Nədir?
Xolesterin, bir lipid yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə LDL-nin yəni negativ xolesterinin qanda yığılmasıdır. Qanda ümumi xolesterin və negativ xolesterinin yüksək olması, HDL (yaxşı) xolesterinin az olması, insan üçün risk amilidir. Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələ gəlmə riskini artırır.
Xolesterinin çox olması (LDL) problemi günümüzün ən mühüm sağlamlıq problemlərindən biri kimi xarakterizə olunur və xüsusilə ürək damar xəstəlikləri üçün əhəmiyyətli bir risk faktoru olaraq göstərilir.
Lipid dediyimiz heyvani yağlar və xolesterin, hüceyrə zərlərinin çox mühüm (olmazsa olmaz), əsas elementləridir. Xolesterin, hər nə qədər qan yağları kimi qəbul edilsə də, yağ deyil! Xolesterin bir steroiddir. Steroidlər, kortizon deyə adlandırdığımız antienflamatuvar (iltihabla mübarizə aparan) maddələrdir. Xolesterin də orqanizmimizin ehtiyacına görə hər gün istehsal olunan (gündə 2.500 mgr ifraz olunur), olmazsa olmaz olan təbii bir maddədir. Bütün orqanların hüceyrələrinin, xüsusilə də beyin, sinir sistemi, gözlər və immunitet sistemində olan hüceyrələrin içində,toxumalarında xolesterin və Omega-3 olmasa,körpələrin beyin və sinir sisteminin inkişafına, sürətlə böyüməsinə və güclü, qüvvətli olmalarına imkan yoxdur. Qan yağlarımız və qan xolesterinimiz, düzgün qidalanmama və xolesterin dərmanları ilə azaltılmadan təbii səviyyəsində qaldığı müddətcə, (hər kəs üçün təbii səviyyə xüsusidir) hüceyrələr və beləliklə, immunitet sistemimiz güclü və qüvvətli qalacaqdır. Bunun nəticəsində də xəstələnmək, xüsusilə də xərçəng olmağın qarşısı alınacaq ya da hər növ xərçəng xəstəliyi ilə mübarizə daha güclü bir şəkildə davam edəcəkdir. Aparılan araşdırmalar,xoleste
rini az olan insanlarda bir çox xərçəng növünün, xüsusilə yoğun bağırsaq yəni kolon xərçənginin daha tez-tez görüldüyünü ortaya qoymuşdur.Xolesterini az olan insanlarda bütün digər səbəblərə bağlı tibb dilində “kütləvi ölüm halları”dediyimiz bütün ölüm hallarının yüksək olduğu göstərilmişdir.
Qan Xolesterini: Qan dövranında olur. Qandakı xolesterinin çoxunu orqanizmin özü istehsal edərkən geri qalan miqdarı da qidalarla təmin edilir.
Diyet xolesterini: Bitki mənşəli qidalar yağ tərkibli olsalar da tərkibində xolesterin yoxdur. Xolesterin yalnız heyvan mənşəli qidalarda vardır.
Yaxşı Xolesterin/ Pis Xolesterin nədir? Xolesterin, qanda həll olunması və daşınması üçün qaraciyərdə lipoproteinlərlə birləşir.
HDL xolesterin (yaxşı xolesterin): HDL, toxumalardakı xolesterini toplayaraq bayıra atılmasını təmin etdiyi üçün yaxşı xolesterin kimi adlandırılır. Yalnız bədəndə olur, qidaların tərkibində olmaz.
LDL xolesterin (pis xolesterin):Xolesterini toxumalara daşıyaraq arter və digər qan damarlarının divarlarında toplanmasına səbəb olduğu üçün LDL, pis xolesterin olaraq da adlandırılır. LDL yalnız bədəndə olur, qidaların tərkibində olmaz.
Qanda ümumi xolesterin və LDL xolesterinin çox olması, HDL xolesterinin az olması, insan üçün risk amilidir. Bu riskə malik xəstələrdə infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələ gəlmə riski daha çoxdur. Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında toplanır. Bu yığılma nəticəsində həmin damarda daralma, tutulma ortaya çıxır. Xolesterin hansı damarda yığılmışsa o damarla əlaqəli problemlər və xəstəliklər ortaya çıxır.
Yüksək xolesterin necə müalicə edilir?
Günümüzdə pis xolesterin kimi adlandırılan LDL xolesterin səviyyəsinin azaldılması üçün istifadəyə verilən çoxsaylı xolesterini aşağı salan dərmanların (statinlər), geniş istifadə edilməsi ilə birlikdə başqa bir mübahisə daha gündəmə gəlmiş vəziyyətdədir.Bütün oxucularımıza təklifim müalicələri ilə bağlı əvvəlcə həkimlərinin təkliflərinə qulaq asmalıdırlar.
Lipid dəyərlərinin aşağı salınmasının ən yaxşı yolu diyetdir(pəhriz). Həyatınızda etdiyiniz dəyişikliklərlə, qatı yağ istehlakının gündəlik kalori ehtiyacınızın %7-dən az və xolesterin istehlakının da gündə 200 mg-dan aşağı olmasını təmin etməyiniz lazımdır.Çəkini azlatmaq, məşq etmək və siqaret çəkməmək də əhəmiyyətlidir.
Lipidi aşağı salan dərmanlar ancaq pəhriz və idman yetərli olmadığı zaman qəbul edilməlidir. Əsas dərman qrupu, statinlər, fibratlar, nikotinik turşular və omega-3 yağ turşularıdır. Statinlər (məs. Simvastatin, xolesterin və LDL ifrazatını azaldır. Bunlar, təsirli olmaqla yanaşı orqanizm tərəfindən yaxşı qəbul edilir və yüksək xolesterin və LDL dəyərləri üçün seçim edilirlər. Əzələ ağrıları kimi yan təsirləri ola bilər. Fibratlar (məs. Fenofibrat, gemfibrozil, VLDL-lərin atılmasına yardımçı olur, ancaq, xolesterin üzərindəki təsiri aşağıdır. Nikotinik turşu, VLDL dəyərlərini azaltmağa və HDL dəyərini çoxaltmağa yardımçı olur. Yan təsirləri (qaşıntı, üz qızarması, qaraciyər problemləri) istifadəsini məhdudlaşdırır. Omega 3 yağ turşuları (reseptsiz balıq yağı möhkəmlətməsi), yüksək trigliserid, aşağı HDL və orta xolesterin dəyərlərinə malik xəstələrə yardımçı olur.
Xolesterin dərmanları nə vaxt istifadə edilməlidir və zərərləri
Pəhriz və idman kimi həyat tərzi dəyişikliklərinə baxmayaraq, xolesterin səviyyəsi müəyyən bir səviyyəyə gətiriləməyən xəstələrdə, dərmanla müalicə lazım ola bilər. Xolesterin dərman vasitələrinin yerində və düzgün istifadəsi çox əhəmiyyətlidir. Xolesterin artmasına qarşı müalicə mütləq yaşayış tərzində dəyişikliklə birlikdə olmalıdır. Siqaret çəkməmək, pəhriz və məşq ilə xolesterinin nə qədər aşağı salınması qiymətləndirilmədən xəstənin dərmanla müalicə edilməsi yaxşı bir həll yolu deyil. Təsirli olan hər bir dərmanın da eyni zamanda arzuolunmaz təsirləri ola bilər.
Fuad Nəzərov
XƏBƏR LENTİ
Şişləmə tort (foto resept)
Gözaltı qaraltıları üçün 5 üsul
Kraliça şahzadənin qərarından narazıdır
Pandemiya daha iki il davam edə bilər
"Qarabağ bir neçə günə geri alınacaq"
Qalmaqallı boşanma davası-FOTO
Xəzərdə zəlzələ oldu
Məşhur aktyor yaponiyalı qızla evləndi-FOTO
Sağlam olmağın alternativ yolları
İranda bu gündən dərslər başlayır
Tox tutan 8 qida (1)
Erməni Türkiyənin Parisdəki səfirinə hücum etdi
Qartopu şirniyyatı (foto-resept)
Maraqlı fikirlər
Sular çəkilincə məscid minarəsi ortaya çıxdı - FOTO
Türkiyənin yeni baş naziri kim olacaq?
HAVA necə olacaq?
Hər kəs bu uşaqdan danışır-FOTO
WhatsApp üçün yeni bir xüsusiyyət daha əlavə edildi
Səudiyyə Ərəbistanda son 40 ildə ilk kinoteatr açılır
Havanın isinməsi başlayır
Alişan: "Son 10 ilin ən möhtəşəm toyunu edəcəyik"
Tezliklə Bakıda "şeytan təkəri" işə düşəcək
Çedar pendirli makaron (foto resept)
Bu gün Günəş Yerə maksimum yaxınlaşacaq
Orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
Paltar şkafınızın necə olmasını istərdiniz?
Diş sağlamlığı üçün qidalar
Sadə kök salatı (foto resept)
Pakistanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 515 nəfərə çatıb
Ebola-nın sonu çatır
Fəxriyyə Xələfova "European Fashion Award 2016" mükafatına layiq görülüb - FOTO
Prezidentin ad günündə 29 fil, 2 öküz, 5 antilop, 1 şir kəsiləcək
Günün qoroskopu: borcları qaytarın
İyunun 17-nə manatın məzənnəsi
Həyatınızı paylaşmağa hazırsınızmı?
“Qarabağın məşhur müəllimləri” - Xan Şuşinski
Ermənistan cəmiyyətinin qorxusu növbəti dəfə pik həddə çatıb - VİDEO
Göbələkli makaron(foto-resept)
Qardaş Türkiyədən informasiya mübarizəsində Azərbaycana dəstək: Ermənistanın törətdiyi təxribatlar faktlarla
Qeyri-adi milyonçular
Çinin qəribə adətləri; ruhla evlənmək
Pınar Altuğ İMİCİNİ DƏYİŞDİ-FOTO
Tez hazır olan qəlyanaltı (foto resept)
“Facebook”un işində nasazlıqlar yaranıb
Maaşlarla bağlı gözlənilən qərar verildi
Bayram günlərində 9 gün EVDƏ OLACAДћIQ
Məşhur cütlük evləndi
Murat Boz izləyicilərini təəccübləndirdi-FOTO
Bürcə görə arıqlamaq mümkündür?
- ŞƏRHLƏR