Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
10:25Sima kate ana olacagmiss,saray qarisacag)) 10:17Sima heyooo qizlar necsiz salam herbirinize 10:04PERI sizinde sabahiz xeyir necesiz 09:37Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər! 09:37Xəyalə Murad Yeni gün hər birinizə uğur gətirsin!
39303

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)

Keçən xəbərimdə sizlərə Dukan pəhrizinin ilk mərhələsini- Hücum (atak) mərhələsini təqdim etmişdim. Bu dəfə 2-ci mərhələ olan Növbələmə mərhələsi haqqda ətraflı yazmaq istəyirəm.

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)

Növbələmə: zülal və zülal tərəvəz günlərinin növbələnməsidir. Bu mərhələ istədiyimiz çəkiyə düşənə qədər davam edir. Çəkidən asılı olaraq təxminən həftədə 1 kq itirmək olur (təbii ki, getdikcə azalır) 

* Tərəziyə həftədə 1 dəfə çıxın!!! Hər gün tərəziyə çıxıb həvəsdən düşə bilərsiniz. Yaddan çıxarmayın piylərin ölçüsü çox böyükdü, amma çəkisi çox yüngüldür. Onlar əridikcə hər tərəfdən ölçülərimiz kiçilir, amma tərəzi bunu göstərməyə bilər. 

* Mensturasiyadan qabaq və mensturasiya bitənə qədər bədənimiz suyu buraxmır buna görə də tərəzidə 2-3 kq artıq görə bilərsiniz. Qorxmayın, bitəndən sonra düşəcək!

* Hər dəfə çəki dəyananda TP (temiz zülal günü) etmək olmaz. Çünki bədən həm buna öyrəşir və sonra reaksiya vermir, həm də böyrəklərə ziyandır.  

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)

Hücum mərhələsindən fərqli olaraq bura artıq bir gündən bir tərəvəzlər də əlavə olunur. Növbələməni həm 1/1  həm 5/5 etmək olar. Yəni bir gün zülal (hücum mərhələsindəki kimi), bir gün zülal və tərəvəz (kələm, pomidor, xiyar, badımcan , bibər, göyərtilər və s...) və ya 5/5. Yəni 5 gün hücum mərhələsindəki kimi, 5 gün də zülal və yanında tərəvəz. Lakin 1/1 etmək daha məsləhətlidir. Çünki 5/5 bezdirici olur və insanda ətə qarşı xoşagəlməz hal yaradır. Deməli bir gün TP-yəni təmiz zülal (turklər SP, ruslar ЧБ deyirlər.), bir gün isə PT yəni zülal ve tərəvəz (türklər PS, ruslar БО deyirlər) edirik.

 TP günlərində nə yeyirik? Burda yalnız təmiz protein (zülal) nə qədər  istəsəniz, saat neşədə istəsəniz yeyə bilərsiniz. Bəs zülal nədir?

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)

Yağsız mal əti (mal ciyəri) 

Dərisiz, qanadsız toyuq əti (dərisi ilə qaynadılır, amma dərisi yeyilmir), pətənək , toyuq ciyəri.

İstənilən balıq əti (duzlu balıqdan qaçın) 

Ördək və qaz ətindən başqa quşların əti (hinduşka, bildirçin, kəklik və s.)

Yaglılığı 4% ə qədər olan və tərkibində nişasta olmayan sossis və kolbasalar

Dovşan əti

Yumurta ( xolesterini yuksək olan insanlar həftədə 2 yumurta sarısı yeyə bilərlər) normal olanlar isə gündə 1-2 yumurta sarısı. Ağı isə hər gün istədiyiniz qədər yeyə bilərsiniz.

