Möhkəmlətmə etapı (3-cü mərhələ) Bu mərhələni oxuyursunuzsa deməli siz artıq arzuladığınız kiloya çatmısınız. Təbriklər! Bu mərhələ ən əhəmiyyətli mərhələdi. Burda qaydalara düzgün riayyət etsəniz itirdiyiniz kilolari geri almayacaqsınız. Bəs bu etap neçə gün və necə tutulmalıdır?
Hər itirdiyiniz kilo üçün 10 gün pəhriz etməlisiniz. Yəni əgər siz 10 kq arıqlamısınızsa deməli bu mərhələ sizin üçün 100 gün olacaq (10×10=100). Gücləndirmə mərhələsi özü iki mərhələyə bölünür. Yəni çəkinizə görə tutatcağınız 3-cü mərhələni tən 2 yerə bölürük. Məsələn: 100÷2=50 Deməli hər mərhələyə 50 gün düşür. Möhkəmlətmə mərhələsində biz 1 və 2- ci mərhələdə yediyimiz bütün ərzaqları yeyə bilərik:
вњ” yağsız mal əti, toyuq əti
вњ” dəniz məhsulları, bütün balıqlar
вњ” yumurta
вњ” yağsız süd məhsulları (süd, qatıq, ayran, kəsmik və s.)
вњ” 1.5 və ya 2 litr su
вњ” 2.5 x.q yulaf kəpəyi
вњ” tərəvəzlər
вњ” 3 MQ (tolere qida)
Bu etapdan etibarən artıq meyvə yeyilə bilər (banan, üzüm, əncir və gilasdan başqa). Bəs bunu necə bilək? 1 orta alma, 1 orta şaftalı, 2 balaca naringi, 1 orta potağal, 1 orta armud, 1 nar, 100 qr heyva, 150 qr yemiş, 200 qr qarpız, 3-4 qaysı, 80 qr vişnə (14-15 dənə), 1 greyfrut, 2-3qırmızı alça, 10 göy alça, 100 qr çiyələk (11-12 dənə). Yazdığım bu meyvələrdən yalnız birini yazılmış miqdarda yemək olarвќ—
Bunlardan əlavə biz menyumuza möhkəmlətmənin ilk yarımında 1 gün nişastalı qidalar əlavə edə bilərik. Nişastalı qidaların bişmiş halda miqdarı aşağıdakı kimi olmalıdır!
Mərci, noxud, ağ lobya- 210 qr
Buğda toxumu-180 qr
Makaron-180 qr
Ağ makaron (az bişmiş) -170 qr
Düyü -160 qr
Ag düyü-125 qr
Qarğıdalı-130 qr
Kartof (sobada, qaynadılmış)-120 qr(1-2 ədəd) (kartof mütləq qabıqla bişirilməlidi)
Kartof püre-100 qr
Nişastalı qidalar yazılan miqdarda (bişmiş haldakı miqdar) və yağsız yeyilməlidir.
Bu etapdan etibarən həftənin 6 günü: Buğda unundan çörək- 2 dilim ( hərəsi 34 qr) ya da onun yerinə 2 x.q tam buğda unu
Yaglı bərk pendir- 40 qr
Əgər pendirin yağlılığı 30% olarsa 50 qr, 20% olarsa 55qr, 10 % olarsa 60 qr yemək olar.
P.S. pendir yerinə qovrulmamış 40 qr fındıq,(20 dənə) ya badam (20 dənə), semiçka, balqabaq tumu, qoz (8-10 dənə). Amma mütləq 40 qr olmalıdır, çox olmaz.
Quzu budu. Möhkəmlətmədən etibarən həftədə 2 dəfə quzu budundan yeməyə icazə verilir. Amma vacib deyil.
Bu etapdan etibarən 2.5 x.q yulaf kəpəyi yeyilməlidir.
Bayram yeməyi. Həftədə 1 dəfə (5-ci gün) artıq adi yeməklərdən (pəhriz olmayan) özünüzə bayram sufrəsi qura bilərsiniz. Bura 1 salat ya sup, 1 pors yemək və 1 pors dessert və ya 1 stəkan içki aiddir. Amma yalnız 1 pors yeyilməlidir. İkinci dəfə özünüzə yemək çəkməyin.))
Hər həftənin 4-cü günü təmiz zülal (protein) günü etməlisiniz, bunu başqa günə dəyişmək məsləhət görülmür.
Möhkəmlətmədə təmiz zülal günündə MQ -dən(tolere, ДОП) istifade olunmur. Yəni o gün yalnız zülalla qidalanmalıyıq (ət və süd məhsulları və yumurta).
