Haymor: Burun və göz ətrafındakı sümüklərin daxilindəki boşluqlara verilən addır. Bu boşluqların burun içinə çıxışını təmin edən kanallardakı tıxanıqlar səbəbilə iltihablanma nəticəsində ortaya çıxan infeksiyaya sinuzit deyilir. Sinuzit kəskin və xroniki olmaqla iki növü vardır.
Kəskin Sinuzit: Burun tıxanıqlığı, sarı, yaşıl və ya qanlı burun axıntısı, gözlər ətrafında ağrı, diş ağrısı ilə qarışan yanaq ağrısı, üzdə təzyiq hissi, qabağa əyilməklə artan üz və ya baş ağrısı, pis ağız qoxusu əlamətləri ola bilər. Bəzən də quru öskürək, yüngül temperatura və ya mədə narahatlığı kimi şikayətlər görülə bilər.
Xroniki Sinuzit:Əlamətlərinin müddəti üç aydan uzundur. Tünd burun axıntısı, gəniz axıntısı, burun tıxanıqlığı, qoxu hiss edə bilməmə və xüsusilə gecələr artan öskürək kimi əlamətləri görülə bilər.
Üz sümükləri içərisində və burunun daxili quruluşunu təşkil edən sümüklərdəki hava boşluqlarına sinus deyilir.Sinuslar burunun hər iki tərəfində və 4 ayrı adda olur. Burunun düz yan tərəflərində yerləşən boşluqların ən böyüyüdür. Burunun üst tərəfində alın sümüyü içindəki sinusa frontal sinus, burunun arxa və üst tərəfində yerləşən və orta xəttdə tək olan sinusasfenoid sinus deyilir. Bundan başqa, burunun yan üst tərəflərində bir çox kiçik boşluqdan ibarət hissələrə də etmoid sinus deyilir.
Sinuziti əmələ gətirən faktorlar nələrdir?
Qış aylarında, xüsusilə evlərdə yaxşıca quruyan hava, haymorit (sinuzit) inkişafına səbəb olacaq şəraiti ortaya çıxarır. Digər tərəfdən, yüngül soyuqdəymə,qrip varkən təyyarə ilə səyahət edilməsi,su altına enmək, uzun müddət soyuq havaya məruz qalınması və allergiya vəziyyətinin davam etməsi haymoritə (sinuzitə) səbəb olur və ya mövcud olan haymoriti daha ağır vəziyyətə salır.
Bütün sinuslar bir deşik vasitəsi ilə burun içinə açılırlar. Sinuslar; Havanı qızdıraraq ağciyərə çatmasını təmin etmək, nəmləndirmək və insanın səsini tənzimləmək kimi vəzifələri vardır. Bu içi hava dolu ciblərin burunla əlaqəsini təmin edən və hava giriş çıxışına imkan verən buruna açılan ağızları vardır.Uzun müddət davam edən və yaxşı müalicə edilməyən soyuqdəymədən sonra, allergik səbəblərə bağlı burunun iç sümük toxumasının və burun ətlərinin şişməsi, quruluşuqca bəzi səbəblərə bağlı olaraq burun ilə boşluqların hava mübadiləsi kəsildiyi üçün bu hava boşluqlarında mikroblar çoxalmağa başlayır və boşluqlar iltihablanır. Bu vəziyyətə SİNUZİT adını veririk. Sinus iltihaplanmasının səbəbi bakteriyalar və viruslar ola bilər.
Sinusların funksiyaları tam olaraq aydın deyil. Ancaq səs resonansının təmin olunması, tənəffüs havasının nəmləndirilməsi və qızdırılması ilə zərərli partikulların tutulması kimi vəzifələri vardır. Həmçinin baş çəkisinin azaldılması funksiyasını da yerinə yetirirlər. Bütün sinusların içini döşəyən sümük toxumaları, hər gün müəyyən miqdarda ifraz edirlər. Bu ifrazatlar burun içinə tökülərək oradan da boğaz və mədəyə gedir.
Sinuzitin Əlamətləri
Bir aydan qısa davam edən sinuzitə kəskin, daha uzun müddət davam edən sinuzitlərə isə subakut və xroniki deyirik. Güman edildiyinin əksinə, sinuzitlərin ən çox rastlanan əlaməti baş ağrısı deyil. Hətta baş ağrısı sinuzitdə nadir hallarda görülən bir simptomdur. Ən çox görülən simptomlar:
-Burun tıxanı
qlığı
-Sarı, yaşıl rəngli və ya qanlı burun axıntısı
-Göz ətrafında və yanaqlarda ağrı
-Başda təzyiq hissi
-Qabağa əyilməklə artan üz ağrısı
-Pis ağız qoxusu
Bəzən də quru öskürək, yüngül qızdırma və gəniz axınına bağlı mədə bulanması,iştahsızlıq kimi şikayətlər görülə bilər.
Diaqnozu
Xəstənin şikayətləri və müayinə nəticələrinə görə sinuzit olması düşünülsə belə qəti diaqnoz radioloji olaraq çəkilən filmlər nəticəsində qoyulur.Xüsusilə müalicəyə cavab verməyən və ya əməliyyata göstəriş hesab edilən xəstələrdə mütləq kompüterli tomoqrafiya çəkilməlidir. Kompüterli tomoqrafiya burun içi və sinuslar haqqında həkimə çox faydalı məlumatlar verir.
Sinuzitin Qarşısının Alınması Üçün Edilə Biləcəklər
Sinuzitin qarşısını almaq məsələsində xüsusilə burun ilə sinuslar arasındakı kanallarda bir darlıq varsa daha həssas olmalısınız. Allergiya probleminiz varsa bu barədə lazımi tədbirlər görülməlidir və lazım olsa allergiyaya qarşı müalicə aparılmalıdır. Xüsusilə qış aylarında qızdırıcıların yol açdığı quru hava sinus infeksiyalarının yaranmasına şərait hazırlayır. İdeal rütubət nisbəti olan%35-%50 səviyyələrini təmin etmək üçün evinizdə nəmləndirici cihazlar ya da sadə qış aylarında qızdırıcıların üzərində su dolu qablar qoya bilərsiniz. Sinuzitə tez-tez yaxalanan şəxslərin yay aylarında xüsusilə hovuzda dərinə dalmaması və başını suya salmaması tövsiyə edilir.
Fuad Nəzərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Balıqçıların əşyaları hərraca çıxarılır
Maşın həvəskarı olan qadınlar üçün...
Girovlarımızı burda tuturlar
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Bu gün Azərbaycan kinosu günüdür
Anadangəlmə qüsurların ƏSAS SƏBƏBİ aşkar olunub
Məkkə gülü haqqında eşitmisinizmi?
Saçın tökülməsinə qarşı maska
Yaxın Şərqdə yeni müharibə başlayır
Təhsil Nazirliyi: “Belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur”
Trilioner oldu, sevinci çox çəkmədi
Messinin oyununu canlı izləmək istəyən azərbaycanlıların nəzərinə
Ziynet Sali JLo-dan danışdı tənqid olundu-FOTO
Düz qarın üçün qidalar
HAVA necə olacaq?- 10 fevral
Məşhur müğənni şənliyə onunla qatıldı-FOTO
"Yox, canım, ola bilməz..."
Amerikalı alimlər açıqladı: “Mükəmməl qadın üz cizgiləri bu formadadır”
Bunu bilmək maraqlıdır!
Xoşbəxtliyi tapan kişinin yazısı
Bakıda "Hamı kitab oxusun" fləşmobu keçirilib
Şəkərbura (foto-resept)
Bakıda yağışı yığacaqlar?
Mətbəx üçün rəngarəng fikirlər
Azərbaycanda Facebook-a maraq azalıb
"Qalatasaray" azarkeşlərinə bəd xəbər
Salat Ağcaqayın ağacı (foto resept)
Nişan konfetləri
Məşhurlardan dəriyə qulluq maskaları
Söz birləşməsi-1
Ramazan orucunun qəzasını nə zaman tutmaq lazımdır?
Taylandın ağ məbədi
Məşhur prodüser 6-cı dəfə evləndi-FOTO
Meyvələrdən ilham alan sənətkar
Bakıda nəhs günün ilk əlaməti göründü
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan k
Yaddaşınız zəifdir? Çarə var
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Azərbaycan Dünya çempionatında daha iki medal qazandı
Koronavirus insanı belə öldürür: ABŞ alimlərinin əldə etdiyi - Şok video
"Xəbərlər"in aparıcısı efirdə şəhidlər üçün ağladı
Bu ölkə Avropa Birliyindən imtina edir
Leyla Əliyevadan təbrik mesajı: “Sən mənim həyatımda ən yaxşı və ən vacib insansan!” - FOTO
Günün qoroskopu: Aktiv olun!
Azərbaycanlı müğənninin toyu: gəlinə 2 milyon avroluq tac
Tələbələrə uçan aparatlar veriləcək
Fransız rejissor islamı qəbul etdi
BDU-dan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA
10 ilini bu layihəyə sərf etdi
- ŞƏRHLƏR