Bakıda hava 12°
USD 1.7022 AZN
EUR 1.8484 AZN
11:13.•Peri•. https://youtu.be/0ckhoVtRG9U
37103

Babasil

 

Babasil


Hemoroid yoğun bağırsağın son hissəsində yerləşən defekasiya aktı funksiyasına köməkçi bir quruluş olan, elastik toxuma və damar baxımından zəngin hemoroidal yastıqların müxtəlif səbəblərlə yumşalması, zəifləməsi və aşağıya doğru sallanmasıdır. Makat bölgəsində yaranan varis olaraq adlandırmaq olar.



Hemoroid xalq arasında babasil olaraq da bilinir.

İki cür ola bilər.

1.Daxili hemoroid: Makatın içəri hissəsində ət sallanmasıdır. Normalda görülmür, ancaq müayinə ilə müəyyən edilir.

2.Xarici hemoroid: Makatın xarici hissəsində ət sallanması şəklindədir. Bayırdan görmək və hiss etmək olur.

Əlamətləri

Qanaxma ən sıx görülən əlamətdir. Digər bir əlamət makatda ələ gələn şişdir. Bundan başqa, axıntı, qaşıntı, yanma ola bilər. İnsanların yarıdan çoxu ömürlərində ən azı bir dəfə bu əlamətlərdən əziyyət çəkirlər. Xüsusilə daxili hemoroidlər başlanğıcda əlamət verməyə bilər. Ancaq ət sallanması şəklində olan hemoroidin içindəki damarda qan laxtalaşarsa çox ağrılı, sərt bir şişlik şəklində ortaya çıxa bilər.

Hemoroid hansı sıxlıqda görülür?

Təxminən üç nəfərdən birində babasil problemi vardır. Qadın və kişilərdə bərabər səviyyədədir.15 yaşından əvvəl toxumalar sağlam olduğundan hemoroid çox görülməz.65 yaşına qədər babasil olmazsa adətən bu yaşdan sonra ortaya çıxmaz.

Hemeroid ən çox rastlanılan xəstəlikdir.Hemoroid xəstələri müalicəyə qərarverənə qədər lazımsız yerə uzun müddət əziyyət çəkirlər və keçən müddət müalicələrini çətinləşdirir.

 Hemoroid Əməliyyatı      

Dördüncü dərəcə hemoroidlərdə əməliyyatla müalicə lazımdır. Klassik hemoroid əməliyyatında anesteziya altında hemoroid toxuması kəsilib çıxarılaraq qalan yerə tikiş qoyurlar. Longo üsulunda isə xüsusi
 bir alətlə hemoroidlərin üst hissəsindəki bölgədən halqa şəklində toxuma çıxarılır. Beləliklə tikilmiş olan toxuma yuxarı çəkilmiş olur. Anesteziya altında aparılır və bir həftə içərisində normal həyata qayıdılır. Əməliyyat sonrası ağrı yox deyiləcək qədər azdır.

İnfrared Koaqulasyon lazer” üsulu isə infrared prinsipinə əsaslanır. Eyni məntiqlə, dondurma (kriyoterapi) prosesi də aparılır. Bir anoskop köməyi ilə makatın içi incələndikdən sonra infrared cihazı ilə babasil məməsi boynuna infrared cərəyanı verilir.

Hemoroid dərmanla müalicə edilə bilərmi?

Kremlər, şamlar, ağrı kəsici kremlər xəstəliyi müalicə etməkdən daha çox şikayətlərin olmaması, xəstəni sakitləşdirməyə, rahatlatmaq üçündür. Kortizon tərkibli kremlərin çox uzun müddət istifadə edilməsi təhlükəlidir.

 Fuad Nəzərov

Səslərin sayı: 0
0
486
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör