Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9673 AZN
23:01Sima aa dogurdane meqan deyisiy saldim)))))
39305

Hamiləlik zəhərlənməsi

 

Hamiləlik zəhərlənməsi

 

Hamiləlik müddətinin son 3 ayında ortaya çıxan hamiləlik zəhərlənməsi; Uşaq düşməsinə, erkən doğuma və ən əsası ana və körpə ölümlərinə səbəb ola bilər.

Preeklampsi (Hamiləlik Zəhərlənməsi); Hamiləliyin 20-ci həftəsindən sonra təzyiqin 140/90 mmHg üzərində seyr etməsi və sidikdə zülal çıxması ilə özünü göstərir.Bu vəziyyətə tez-tez şişlik də müşayiət edir. Əmələ gəlmə mexanizmi üçün damar yatağı pozğunluğu demək olar. Əsas problem; Ana bətni yatağını döşəyən incə qıvrım arterlərin həddindən artıq daralması ilə plesantanın uşağı qidaladıra bilməməsidir. Hamiləlik təqibində təzyiqi normal seyr edən ananın 20-ci hamiləlik həftəsindən sonra təzyiqi yüksəlir, buna şiş və sidikdə zülal itkisi müşayiət edərsə 
preeklampsi
 deyilir. Bu vəziyyətə konvulziya dediyimiz sara növbələri də əlavə olunarsaeklampsi deyilir.

Preeklampsinin tez-tez görüldüyü hallar

-İlk hamiləlik

-18 yaş altı, 35 yaş üstü ana namizədləri

-Əkiz hamiləlik

-Əvvəlki hamiləliyində hipertəzyiqi olan analar

-Hamiləlikdə hamiləlik şəkəri, gizli şəkəri olan ana namizədləri

-Xroniki böyrək xəstəsi olan analar

-Otoimmun xəstəliyi (Lupus kimi) olanlar

-Hidrops fetalis deyilən uşaqda su toplanması olan hamiləliklər

-Dörd və daha çox doğum edən analar

-Obez ana namizədləri

Hamiləlikdə kökəlmənin ardından şiş və hipertəzyiq inkişaf edir. Orqanizmdə həddindən artıq su toplanması baş verir. Damar yatağının pozulmasında görə damar içindəki maye damar xaricinə çıxır. Preeklampsidəki şiş hamiləliyin son aylarında əl və ayaqlarda yaranan şişlik ilə qarışdırılmamalıdır. Preeklampsidə diz ilə ayaq topuğu arasındakı ərazini barmaq ilə sıxdığınız zaman iz qalan şiş olur. Adi hamiləlik təqilərində təzyiq və çəki əhəmiyyətlidir.

Preeklampsinin Əlamətləri

Sidikdə zülal tələfatının artması, təzyiqin 160/100 mmHg olması, gündəlik sidik çıxışının azalması, görmə pozğunluğu, şiddətli mədə ağrısı, qanda trombosit sayının azalması ağır preeklampsi inkişaf etdiyinin əlamətləridir. Bu vəziyyətə konvulziyaların (sara növbələrinin) əlavə olunmasına eklampsi deyilir.

-Yüksək təzyiq

-Sidikdə zülal itkisi

-Şiş

 

Hamiləlik zəhərlənməsi

 

 

Artıq beyin şişi inkişaf etmiş və bu növbələr başlamışdır. Hamiləlikdə beyin qanaması, ürək çatışmazlığı, laxtalanma, ağciyər şişi, böyrək çatışmazlığı inkişaf edir. Uşaqda inkişaf geriliyi başlayır, erkən doğuş hətta ana bətnində körpənin ölümü olur.

Yüngül preeklampsidə ana və körpə çox yaxın təqibə alınır, qan dəyərləri təqib edilərkən təzyiq aşağı salınmağa başlanır. Uşağın xarici mühitdə yaşaya biləcəyi qənaətinə gəldikdə və əlamətlər ağırlaşanda doğuş gecikdirmədən edilir. Çünki bu xəstəliyin yeganə müalicəsi doğum yəni uşağın ana bətnindən uzaqlaşdırılmasıdır. Ağır preeklampsi və eklampsi inkişaf etməməsi üçün anaya maqnezium müalicəsi aparılır. Doğuşdan sonra da ananın reanimasiyada ciddi təqibi davam edir. Yüngül preeklampsi müalicəsi mümkün bir vəziyyət ikən ağır preeklampsi və eklampsi ana və uşağın həyatına bais olan ciddi bir sağlamlıq problemidir.

Beləliklə bütün hamiləliklərin %6-da görülən və bütün orqanlara təsir edən bu xəstəliyin xəbərçisi olan əlamətlər:

-Ani çəki artımı

-Hamilə qadının üzüyünün dar olması

-Üzdə şişlik

Halsızlıq, şüur bulanıqlığı

-Unutqanlıq

-Körpə hərəkətlərinin azalması

-Qarın ağrısı

-Ani görmə pozğunluğu

-Qaraciyər ətrafında ağrı

-Mədə bulantısı, qusma

-Az sidiyə çıxma

Trombositlərə Ziyan Dəyir

Kiçik damarlar dediyimiz kapilyar damarlardakı müqavimət artımı, kapilyar damardakı xəsarətə görə utero plasental təbəqədə 
(körpə ilə ana arasındakı qan qida mübadiləsinin aparıldığı yer) çatışmazlıq inkişaf edir və körpə üçün ciddi təhlükə yaradır.

Körpəyə az qan, az oksigen gedir, körpəni sıxıntıya salır. Utero plesantal təbəqədə təzyiq artır, plesanta tez ayrılır və körpə ana bətnində itirilir. Kapilyar damar pozğunluğunda trombositlərə ziyan dəyir, qanda trombosit sayı azalır. Bunun nəticəsində bədənin laxtalanma faktorları tükənir DIC (Dissemine İntravaskulyar Koaqulyasiya) inkişaf edir və ölümlə nəticələnir.

Fuad Nəzərov

Səslərin sayı: 1
5
1555
loading...
Şərhlər
Offline
gunay
Lazimli xeberdir . Tesekkurler
9 yanvar 2016 21:14
Offline
Gultekin
Indi neler cixir ki
19 dekabr 2015 17:34
Offline
Fatma xanım
Bu xəstəliklər indi çıxıb bizim vaxtımızda yox idi yada mən eşitməmişdim
17 dekabr 2015 19:10
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Hamilə qadınların ürəyi bəzən elə şeylər istəyir ki, məsələn qışda qarpız kimi, çiyələk və ya alça kimi. Əlbəttə mövsümü olmadığı üçün bu tərəvəz və meyvələrin xeyrindən çox ziyanı olur.
14 dekabr 2015 16:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Emma Svon
Elə hamilə var ki, ürəyi çəkəni yeyir. Kimi duz, kimi turşu, kimi də ən qəribə şeylər yeyir.
13 dekabr 2015 13:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış