Nədir?
İnsanın nəzarətində olmayan xoruldama cəmiyyətin % 45-də görülür. Yaşla birlikdə artan xoruldama problemi ən çox kök insanlarda görülür. İnsan xoruldamaya görə yuxuda kifayət qədər dincələ bilməz. Dincəlmədən keçirilən gecənin gündüzü yuxulu, yorğun və səmərəsiz keçir. Xüsusilə, yuxu zamanı nəfəssiz qalan adamlar daha diqqətli olmalı və mütləq bir həkimə müraciət etməlidirlər. Xoruldamağın, ölçüsü və xoruldayan insanın sağlamlığını müəyyənləşdirmək üçün yuxu laboratoriyasında lazımi tədqiqlər aparılmalıdır.
Xoruldamağın ən ağır forması tıxayıcı tipdə olanı, yəni “Yuxu apnesi” deyilən formasıdır. Bu şiddətli xoruldama nəfəssiz qalan bir dövrlə kəsilir və bu zaman tənəffüs tam olaraq dayanır. 10 saniyənin üzərindəki nəfəssiz qalma növbələri bir saat içində 7-dən çox görülsə həyat ciddi şəkildə təhlükə altında deməkdir. Apneli (nəfəsin kəsilməsi) xəstələrdə yuxuda qan oksigen səviyyəsi hədsiz dərəcədə azalır. Oksigenin düşdüyü bu dövrdə ürək qanı daha çox vurmaq məcburiyyətində qalır bir müddət sonra ürək ritmi pozularkən, illər ərzində yüksək təzyiq və ürək böyüməsi inkişaf edir.
Xoruldamağın Səbəbi Nədir?
Ağız və burun arxasındakı hava yolunda darlıq olduğu zaman ortaya çıxan gurultulu səsə xoruldama adı verilir. Dilin arxası, yumşaq damaq və kiçik dilin olduğu hissənin gənizlə birləşdiyi bölgədə avtomatik daralan bir regiondur. Bunlar bir biriləri üst-üstə düşdüyü zaman nəfəslə birlikdə titrəyir və xoruldama meydana gəlir.
Xoruldayan kəs aşağıdakı problemlərdən ən azı birinə malikdir.
-Dil və boğaz əzələlərinin gərginliyi azalmışdır.Fleksibl əzələlər kürək üstü yatanda dilin boğaz arxasına doğru sürüşməsinə mane ola bilməz. Bu hadisə spirt yada dərman alaraq zəifləmiş birinin yuxuda əzələ kotrolunun itirməsi ilə ortaya çıxır. Bəzi insanlarda yuxunun dərin mərhələsində zəifləməyə bağlı olaraq yenə xoruldama görülür.
-Boğazdakı toxumaların həddən artıq böyük olması. Böyük badamcıq vəzisi və gəniz əti uşaqlarda ən çox rast gəlinən xoruldama səbəbidir. Kök insanlarda yoğun boyun toxuması səbəb kimi göstərilir. Kist və şişlərdə nadir olaraq bu yolla xoruldama olmaqdadır.
Yumşaq damaq və kiçik dilin həddindən artıq sallanmış və uzun olması boğaza doğru hava yolunu azaldır. Hava yoluna söykəndiyi üçün bir valv kimi xoruldamağa səbəb olur.
Burun tıxanıqlığı olan şəxs hava almaq üçün gənizdə hədsiz vakum yaradır. Bu vakum boğazda kollabe olan toxumaları hava yoluna doğru çəkir. Beləliklə, burun açıq ikən xoruldamayan insanlarda xoruldama görülməyə başlayır. Buna görə bəzi insanların yalnız allergik dövrlərdə və ya qrip, sinusit olduğu zamanlarda xoruldayır.Burun deformasiyaları bu tip burun tıxanıqlıq vəziyyəti səbəbləri kimi tanınır. Deviasyon burun orta hissəsinin yan tərəflərə çıxması olaraq tanınır. Burun içi deformasiyaları içində ən çox rastlanılanıdır.
Xoruldama Müalicə Edilə Bilərmi?
Xoruldamanın bir çox tipini müalicə etmək olar. Xoruldayan yeniyetmələr;
İdmançı həyat tərzi seçilməli,
Xoruldayan insanlar yuxu dərmanları, sakitləşdirici və antigistamin deyilən allergik dərmanlarını yuxudan əvvəl qəbul etməli,
Həddindən artıq yorğunluqdan, yuxudan 4 saat əvvəl spirtli içki qəbul etmədən 3 saat əvvəl də ağır yeməkdən çəkinilməli,
Yuxuda kürək üstü yatmaq əvəzinə yana yatmağa üstünlük verilməlidir.
Çarpayınızın baş tərəfi daha yuxarıda olacaq şəkildə bütün yatağınızı təxminən 10 sm bir tərəfə doğru yönəldin.
Xoruldama uvulopalatofarengoplastika əməliyyatı (UPPP) ilə və ya laser-assisted uvulopalatoplastika (LAUP) (lokal anesteziya ilə keçirilə bilər) üsulları ilə aparılır. Cərrahiyyənin çox riskli və ya xəstə tərəfindən bəyənilmədiyi hallarda boğaza təzyiqli hava verən maska taxaraq (CPAP) xəstə yata bilər. Xroniki olaraq xoruldayan hər uşaq KBB eksperti tərəfindən ətraflı müayinə edilməli, badamcıq vəzisi və gəniz əti cərrahiyyə əməliyyatının zəruri olduğu hallarda cərrahi müdaxilə xəstənin sağlamlığına və inkişafına çox mühüm faydaları olacaqdır.
Fuad Nəzərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Atəşkəs pozuldu: 2 ölü, 8 yaralı
Əhvalınızı yüksəldəcək 9 qida
Bill Geytsin qızı müsəlman Naillə nişanlandı - FOTO
Ən böyük partlayış baş verdi: ehtiyatlı olun
Məşhur modellər ilk dəfə səhnədə necə görünürdülər?
Yaşıl soğanı təzə saxlamağın YOLLARI
İş yerinizi nə zaman dəyişməlisiniz?
“Ermənistanla sərhədlər açılmayacaq”
Ledi Qaqa evindən Konsert verəcək
Müğənninin əri toy gecəsi xəstəxanalıq oldu
Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında -VİDEO
Uşaqların riyazi aləmi və barmaq oyunları
İnsanları xilas edəcək robot yaradıldı
Makaronlu pomidor dolması (foto-resept)
Bu qadın 21 -ci övladını dünyaya gətirdi-FOTO
"Hər kağızı bir yarpağa dəyişək" layihəsi başa çatıb (FOTO)
Şuba salatı (foto resept)
Qəhvə masajıyla selüliti yox edin
Gülməli heyvanlar (3)
Əsgərimiz şəhid oldu
Nəmləndirici maskalar hazırlayaq
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Quru meyvəli çörək dilimləri (foto-resept)
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Sobada qiyməli gül kələmi (video-resept)
Dramatik sırğalar
Qulluqçu qadın həyatının şokunu yaşadı - ev, bahalı paltarlar-FOTO
Dəri quruluğunu önləyin
Bakı sakinlərini vəlvələyə salan nə idi?
Bu ölkədə pivə sudan ucuzdu
Bu ölkədə qadınların çılpaq gəzməsinə icazə verdilər
“Kuruluş Osman”da yeni aktrisa
Hansı bürc hansı peşədə daha uğurlu olur?
Bakı məktəblərində işləmək istəyənlər üçün müsabiqə elan olundu
Tər qoxusunun qarşısını necə almalı?
Beren Saat həftəyə 200 min qazanır
Dünyanın ən bahalı evləri
Günün ulduz falı - 10.01.2014
Oruc tutmağın dəriyə faydası
Bakıya qar yağacaq
"Bütün dünya siyasətçiləri ulu öndər Heydər Əliyevdən bəhrələnirdi"
Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL
Prezidentin köməkçisindən məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA
Müdafiə Nazirliyindən düşmən təxribatı ilə bağlı RƏSMİ AÇIQLAMA
Valideyinlərə SOS - Uşaqlar necə "zəhərlənir"?
Kobe ölümündən sonra cinsi təcavüz xəbəri ilə gündəmdə - FOTO
Maruv Bakıya gəlir-FOTO
Tərəvəzli aş qarası (foto resept)
Atatürkü bu adam zəhərləyib
- ŞƏRHLƏR