Yumurtalıq kistaları böyüdükcə içlərində olan maye də artır və kistin gərginliyi getdikcə artaraq sonunda kista çəpərində yırtılma və ya partlayış – adlanan vəziyyət yarana bilər.
Əlamətləri
Yumurtalıq kistasının partlaması çox vaxt mühüm problemlərə yol açmaz. Bəzən kiçik bir kista yırtılır və xəstə bunu heç hiss etməyə bilər və normal həyatına davam edə bilər. Bəzən də yırtılan kista zonasında qanaxma yarana bilər. Bu qanaxma bəzən bir müddət sonra öz-özünə dayana bilər və bir problemə yol açmır amma bəzən bu qanaxma dayanmır və qarın içərisinə çox miqdarda qanaxma ola bilər və xəstədə ağrı, özündən getmə, gözlərin qaralması, şok kimi həyatı təhlükə altında atacaq dərəcəyə qədər vəziyyət irəliləyə bilər, təcili əməliyyat lazım gələ bilər. Bu səbəblə xüsusilə yumurtalıq kistasının olduğunu bilən bir xəstə ağrı, gözlərin qaralması, huşunu itirmə hissi, başgicəllənməsi kimi şikayətləri başlayar başlamaz təcili olaraq həkimə müraciət etməlidir; Kista partlamış ola bilər və ya burxulmuş (torsiya) ola bilər.
Yumurtalıq kistaları bəzən öz-özünə partlaya bilərkən bəzən cinsi əlaqə əsnasında və ya başqa gündəlik fəaliyyətlər əsnasında partlaya bilirlər və xəstə şiddətli qasıq və ya qarın ağrısı hiss edir. Ağrıdan başqa, xəstənin ürək bulanması, qusma kimi şikayətləri də ola bilər. Kista qarın içərisinə artıq qanaxma edərsə halsızlılq, baş dönməsi, göz qaraltısı,özündən getmə kimi şikayətlər də əlavə oluna bilər. Bəzən kista partlamasına baxmayaraq qarın içərisinə qanaxma olmur, sadəcə, kista içərisindəki maye axır və ya qanaxma olsa da qısa müddətdə öz-özünə dayanır və xəstə ağrı və ya başqa bir şey hiss etməz.
Diaqnoz
Yumurtalıq kistasının partlamasında diaqnoz müayinə və ultrasəsə əsasən asanlıqla qoyulur. Ultrasəslə partlamış olan kista və ətrafına axan maye və ya qan asanlıqla görülə bilər. Həddindən artıq qanaxma olan hallarda xəstənin təzyiqi və qan dəyərləri aşağı olaraq ölçülür. Qarın ağrısı yarada biləcək xəstəliklərlə ayırıcı diaqnozun keçirilməsi əhəmiyyətlidir.
Müalicəsi
Müalicədə bəzən sadəcə gedişatı izləmək və xəstəyə dəstək müalicəsi kifayətdir. Kistaya bağlı ağrı və ya qanaxma öz-özünə qısa müddətdə keçəcək və xəstə normal halına qayıdacaqdır. Lakin bəzi hallarda kistanın partlaması qarın içərisinə həddindən artıq qan sızmağa səbəb olur və qanaxma dayanmır və ya xəstəni şoka salacaq qədər pis vəziyyətə gəlib çıxarsa bu halda dəstək müalicəsi və açılan qanaxmanı dayandırmaq üçün əməliyyata ehtiyac ola bilər. Əməliyyatda kistanın qanayan bölgəsindəki qanın dayandırılması əsasən mümkündür. Bəzən kista olan yumurtalığın tamamilə xaric edilməsi lazım gələ bilər. Əməliyyat laparoskopik və ya açıq əməliyyat şəklində tətbiq olunur.
Fuad Nəzərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ağız qoxusunun qarşısını alan üsullar
Koronavirus bu tarixə qədər davam edəcək
Pankreatitin kəskinləşməsi
Kanadada 17 il sonra məktub tapıldı-FOTO
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Düzgün makiyaj üçün 20 qızıl qayda
Aleksandr Borodin
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
13 milyon adam ölə bilər
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Qeyri-adi heyvanlar haqda faktlar
Pazllar ("İtmiş balıq Nemo")
İsrail yenə raket zərbələri endirdi
Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili
Qadın.Net-lilərin ən dəyərli əşyaları(2)
"Bakı 2015"in rekord vuran idmançısı
BÜRCLƏR bizə nə vəd edir?-15 yanvar
Yeni "Kalaşnikov"lar gəlir
Ana südünü nə artırar?
Birləşən banklarda əmanətlərin taleyi necə olacaq?
Balqabaqlar əsər oldu
Disney qəhrəmanlarının həzin sonu
Dollarda növbəti bahalaşma
“Eşkiya dünyaya hükümdar olmaz”da yeni sima
Hava haqqında
Bal ilə gələn gözəllik
Gigi və Bella Hadidin başına Gözlənilməz İş Gəldi-FOTO
Kartof salatı
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Dəri geyimlər
ABŞ-dan Qarabağ çağırışı
Apple App Store yeni rekord vurdu
2011-ci ilin yeni gəlinlik modelləri
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
5 günə şəkəri həyatınızdan çıxarın
"Vur, komandir, vur!"
"İnqilabi" prosessor nüvəsi yaradılır
Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu
Zamanın dayanmadan axdığına şahid olun
Pəhriz zamanı bu qidalardan uzaq durun
Dərdlərə dərman olan badımcan sapı
Günün ulduz falı - 14.09.2013
Sehirli uşaq kostyumları
Məktəblilər üçün düzgün qida menyusu
Məşhur model kökəldi-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
IV sinif dərsliklərinin taleyi nə olacaq?
- ŞƏRHLƏR