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)

PT -yəni zülal tərəvəz günləri isə yuxarıda sadalanan qidalardan əlavə rasionumuza tərəvəzlər (kartof və qarğıdalıdan başqa hamısı)  əlavə olunur. Tərəvəzləri biz çiy halda, közləmə, kabab, soyutma, sobada, tavada qızarmış şəkildə istifadə edə bilərik. Yəni evdə bişirdiyimiz yeməklərdən özümüzə də yağsız (yalnız 2 ç.q zeytun yağına icazə var) bişirə bilərik. Azərbaycan mətbəxinin ən gözəl təamlarını, dolmalarımızı, şorbalarımızı hətta yulaf kəpəyindən hazırlanmış qutab, düşbərə də bişirə bilərik (1 şərtlə ki,  günlük yulaf normamızı keçməyək) . Artıq bu mərhələdə biz tərəvəz supları, salatlar (ancaq dyumayonezlə) cürbəcür yeməklər edə bilərik. Əvvəl Pyer Dukan deyirdi ki, PT günlərində yediyimiz tərəvəz zülaldan az olmalıdı. Amma bu il Turkiyədə keçirilən görüşdə tərəvəzlərin bədən üçün böyük əhəmiyyət kəsb etdiyini vurgulayaraq, istədiyimiz qədər tərəvəz yeyə biləcəyimizi dedi. 

Unutmayaq, tərəvəz insan bədənində su saxladığı üçün səhəri gün tərəzidə artıq çəki görə bilərik. Ona görə də çalışın tərəvəzi günorta yeyin. Bütün tərəvəzlər (kartof və qarğıdalıdan başqa) çuğundur və kök bağırsaq üçün çox əhəmiyyətlidir. Amma tərkibində şəkər olduğuna görə çox istifadə etməyək. Tərəvəzlərdən daha çox çiy halda istifadə etməyə çalışın. Bu vitamin almaq üçün vacibdi. 

Pt (zülal və tərəvəz) günlərində 2 x.q  qoji giləmeyvəsi yemək olar.

Pt günlərində artıq çayla nə içək dərdi də azalır.Balqabaq mürəbbəsi, gül mürəbbəsi, potağal  qabığı mürəbbəsi bişirə bilərik. Bu etapdan başlayaraq hər gün 2 ç.q zeytun yağı işlətmək olar, ya da səhər onun əvəzinə 7 zeytun yemək olar.

Amma yarı ondan yarı bundan olmaz! DUKAN yaği salatlara tökməyimizi tövsiyyə edir, çalışdığımız qədər bişməmiş halda istifadə etməliyik.

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)

TP (temiz zülal-yəni yalnız ət tərəvəz olmaz) günündə siz 2-3 az duzlu xiyar, yeməklərə dad vermək üçün çox balaca soğan, 1 diş sarımsaq, ədviyyatlardan istifadə edə bilərsiniz. (Duz, istiot daxil olmaqla)

1 x.q şəkərsiz ve yağsız, yəni qatqısız tomat (alanda mutləq tərkibini oxuyun)

Kofe

1 x.q sirkə və ya limon suyu

Şəkərsiz xardal

Bəs növbələmə mərhələsində nə olmaz? 

Meyvə

4%-dən çox yağlılığı və tərkibində nişasta olan sossiska, kolbasa

Saxaroza,

Sorbit,

Fruktozalı konfetlər

Diabetlər üçün olan şirnilər

2%-dən çox yağlılığı olan kakao

Nişastalı qidalar (düyü, makaron, lobya, mərci və s.) quru meyvələr, həmçinin ləpə.

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)

Bu mərhələdə günlük Yulaf kəpəyi- 2 x.q istifadə etmək olar. 

Buğda kəpəyi- mərhələyə uyğun olaraq işlətdiyimiz yulaf kəpəyinin yarısı qədər 

Yağsız süd- 1 st (tərkibindəki laktoza görə 1 st məsləhət görülür)

Zeytun yağı -2 ç.q 

Pomidor və ya qatqısız tomat (məsələn: bizim tarla )TP günlərində -1x.q PT günlərində istədiyiniz qədər.

Yağsız quru süd: 3 x.q 

Xanımlar çalışdım ki, hər şeyi ətraflı yazım. lakin yenə də suallarınız yaranarsa buyurun. Bu pəhrizə uyğun yeməklərimizi də bişirilmə qaydasını bilmək istəsəniz çəkinmədən soruşa bilərsiniz.

 

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)

 

Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)


Xanimlar bu da "Qodji" gilemeyvesi

 

Səslərin sayı: 3
27
11927

loading...
Şərhlər
Offline
Aysel İ.
Deniz o qədər sualalrım var canim.Ən əsası atakı kecim yazım.belə olmaz .yadımda qalmır cox.

Buyur Xanım. Nə sualın var yaz, cavablayaq)
18 aprel 2016 21:04
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Deniz o qədər sualalrım var canim.Ən əsası atakı kecim yazım.belə olmaz .yadımda qalmır cox.
7 yanvar 2016 15:03
Offline
Aysel İ.
Deniz bes cay icmek olar,olarsada cayi neyle icmek icazelidir? Meslehetine gore cix sag ol,heqiqeten men de bundan evvel Dukan pehriziyle ariqlayan insanlar esitmisdim amma senin bu xebrinden sonra mende deyesen hevese dusmusen

Bu pəhrizlə arıqlayanlar çoxdu. çünki istədiyin hər şeyi yeyə bilirsən.Çay içmək olar əlbəttə ki, konfetlər var, şəkərəvəzedicilələ onlardan istifadə olunur.
Merhabalar Ben Ozlem Yesilkaya...
Salam)
Çox gözəl pəhrizdir. Həm ye həm də arıqla.
Aha həqiqtən gözəl pəhrizdir.
18 dekabr 2015 15:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Nermin_Guler
Çox gözəl pəhrizdir. Həm ye həm də arıqla.
25 noyabr 2015 10:45
Offline
Ozlem Yesilkaya
Merhabalar Ben Ozlem Yesilkaya........Bir zamanlar Benimde Kilo Verme Derdim Vardi..Nihayet uzun ugraslarimdan sonra dogru ve en etkili tek yontemi buldum.................Ve bu derde olan insanlarida baz alarak bu hakda blog hazirlamayi karara aldim ve kendi blogumu hazirladim....Kilo Verme sirrimi basdan sona hikayemi her detayi ile acikladim ....Tavsiye ediyorum..KENDIM BU ZORLU yollardan gecdiyim icin ne kadar zorlu oldugunu biliyorum israrla okumanizi tavsiye ediyorum...

Blog adresim ziyaret edip okuyub ve uygulaya bilirsiniz: Zayiflamak Isitiyorum

Umarim yardimci olurum...Zaten Ben yaptiysam Her kes yapa bilir...........

Saygilarimla

Ozlem Yesilkaya
24 noyabr 2015 00:54
Offline
Asadova Lala
Deniz bes cay icmek olar,olarsada cayi neyle icmek icazelidir? Meslehetine gore cix sag ol,heqiqeten men de bundan evvel Dukan pehriziyle ariqlayan insanlar esitmisdim amma senin bu xebrinden sonra mende deyesen hevese dusmusen
31 oktyabr 2015 10:35
Offline
Aysel İ.
Suyu çox içirəm zatən o problem deyil

give_ros
3 oktyabr 2015 17:16
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Suyu çox içirəm zatən o problem deyil
28 sentyabr 2015 13:44
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
İnşallah Fatma xanım. Sizə uğur və səbr arzu edirəm. Hər gün suyunuzu içməyi də unutmayın.
28 sentyabr 2015 13:33
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Bu gün tərəvəz qatacam sabah sırf zülal edəcəm
28 sentyabr 2015 12:46
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Dənizim bu etapda yeməklərə kök vurmaq olarmı
kitabda kök yazmır

Olar. Bir gün sırf zülal günü bir gün də Zülal+tərəvəz günü olur.
Tərəvəz günlərində kökdən istifadə edə bilərsiniz.
28 sentyabr 2015 12:43
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Dənizim bu etapda yeməklərə kök vurmaq olarmı
kitabda kök yazmır
28 sentyabr 2015 12:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
yaxsi pehrizdir.men saat 6dan sonra yemek yemirem ve yatmamisdan evvel 1saat fitnes hereketleri edirem.