Hər gün 2 litr su mütləqdir.
Hər gün 25 dəqiqə gəzinti vacibdir.
Qeyd: Möhkəmlətmənin 1-ci yarısında həftədə 1 nişastalı gün və 1 bayram günü verilir. 2-ci yarısında isə həftədə 2 nişastalı gün və 2 bayram günü olur. 2-ci yarıda meyvə də gün ərzində 2 pors olur.
Möhkəmlətmədə həftənin günləri:
1-ci gün
Zülal, tərəvəz, 40 qr istənilən pendir, 2 dilim tam buğda çörəyi və ya 2 x.q tam buğda unundan nəsə, 1 pors meyvə, nişastalı yemek.
2-ci gün
Zülal, tərəvəz, 40 qr istənilən pendir, 1 pors meyvə, 2 dilim buğda çörəyi, yağsız quzu əti.
3-cü gün
Zülal, tərəvəz, 40 qr istənilən pendir, 1 pors meyvə , 2 dilim buğda çörəyi.
4-cü gün
Təmiz zülal (ət, süd məhsulları, yumurta).
5-ci gün
Zülal, tərəvəz, 40 qr istənilən pendir, 2 dilim tam buğda çörəyi, 1 pors meyvə və bayram yeməyi(evdə bişirdiyiniz istənilən yemək).
6-cı gün
Zülal, tərəvəz, 40 qr istənilən pendir, 2 dilim buğda çörəyi, 1 pors meyvə.
7-ci gün
Zülal, tərəvəz, 40 qr istenilen pendir, 2 dilim buğda çörəyi, 1 pors meyvə, yagsız quzu əti.
P.S. Möhkəmlətmədə də hər gün yulaf kəpəyindən hazırlanmış çörək və ya başqa yeməklər yeyilməlidir. Ümumiyyətlə Ömrümüzün sonuna kimi yulaf kəpəyindən istifadə etməliyik. Bunun bizə heç bir ziyanı yoxdur.
XƏBƏR LENTİ
Tony Bowls 2010 - kokteyl kolleksiyası(Ihissə)
MövlР°nР° CəlР°ləddin Rumi
Amerikalılar donur
Təqaüdlərin məbləği açıqlandı
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...
Mayda 3 gün ardıcıl iş olmayacaq
Məşhur modellərin qidalanma vərdişləri
Eyni yaşda fərqli görünən məşhurlar
Qar yağacaq!
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Qızlar üçün: "Onu evlənməyə necə razı salaq?"
Tuba Büyüküstünün gəlinciyi hazırlandı - FOTO
Türkiyədə plazma ilə müalicə olunan ilk xəstə koronavirusa qalib gəldi
Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
Bakının mərkəzi meydanı konsertə hazırlanır
2050-ci ilə qədər Yer kürəsində yaşayanların yarısı eynək taxacaq
Çavuşoğlundan Tovuzda erməni təxribatına reaksiya: “Ermənistan ağlını başına toplasın!”
Qeyri-adi klaç çantalar
Çipsi: biz onu niyə sevirik?
Dünyanın ən gözəl şəlalələri
Natamamlıq effekti
Makiyajla cavanlaşma
Diş ağrısına təbii üsulla sakitləşdirici
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Yaşlı insanlar koronavirusa necə qalib gəlir? - ARAŞDIRMA
Dəri tipləri və onların problemləri
Bütün proqnozları doğru çıxan professordan İDDİA: ABŞ-ın yeni prezidenti O OLACAQ
Dalğalı rəsmlər
İlham Əliyev Almaniyada
Bəhram Bağırzadənin hazırki vəziyyəti necədir?
İnternet insanın belini əyir
Azərbaycanda süni mayalanma halları artıb
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
Yanvarın hava proqnozu açıqlandı
Skype-da heyrətamiz funksiya yaradıldı
Milton Erikson öz uşaqlarını necə tərbiyə edirdi?
Günün qoroskopu:Uğurlu gündür!
Türkiyə mətbəxindən "Yüksük" şorbası (foto resept)
Rusiya yenidən saatı çəkir
Saç tökülməsini azaltmağın 4 yolu
Ramazanın 9-cu gününün duası
Pianoya qulluq
Arıqlıq, ya köklük, hansı daha təhlükəlidir?
Şuşaya yeni polis rəisi təyin edilib
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir
Qəzzada atəşkəs pozuldu
Azərbaycanda 33 dərəcə isti olacaq
Binəli Yıldırım koronavirusdan sağaldı
- ŞƏRHLƏR