Şəxsin şikayətləri, əlamətlərin müddəti və şiddəti, müalicənin formasını müəyyən edir. Bəzi faktlarda yalnız nəmləndiricilər kifayət edici olarkən, əlamətlərin şiddətli olduğu faktlarda antigistamin preparatlar, topikal kortikosteroid kremlər vermək lazımdır. Çoxlu sayda və markada nəmləndirici kremi olduğundan təsadüfi bir nəmləndirici istifadə üçün düzgün deyil. Xəstənin dəri növünə və şikayətlərinə uyğun nəmləndiricilər yazılmalıdır.
Dərisi quru olanlar hansı kosmetik məhsullardan istifadə etməlidir?
Quru dəri problemi olan xəstələr yağ içində su emulsiyası dediyimiz dərini daha çox nəmləndirən məhsullardan istifadə edə bilərlər. Dəridə iritasiya problemi olmayan şəxslər isə çox vaxt kosmetik nəmləndiricilərdən fayda görürlər. Duş qəbulu sonunda istifadə edilən bədən yağları dərinin nəm itkisinin qarşısını alır. Bu tip kosmetik məhsulların də olduqca faydası vardır.
Ardı var...
Fuad Nəzərov
Səslərin sayı: 3
7
4955
loading...
Şərhlər
Offline
Fatma xanım
İnsanlar yaşlandıqca daha çox ortaya çıxan bir hal olan quru dəri Kserozis olaraq adlanır.
14 fevral 2016 13:04
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
MAYA EL
Mənim dərimdə quruluq var.Seçim edərkən düzgün etmək lazımdı
8 yanvar 2016 18:17
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Online
Xəyalə Murad
Hər kəs öz dərisinin növünü bilməlidir. Kosmetoloqlar bunu ödənişsiz də müəyyən edib bildirə bilərlər. Dəri növünə uyğun olmayan kosmetik vasitələr və kremlər faydadan çox zərər verər. Odur ki, bu cür məlumatlardan yararlanmaq lazımdır. Çox sağol Agat
8 noyabr 2015 15:17
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
S U S E N _BACI
TESEKKURLER AGAT SAGOL VAR OL girl_ang
8 noyabr 2015 11:35
Offline
●♥ Səma ♥●
Mənim də dərim quru tiplidir.Gərək qulluq edilsin ər zaman.Nəmləndirici kremlərdən istifadə edirəm.Yayda elə problem olmur amma.Faydalı xəbər üçün təşəkkürlər,Aqat xanım.
7 noyabr 2015 18:41
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Ellada Babayeva
Mənim dərim qurudur. Payız fəsli girən kimi dərimdə qabıq əmələ gəlir. Yay aylarında dərim gözəl olur. Bir problem yoxdur qulluq edilsə quruluq aradan qaldırılır. Anam üçün krem alıram üz üçün. Maska edəndə onun üçündə edirəm. Qulluq lazımdır kosmetik süddən istifadə etmək yaxşıdı dəri hamar olur nəmlənir.
7 noyabr 2015 16:04
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Mən də də əmələ gəlir dəri quruması qocalıram.
7 noyabr 2015 15:32
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış