Bakıda hava 17°
USD 1.7000 AZN
EUR 1.9906 AZN
26 may 22:59Surayye Peri mesajlara baxarsan 26 may 22:58Surayye AMIN canim AMIN
38629

Ayaq şişməsinin səbəbləri və müalicəsi

Ayaq şişməsinin səbəbləri və müalicəsi

Ayaq şişməsi əsasən maye yığılması ilə ortaya çıxır. Bu vəziyyət şiş adlandırılır və bədəninizdəki hüceyrələr arası boşluqlarda maye yığılması ilə meydana gəlir. Şiş ən çox ayaqlarda görülməsi ilə birlikdə bütün bədəndə də ola bilər. Şişən bölgə daha əvvəl zədə almış ola bilər bəzi tip dərmanlar və bir sıra sağlamlıq problemləri də şişə səbəb ola bilər.

Ayaq şişməsinin müalicə üsulu əsas səbəbə görə aparılacağı üçün əvvəlcə bu səbəblərə nəzər salaq.

 Ayaq Şişməsinin Səbəbləri

Ürək, Böyrək və Qaraciyər Xəstəlikləri

Ayaq axşamüstü şişirsə, ürəyinizin sağ tərəfində ürək çatışmazlığı ola bilər. Bu ayağınızda su və duz yığılmasına yol verir. Böyrəkləriniz də düzgün işləməsə mayenin bədəninizdə qalmasına və ayağınızın şişməsinə yol açır.

Ayaqda şişmə ilə birlikdə bu əlamətlər də görülməyə başlasa təcili tibbi müdaxilə edin:İştahsızlıq, kilo artımı, sinədə ağrı, təzyiq, gərginlik və yorğunluq.

Qan Laxtası

Ayaq damarlarında qan laxtası olarsa ürəyiniz geri gəlməli olan qanı kifayət miqdarda toplaya bilməz və bu vəziyyət ayağın şişməsinə yol açır. Qan laxtaları dərində də ola bilər (dərin damar laxtaları), səth də ola bilər (dərinin altında). Bu iki növ qan laxtası da olduqları bölgədə sərbəst qalaraq ağciyər və ya ürəyə doğru hərəkət edərlərsə ölümcül hala gəlirlər.

İnfeksiya

Ayaqlarda şiş varsa infeksiyaya yoluxmuş olma riski çoxdur. Ayaq sinirlərində problem varsa və ya şəkərdən ortaya çıxan sinir xəstəliyiniz varsa infeksiyayoluxma ehtimalı yüksəkdir. Şəkər xəstəliyi varsa, yara və su qabarcığı yoxlaması üçün bir nöqtə yaratmalısınız.

Şişən ayaq infeksiyaya yoluxmuş kimi görünürsə təcili tibbi yardım lazımdır.

Toplardamar Çatışmazlığı

Bu halda ürək ayaq damarındakı qanı kifayət miqdarda yığa bilməz. Normalda toplardamarlar tək istiqamətli klapanlar sayəsində qanı yuxarı doğru aparır. Bu klapanlar zərər çəkir və ya gücsüzləşərsə damarlardakı qan geriyə doğru sızmağa başlayır və ayaqdakı yumşaq toxumalarda yığışaraq şişməyə səbəb olur.

Xroniki toplardamar çatışmazlığı dəri yarasına, dəridə dəyişikliklərə və infeksiyaya səbəb ola bilər. Toplardamar çatışmazlığına dair bir əlamətiniz varsa təcili həkimə müraciət edin. 

Ayaq şişməsinin səbəbləri və müalicəsi

Lenfodem

Bu halda limfa mayesi bədən toxumalarında yığışır. Səbəbi limfa damarlarındakı problemlər və ya limfa damarı çatışmazlığı ola bilər. Limfa düyünlərinin yox olmasına da lenfodemiya təkan verə bilər. Limfa düyünləri limfa mayesini süzdüyü üçün arzuolunmaz maddələr maye içərisində qala bilər.

Lenfodem limfa düyününü çıxartdıran və radiasiya müalicəsi alan xəstələrdə çox tez-tez görüldüyü üçün bu xəstələrin ayaqları şişərsə təcili həkimə müraciət etməlidirlər.