6-dan sonra ağartı məhsulları ilə qidalansanız daha yaxşı olar. Süd-qatıq kimi.
24 sentyabr 2015 23:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Angers
yaxsi pehrizdir.men saat 6dan sonra yemek yemirem ve yatmamisdan evvel 1saat fitnes hereketleri edirem.
24 sentyabr 2015 20:33
Offline
Aysel İ.
Deniz xanim bu dietanin birinci merhelesinde terevez yemek olar? ya ancaq et mehsullari yemeliyik?

1-ci mərhələdəd yəni hücum mərhələsində tərəvəz olmaz. Ət və ağartı məhsulları olar.
oyyy ikinci merhelede ne qeder yemek var.men eslinde ideal cekideyem boyuma gore ama tezden kokelmekden qorxuram.ewitmiwem bu dieta piyleri tamam yox edir ona gore etmek isteyirem
Bəli piylləri əridir, dərini yığır.
24 sentyabr 2015 19:13
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
sparrow
Deniz xanim bu dietanin birinci merhelesinde terevez yemek olar? ya ancaq et mehsullari yemeliyik?

deniz xanim birinci merhelede terevez yemek olar ya ancaq et mehsulu yemeliyik?

oyyy ikinci merhelede ne qeder yemek var.men eslinde ideal cekideyem boyuma gore ama tezden kokelmekden qorxuram.ewitmiwem bu dieta piyleri tamam yox edir ona gore etmek isteyirem
24 sentyabr 2015 18:48
Offline
Aysel İ.
2IL ONCE 1 AY ETDIM. SONRA HAMILE QALDIM DEYE DAYANDIRDIM.. KAS DAYANDIRMAZDIM.. HAMILELIKDEN SONRA DEHST KOKELDIM 9 KQ. INDI BUGUNDEN BASLAMISAM. ATAK SURECINDEYEM, STIMUL OLDU BU XEBER MENE.. INSALLAH NETICENI BIR GUN DEYEREM

İnşallah sizə uğurlar, və səbr iradə arzu edirəm.
Oxuduqca həvəslənirəm bəlkə məndə başlayım, azuladığım çəkini əldə edim

Başla. Ancaq Mütləq Böyrəkdə heç bir problemi olmayan insan saxlamalıdır bu pəhrizi.
Sənin yazdığını oxuyub yenə həvəsə düşmüşəm görün nə olur

)) Allah köməyiniz olsun.


Bu mence Kitaylilarin gilemeyvesidir, tursasirin quru gilemeyvedir. Evde xoladilnikde olmalidir bu meyveden sekilini cekib yerlesdirerem Denizin xeberine, indi evde deyilem, axsamustu yerlesdirecem. Eslinde men en cox zirince oxsadiram o meyveni. men onu almisdim onun cayini demleyib icmisem evveller. Elede bahali deyil, 100 qr 250 rubla almisdim

Azərbaycana zakazla gətirilrə. Bəzi supermarketlərdə də var. az-az satılır artıq bizdə də.
23 sentyabr 2015 17:19
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
أحبك
Bu meyvə xarici meyvədir. Və bahalıdır. Düzü heç istifadə etməmişəm mən. Deyilənə görə turş zoğal tamı verən bir meyvədir

Bu mence Kitaylilarin gilemeyvesidir, tursasirin quru gilemeyvedir. Evde xoladilnikde olmalidir bu meyveden sekilini cekib yerlesdirerem Denizin xeberine, indi evde deyilem, axsamustu yerlesdirecem. Eslinde men en cox zirince oxsadiram o meyveni. men onu almisdim onun cayini demleyib icmisem evveller. Elede bahali deyil, 100 qr 250 rubla almisdim
23 sentyabr 2015 15:34
imza: فراق
Offline
Fatma xanım
Sənin yazdığını oxuyub yenə həvəsə düşmüşəm görün nə olur
22 sentyabr 2015 17:19
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
MAYA EL
Oxuduqca həvəslənirəm bəlkə məndə başlayım, azuladığım çəkini əldə edim
22 sentyabr 2015 17:17
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )