Nədir?
Menopauzanın söz mənası ” Son aybaşı “ dır.
Bir qadına menopauzada olduğunun deyilə bilməsi üçün son adətin üzərindən 1 il keçməsi lazımdır.
Menopauza bir xəstəlik deyil. Qadın həyatının bir dövrüdür. Çünki menopauza qadın bədəninin bir dövrünün bitib yeni bir dövrünün başladığı xüsusi bir müddətdir. Gənc qızlarda artıma dövrünün başladığının işarəsi olan ilk adət (Menarş) ilə başlayan dövr ,menopauza adı verilən son adət ilə bitmiş və qadının doğuş qabiliyyəti sona çatmış sayılır.
Menopauza yaş aralığı 45 – 60 arasıdır.Menopauza üçün Dünya yaş aralığı 51, Türkiyə üçün yaş arası 46-dır, 40 yaşından əvvəl menopauzaya girmək “erkən menopauza”olaraq adlandırılır və siqaret çəkən, heç doğuş etməmiş qadınların daha erkən yaşlarda menopauza dövrünü yaşayır.
Qadın həyatının ortalama olaraq üçdə biri menopauza dövründə keçir,6 aydan daha uzun müddət adət olmayan və hormonal analizlərdə menopauzal dəyərlər təyin edilən qadınlarda menopauza dövrünün başladığı qəbul edilir. Həqiqətən də menopauza, qadın həyatının yumurtlama funksiyalarının başa çatdıqdan sonrakı təbii bir mərhələsidir. Lakin menopauza dövründə yaranan bəzi dəyişikliklər qadının həyatını dərindən və elə mənfi təsir göstərir ki, bu vəziyyət bir çox xəstəliklərin ortaya çıxmasına və qadının həyat keyfiyyətinin azalmasına səbəb olur. Bu gün menopauzanın mənfi təsirləri aradan qaldırılmağa və müalicə edilməyə çalışılan bir xəstəlik kimi qəbul edilir. Xüsusilə qadın yumurtalıq hormonlarının laboratoriya şərtlərində istehsal edilib istifadə edilməyə başlanması ilə bu xəstəlik daha da ön plana çıxmışdır. Menopauza dövründə azalan hormonların yerinə qoyulması ilə menopauzaya aidmənfi dəyişikliklər və xəstəliklərin qarşısı asanlıqla alınır və ya azaldılır.
Menopauza prosesi ani başlayan bir dövr deyil,menopauza dövründəki dəyişikliklər, qadınlıq hormonu olan ostrogenin,yumurtalamanın dayanması nəticəsində azalmasıdır. 40 yaşından sonra qadınlarda əvvəlcə yumurtalamanın azalmasına bağlı olaraq nizamsız adət qanaxmaları yaranır. Sonra temperaturanın artması, tərləmə, həyəcan, yuxusuzluq, əsəbilik, depressiya, unutqanlıq, halsızlıq, cinsi istəkdə (libido) azalma, sümük əriməsi (osteoporoz), damar sərtliyi (ateroskleroz), cinsi orqanlarda çəkilmə (atrofiya), quru, ağrılı cinsi əlaqə, sidik qaçırmağa qədər olan sidik yollarında atrofiya ortaya çıxmaqdadır.
Menopauzanın Diaqnozu və Müalicəsi
Menopauzanın mənfi təsirlərinin minimuma endirilməsi üçün diaqnozunun ən erkən mərhələdə qoyulub erkən müalicəyə başlanmasıdır.Menopauzada itkilər ilk illərdə daha çox olur. Menopauza əsas olaraq yumurtalamanın dayanması (təbii) və ya yumurtalıqların xaric edilməsi (cərrahi) və ya funksiyasını yerinə yetirməyəcək qədər zərər görməsinə bağlı olaraq ortaya çıxır. 40 yaşından sonra 1 il müddətinə adət olmayan və şikayətləri də olan bir qadın başqa araşdırma aparmadan, menopauza dövründə olduğu qəbul edilə bilər. Menopauzaya keçid dövründə, hamiləlik və nizamsız qanaxmaya səbəb ola biləcək bədxassəli xəstəliklər ayırd edilməlidir. Bunun üçün nadir olaraq adət olan, temperaturası olan, döyüntü, tərləmə və psixoloji dəyişiklikləri olan bir qadının qan analizlərində, yumurtalıqlara xəbərdarlıq edən hormon (FSH, LH) səviyyələri artmışsa diaqnoz daha dəqiq və erkən qoyulmuş olur və müalicə də dərhal başlanılır.
Klimakterium nədir?
Menopoz əlamətlərinin ortaya çıxdığı dövr olan menopoz əvvəli, menopoz dövrü, menopoz sonrası dövrü müddətinin hamısına ” Klimakterium “ adı verilir.
Fuad Nəzərov
XƏBƏR LENTİ
Bill Geyt "Coronavirus"la mübarizəyə 100 milyon dollar ayırdı
Sılanın qanlı köynəyini istəyirlər
Ronaldo yenə ən yaxşı oldu
Tapılan telefonda “oğrunun" selfisi və VİDEOSU aşkarlandı
"Əhəmiyyətsiz sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola bilər"
Putin möcüzə yaradır
Məşhur aktrisa həbs olundu-FOTO
Metro ilə gedənlərə müjdə
''Kirpi'' salatı (foto resept)
Hotmail tarix olacaq
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Dəbli görünmək yaşla bağlı deyil
190 manatlıq birdəfəlik ödəmə ilə bağlı MÜHÜM AÇIQLAMA
Nokia xəritəsini Apple-a verməyəcək
Bakıda çin malları brend adı ilə satılır:12 manatlıq geyim 68 manata
"Bizim Tarla" Manqal salatı
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Günün ulduz falı - 21.09.2013
Ayın ətrafında açıq-aydın yadplanetli gəmi göründü
Azərbaycanın sabiq prezidenti 4800 dollar pensiya alır
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Yaponların uzun ömür sirri
2019-un ən dəbli qadını seçildi
İlk dərs günü hava belə olacaq
Məşhur cütlüyün BARIŞIQ xəbəri yayıldı
Anita Tsoy koronavirusdan sağaldı
Möhtəşəm qış toyu üçün tövsiyələr
Sünnət əməliyyatına dair məsləhətlər
Avropanın Çin səddi: miqrantlara yer yoxdur
Dərslər sentyabrın 15-dək təxirə salınır? - RƏSMİ
"Alo, qurbanım qaçdı" xidməti
Əsmər qadınlar necə makiyaj etməlidir?
Uşaqların sosial-psixoloji inkişafı-6
Zəncəfilli peçenyelər( foto resept)
Təhsildə yenilik
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Ronaldodan yeni rekord
Azərbaycanda tikinti işlərinə məhdudiyyət qoyuldu
Dadlı borş
Ermənilər necə silahlandırılır?
Azərbaycanda snayper kursları bərpa olunur
Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 532 yeni yoluxma
Qırmızı pomada seçərkən diqqət edin
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Britni Spirsin son paylaşımı diqqət çəkdi-FOTO
Azərbaycanda insanlar falçılara niyə inanır?
Xizək sürməyin 5 müsbət təsiri
Qırmızı lobya şorbası (foto-resept)
1 aya sürətli saç uzadan maska
Sağlamlığınızı onların güdazına verməyin
- ŞƏRHLƏR