Yaralanma

Ayaq yaralandığı zaman şişə bilər. Yaralanmadan sonra şişi azaltmaq üçün olan yaralı ayağı işlətməyin. Şişən bölgəyə buz torbası da yerləşdirə bilərsiniz. O bölgəni sarğı ilə sarıyın və ayağınızın altına bir stol və ya yastıq qoyaraq yüksəkdə saxlayın.

Hamiləlik

Hamiləlik zamanı ayaqların şişməsi normaldır. Ancaq şişmə birdən olarsa və ya çox şişmə olarsa preeklampsi narahatlığı ola bilər. Bu vəziyyət hamiləliyin beşinci ayı ilə birlikdə qan təzyiqində artma və sidikdə zülal olması ilə xarakterizə edilir, ciddidir.

Şişmə çox isə və ya ürək bulanması, baş ağrısı, sidiyə getməkdə azalma, danışıq problemləri, qusma və qarın ağrısı ilə birlikdə olarsa həkimlə əlaqə saxlamaq lazımıdır.

Dərmanların Yan Təsirləri

Ayaqda şişmə, bu dərmanların yan təsiri olaraq da görülə bilər: Hormonlar, steroidlər, antidepressantlar, steroidsiz iltihab a qarşı ağrı kəsicilər (NSAID), şəkər xəstəliyi dərmanları.

Ayaq Şişməsinin Müalicəsi

Ayaq şişməsinin müalicəsinə əvvəlcə bunun səbəbini təyin etməklə başlanılır. Bundan başqa, ayaqda şişməyə qarşı bəzi üsullar aşağıdakılardır:

Ayağı Qaldırmaq

Ayaqlarınızı istirahət zamanı yuxarı qaldırın. Şişən ayağınız üzərində yeriməkdən çəkinin. Oturarkən ayağınızın ürək səviyyənizdən yüksəkdə qalmasına diqqət edin. Bu şişməyə səbəb olan mayelər normal olaraq axacaqdır.

Xüsusi Corablardan İstifadə Edilməsi

Varis corabı kimi dar corablar ayağınızın daha çox şişməsinə mane olacaqdır. Qan və limfa dövranını da kömək edər.

Masaj

Masaj şişən ayağa kömək edə bilər. Hamilələr doğuşdan əvvəl masaj terapevtinə gedə bilərlər.

Duzlu Su Tətbiq Edilməsi və Yağlar

Çimərkən suyunuza Epsom (İngilis) duzu tökün. Şişi azaldacaqdır. Çiçək kökləri və yağlar da şişkinliyi azaldır.

Duzu Məhdudlaşdırın

Artıq duz istehlakı də şişin yaranmasına səbəb olur. Çox duz istehlak etməyin, duzlu yemək və içkiləri məhdudlaşdırın.

Daha Az Şəkər Qəbul Edin

Orqanizmə daxil olan şəkər ayaqda şişməyə yol açır. Enerji içkiləri, peçenye və tort kimi çox şəkərli qidalar yeməyin.Könlünüz istəsə şirin meyvələr yeyin.

Fuad Nəzərov
Səslərin sayı: 2
6
28567
loading...
Şərhlər
Offline
Ellada Babayeva
Az da olsa məlumatım var. Çox sağ olun ətraflı məlumata görə.
5 iyun 2016 23:30
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Bu xəstəlikdən əziyyət çəkənlər orta yaşa sahib insanlardır. Sadəcə bir qədər məsuliyyətli olub həkim tərəfindən deyilənlərə əməl etmələri vacibdir.

yes give_ros
30 may 2016 08:43
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Bu xəstəlikdən əziyyət çəkənlər orta yaşa sahib insanlardır. Sadəcə bir qədər məsuliyyətli olub həkim tərəfindən deyilənlərə əməl etmələri vacibdir.
29 may 2016 16:11
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Ən çox yaşlı insanlar əziyyət çəkirlər ayaq şişməsindən, çünki daxildən gələn səbəblərin fərqində olmurlar. no
29 may 2016 15:14
Offline
Yagmur damlasi
Melumaqlandirici xeber ucun tesekkur edirem.
23 dekabr 2015 15:20
Offline
Aysel İ.
Ətraflı məlumat üçün təşəkkürlər Agat. Bəzən uzun yol getdikdən sonra da ayaqların şişdiyini hiss edirsən.
23 dekabr 2015 14:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış