Bakıda hava 23°
USD AZN
EUR AZN
14:44Surayye qizillarim necesiz 08:58Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41071

Körpələrin gec yeriməsi

Körpələrin gec yeriməsi
Daim ac qaldığını düşünərək nizamsız qidalandırdığınız körpənizin gec yeriməsinin səbəbi həddindən artıq kök olduğuna görə pozulan orqanizm sistemi olduğunu bilirsinizmi?
Sağlam uşaqlarda yerimə yaşı 12 -18 aylar arasında olur, bəzi körpələr 12-ci aydan da əvvəl yeriyə bilər. Uşağın yerimə yaşı onun zəkası ilə bağlı deyil. Orqanizmə görə uşaqlarda inkişaf fərqli ola bilər. Yaşıdlarından daha əvvəl köməksiz oturan,iməkləyən və ya yapışaraq ayağa qalxan uşaqlar adətən daha tez yeriyirlər. Yerimə gecikmiş isə digər inkişaf mərhələlərinə da baxılmalıdır.
Körpənin 18-ci aya qədər 5-10 kəlməni anlamlı olaraq söyləməsi, istədiyini işarə etməsi, deyilənlərdən öz yaşına uyğun olanlarını anlaması, istədiyi şeyi barmaqla göstərməsi də lazımlıdır. Əgər bu mərhələlərdə problem varsa mütləq uşaq nevroloji həkiminə aparılmalıdır.
Vücud hərəkətlərində gecikmə olur
Uşağın çox sürətli iməkləməsi körpənin yeriməyə həvəsini azaldır. Yerimə yerinə iməkləmək ilə hər yerə rahatlıqla çata biləcəkdir. Uşağın həddindən artıq çəkili olması; Uşağın yeriməsi,iməkləməsi və dönməsi kimi digər hərəkətlərinin yaranmasında gecikməyə səbəb olur.
Körpələrin gec yeriməsi
Uşağın oturduğu yerdə davamlı istədiklərinin önünə qoyulması, motivasiya çatışmazlığına səbəb olur. Nevroloji sistem ilə əlaqəli bu xəstəliklər, daha əvvəldən özlərini göstərirlər. Körpə 3-cü ayda başını saxlaya bilmirsə, 6 – 7-ci aylarda dönməyə başlamırsa, 8-ci ayda köməksiz oturmayıb..sa bu mərhələlərdə araşdırılması lazımlıdır.
Həkim nəzarətinə olmalıdır
Ata və anaların uşaqlarından şübhələnməsi halında dərhal həkimə müraciət edilməlidir.Uşağınız 18 aylıq olduğu halda yerimirsə, uşağınız yalnız barmaq uclarında yeriyirsə, körpənizin digər inkişaf mərhələləri ilə bağlı bir problemi varsa, uşağınız bir ayağından daha çox istifadə edirsə, bədən hərəkətlərində sağ-sol arasında fərq varsa mütləq həkimə müraciət edin.
Təkrar vurğulamaq lazım gələrsə yeriməyən bir uşaqda digər inkişaf mərhələlərində bir gerilik yoxdursa və həkimin apardığı fiziki müayinə və nevroloji müayinənin normal olması şərtilə, 18 aya qədər narahat olmadan gözlənilə bilər. Ancaq uşağınızı nəzarət altında saxlayan həkimin bir şübhəsi varsa və ya digər inkişaf mərhələlərində də gerilik varsa çox daha erkən araşdırma aparmaq lazımdır.
Körpə yeriməyə həvəsləndirilməlidir
Uşağın yeriməsi üçün edilməsi lazım olanları belə sıralaya bilərik:Altda yatan bir sağlamlıq problemi olmadığı halda valideynlər uşaqlarının yeriməyə başlaması üçün körpə yerimək üçün yönləndirilməlidir, əlindən tutularaq yeriməsi üçün imkan yaradılmalıdır.
Ancaq daha ayaqda dura bilməyən uşağı yeritməyə çalışmaq budda zədə yarada bilər. Tutduğu əşya möhkəmləndirilməli və yapışaraq ayağa qalxmasına maneçilik törədilməməlidir.
Gün ərzində çox oturdulmamalı, evdə və bayırda yerimə məşqləri aparılmalıdır. Ayaq əzələlərinin güclənməsi üçün ev içərisində çılpaq ayaq və ya sürüşməyən corabla gəzməsinə icazə verilməlidir. Ayaq sağlamlığı baxımından uyğun olmayan, dar və ya geniş, ağır ayaqqabılar geyindirilməməlidir.
Yerimə cəhdi göstərildiyində bir oyuncaq uzadaraq motivasiyası pozulmamalıdır və oyuncağı əldə etməsi təmin olunmalıdır.
Fuad Nəzərov
Səslərin sayı: 3
5
12762
loading...
Şərhlər
Offline
Gultekin
Lazımlıdı xəbərdi çox sağ olun.
8 yanvar 2016 20:46
Offline
°ღ Zayka •.°ღ
Inaninki,bu xeber menim lap yarali yerime toxundu.Evvelce bu xeberi hazirladigiviza gore size minettaram cunki fikir vermeyen basa dusmeyen analarimizda az deyi.Menim qizim ayaqlarini yere vurmur deye biz onu hekime apardiq hekim dedi hecneyi yoxdu vuracaq ayaqlarini yere gec vuran usaqlarda olur.Iki hekime apardiq,dediler kend toyugundan sup ele ver ne bilim sumugu mohkemlendirmek ucun vitaminler axi gec gec ayaqlarini yere vurdu,bizde sevindik,hetta hekim 15 gunluk masajda yazdi onuda eletdirdik.Artiq qizim m1 yas 4 5 ayliq idi qolundan tutub gezdirirem,gorurem ozu gezmeye can atir amma ayaqlarini emmelli iceri qoyur cetinlik skir dabanlari iceri egilir.Qizim balaca vaxti imeglemeyibde.Sora dayana bilmedik apardiq Usagi Bakiya hekime,hekim bizi sumug hekimine yonlendirdi sagolsun,rentgen eletdirdi usagin belden canaq hissesinecen,usagimin ayaginda anadan gelme cixiq var imis,sendeme buna gore imis her sey,bir bilsez ne gundeydim recourse .hekime dedim axi ne sisen yeri,ne agriyan yeri olub deyir anadan gelmedi,dedim hamile vaxti vaxti vaxtinda hekime gedmisem,usagi hekime aparmiam,masaj eletdirmisik nece olurki,hec kes bundan xeber tutmayib?hekim aciq aydin dediki men hec vaxt hekimlerde taxsir gormurem amma burda aciq aydin hekim sehlenkarligi var,hekim baxan kimi bundaki problemi bilmeli idi,hele masaj eleyen o deqiqliyinen bilmeli idi hemde bele bir problemi olan usaq ucun nasaj qetti olmazmis.Qurban olum Allaha Allahin elinde olan isdi yenede sukur ediremki,lap cox gecikmedi.Hekim dedi biraz gecikmisik ya emmeliyyat yadaki,gipse qoymaq ayaqlarini.Biz tebii usula el atdiq gipse saldirmisiq ayaqlarini,indi 4 cu aya kecibki,zehramin ayaqlari belinecen gipsdedi.Bu xestelik deyireler qiz usaqlarinda olur neslimizde yoxdu bele olan usaq yeni nesillen elaqeli deyilmis,gerek dogulan kimi rentgene saldirardim usagimi axi olan oldu Allah komeyimiz olsun
18 noyabr 2015 09:44
Offline
Emma Svon
Körpələrin hər biri özünü hazır hiss etdiyi zaman yeriyir. Bunun tibbi problemə aidiyyəti yoxdursa, əlbəttə ki, bir yaş və ən çoxu bir yaş 3 ayadək yeriyəcəklər. Valideynlər tələsməsinlər.
17 noyabr 2015 12:07
Offline
Fatma xanım
Körpənin 18-ci aya qədər 5-10 kəlməni anlamlı olaraq söyləməsi, istədiyini işarə etməsi, deyilənlərdən öz yaşına uyğun olanlarını anlaması, istədiyi şeyi barmaqla göstərməsi də lazımlıdır. Əgər bu mərhələlərdə problem varsa mütləq uşaq nevroloji həkiminə aparılmalıdır.
17 noyabr 2015 11:01
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ellada Babayeva
Yerimə cəhdi göstərildiyində bir oyuncaq uzadaraq motivasiyası pozulmamalıdır və oyuncağı əldə etməsi təmin olunmalıdır.
16 noyabr 2015 15:45
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )