Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, həmin mətnlərin bəziləri dərsliklərdən çıxarılıb.
"Bəzi mətnlər hazırda istifadədə olan dərsliklərdə yoxdur. Məsələn: "Söz yarası", ana ilə uşağın dialoqu və s. X sinif "Azərbaycan dili" dərsliyində İsmayıl Şıxlıdan gətirilən nümunə tədris planında nəzərdə tutulan ümumişlək olmayan sözlər mövzusu ilə bağlı dərsliyə salınıb", - deyə nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib.
2-ci sinif dərsliyindən "Söz yarası"
Həmçinin qeyd edilib ki, ümumtəhsil məktəbləri üçün dərslikləri mövcud qanunvericiliyə uyğun olaraq tender (müsabiqə) yolu ilə nəşriyyatlar hazırlayır. Müəllifləri alim, metodist və müəllimlər içərisindən nəşriyyat özü seçir.
Hazırlanmış dərsliklərin maketləri Təhsil Nazirliyində yaradılmış tender komissiyasına təqdim olunur. Orada müəlliflərin adları göstərilmir. Maketlər şifrələnir və Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ), müvafiq ali təhsil müəssisələri və TQDK tərəfindən qiymətləndirilir. Keçid balını toplamış maketlər müstəqil qurum olan DQŞ-nin qərarı ilə qəbul olunur. Nazirlik yekun qiymətləndirmə əsasında dərsliyin maketlərini təsdiqləyir.Pedaqoji elmlər doktoru, professor, təhsil üzrə ekspert Əjdər Ağayev "Azərbacan dili" dərsliyində, xüsusilə yuxarı sinif dərsliklərində həm normal, həm də jarqon danışıq dili öyrədilməsi üçün bu cür tapşırıqların verildiyini deyib.
"Həmin dərsliklərdəki tapşırıqda şagirdlər kobud - jarqon və normal sözləri tapmalıdırlar. Bundan sonra müəllim izahat aparmalıdır və ədəbi dilin normaları haqqında məlumat verməlidir. Amma dərsliklərimizdə bu məsələ kobud şəkildə qoyulub. Çox sərt jarqon və söyüşlər işlədilib", - deyən ekspert həmin sözlərin istifadə edilməsini yolverilməz hesab edib. 8-ci sinif dərsliyində İsmayıl Şıxlının əsərindən mətn
"10-cu sinif "Azərbaycan dili" dərsliyində kobud sözlərin ən sərt olanları göstərilib. Halbuki dərsliklərdə kobud sözlər də seçilərkən onların daha adi, daha az sərt olanları verilməlidir. Çünki elə uşaqlar var ki, heç orada istifadə edilən sözləri eşitməyib. Bir sözlə, tapşırıq veriləndə elə əsər seçilməlidir ki, orada münasib kobud sözlər istifadə edilsin", - deyə Əjdər Ağayev fikrini izah edib.
Lakin belə hallarda təkcə müəllifi qınamaq düzgün deyil. Burada məsuliyyət həm də redaktorların üzərinə düşür. Çünki yazılan dərslikləri müvafiq qurumlar qiymətləndirir, onun nəşrinə və məktəblərdə istifadə edilməsinə icazə verir.
"Burada redaktorların da günahı çoxdur. Onlar kitabı diqqətlə oxumalıdırlar. Hətta bəzən elə olub ki, redaktorun kitabda adı yazılıb, yalnız kitab nəşr ediləndən sonra onun bu haqda xəbəri olub. Digər tərəfdən isə dərsliklər ortada qalıb. Nəşriyyatlar tenderdə udur, müəllif tapır və onu nəşr edir. Bu zaman tapılan müəlliflər içərisində savadlıları olduğu kimi, bu məsələlərdən xəbərsiz olanlar da var", - deyən ekspert bu problemin həlli yollarından da danışıb.Əjdər Ağayevin sözlərinə görə, dili bilmək kifayət deyil, onun metodikasını, uşaqlara təqdim etmə yollarını – pedaqogikanı bilmək lazımdır. "Odur ki, dərsliyin müəllifi dilçidirsə, ondan savayı bir metodist, bir psixoloq və bir pedaqoq da olmalıdır".
Pedaqoq həmçinin qeyd edib ki, dərsliklərə qiymət verən DQŞ bu işə peşəkarlıqla və məsuliyyətlə yanaşmalıdır. Eyni zamanda Təhsil Nazirliyi dərslik yazmaq üçün səlahiyyəti öz əlinə almalıdır.8-ci sinif "Azərbaycan dili" dərsliyindən
Şagirdlərin və valideynlərin düşdüyü bu vəziyyətdən çıxış yolu dərsliklərin yazılma texnologiyasının dəyişdirilməsidir. Dərsliklərin müsabiqə yolu ilə hazırlanmsı daha məqsədə uyğundur. Müsabiqədə müəllim, valideyn, mütəxəssis rəyləri olmalı, DQŞ isə dərs vəsaitini obyektiv və məsuliyyətlə qiymətləndirməlidir. Sonda həmin dərslik sınaq üçün buraxılmalı və bir ildən sonra ehtiyac olarsa, təkmilləşdirilməlidir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Məktəbə kağız dərsliklər əvəzinə elektron dərsliklər aparmaq olarmı? - AÇIQLAMA
Serenay Sarıkaya "Çukur"a gəlir
Cəfərinin faydaları
Yer kürəsinin əkizi tapıldı
Dünyanın ən kiçik ölkələri
Şagirdlərin tətil müddətləri qısaldılacaq
Günün ulduz falı - 29.12.2013
Gökçə Bahadır 2 milyona ev aldı-FOTO
Parfüm: saxta məhsulu necə tanımalı
Bulqurun inanılmaz faydaları
Selülitdən yaxa qurtarmanın yolları.
Uşağı "pis yetişdirməyin" yolları (II)
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Bunları söyləyərkən rahat olun (1-ci hissə)
Künbəz tort (foto-resept)
Kənan Doğulu Beren Saata mahnı həsr etdi
2013 MTV Film mükafatları mərasimi
Bergüzarı "Şabaniye"yə bənzətdilər-FOTO
Şəhvət və eşq xəstəliyi (1-ci hissə)
Xoşbəxt olmaq üçün Vanqadan 20 tövsiyə
İnsan beynində qeyri-adi zona kəşf edildi-FOTO
Faydalı daşlar - Oniks (damarlı əqiq)
Kremli kek (foto resept)
Kraliça Meqan və Harrini Təcili olaraq Britaniyaya Çağırdı-SƏBƏB
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
1,1 milyon insan qarət olundu
Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü
"Çelsi" "Real Madrid"in forvardını almaq istəyir
Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
2019-cu ilin TƏTİL GÜNLƏRİ
Pulu qənaətlə necə xərcləməli?
Anar Məmmədxanovun vəfatından 5 il ötür
Armudlu piroq(foto resept)
İbtidai sinif müəllimləri üçün imtahanlar başlayır
Qurban bayramında neçə gün iş olmayacaq?
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Eşli bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dişimizdəki bakteriyalar
Musiqidən alınan keyfin sirri açıldı
Əmziyin xeyri və ziyanı
Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."
HAVA necə olacaq?
2019 gəlin makiyajı trendləri
2012-ci ilin bilərzikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məşhur aktrisa 21 il sonra məzunu oldu
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
İtalyan deserti (foto resept)
Hər kəsin təhlükəsizliyi təmin olunur
- ŞƏRHLƏR