Ürək əməliyyatı zamanı risk və təhlükələr qədər, ürək əməliyyatından sonra da risk və təhlükələr vardır. Əməliyyatdan sonra baş verən ölümlərin ən böyük səbəblərindən biri, immunitet sisteminin zəif olması və xəstənin əməliyyata dözümlü ola bilməməsidir. Əməliyyata dözə bilməməsinin səbəblərindən ən önəmlisi isə evdə lazımi müalicənin aparılmaması və qayğı ilə yanaşılmamasından ortaya çıxır. Əməliyyatdan sonra xəstəyə və ailəsinə böyük vəzifələr düşür.
Ürək Əməliyyatından Sonra Qidalanma
Ürək əməliyyatından sonra duzlu yeməklər yeyilə bilərmi? Ürək Əməliyyatı Əməliyyatdan əvvəl xəstənin əməliyyata hazırlaşdığı prosesdə, duzsuz yeməklər verilməyə başlanır və əməliyyatdan sonra da bu gedişat pozulmamalıdır. Yəni xəstəyə duzsuz, pəhriz yeməklər verilməlidir. Evdə də bu qayda pozulmamalıdır. Əks halda xəstədə mənfi nəticələrə yol aça bilər.Çörək,səhər yeməyi qidalarının tərkibində duz olmamalıdır.
Ürək əməliyyatından sonra qidalanma necə olmalıdır?
Xəstə, əlbəttə vitamin tərkibli qidaları istehlak edərək pəhriz saxlayacaq. Xəstənin özünə gəlməsi və vitaminsiz qalmaması üçün lazımlı protein və vitaminlərin yer aldığı qidaları mütləq yeməlidir. Hər yeməkdə yəqin ki, duzsuz şorba olmalıdır. Xəstənin mədə qıcqırması varsa, yeməkdə ədviyyat istifadə etməməyə da diqqət etməlisiniz. Yemək porsiyaları az olmalı və 2-3 növ olmalıdır. Az yağlı, qaynadılmış ət, toyuq, balıq da yemək olar. Yeməklərdə isə, həftə 2-3 dəfə qaynadılmış yumurta, duzsuz pendir və duzsuz zeytun kimi səhər yeməyi yeyə bilərlər. Yeməklərdə də yağlı qidalardan mütləq uzaq durmaq lazımdır. Eyni zamanda, xəstə bol tərəvəz yeməkləri yeməsi təklif edilərkən, çox qatı yeməklər yeməməlidir. Xəstənin hərəkətləri məhdud olduğu üçün qatı yeməklər yedikdə qəbizlik problemləri yaşa bilər. Yenə qəbizliyə səbəb olacağı üçün banan, şaftalı kimi meyvələrə üstünlük verilməməli və ərik, gilas, çiyələk, alma kimi meyvələri xəstə yeyə bilər. Bu meyvələrin şəkər əlavə etmədən,kompot hazırlayıb xəstəyə vermək olar. Həm də bağırsaq hərəkətləri normal hala qayıdacaqdır.
Ürək əməliyyatı olan xəstənin şəkəri varsa necə qidalanmalıdır?
Əgər xəstənin şəkəri varsa, günorta yeməklərini yeməlisiniz. Çünki xəstənin qan şəkərinin azalması şəkərinin yüksəlməsinə səbəb ola bilər. Buna görə günorta yeməyi yağsız süd, meyvə, duzsuz qalet və az yağlı qatıqlara üstünlük verilməlidir. Əsas yeməklərdə isə xəstə karbohidrat olmayan qidalar yeməlidir. Makaron, plov, əriştə, göbələk kimi qidalar şəkər xəstələrinə verilmir. Şəkər xəstəsi olmayan ürək xəstələri az yağlı və duzsuz olması şərtilə bu qidaları rahatlıqla yeyə bilər.
Narkozun təsirindən necə xilas olmaq olar?
Əməliyyat zamanı xəstəyə narkoz verildiyi üçün xəstə əməliyyatdan sonra bunun təsirlərini yaşamaqdadır. Bu təsirlərdən xilas olmaq üçün xəstə su içməlidir. Həddindən artıq olmamaq şərtilə gündə ən azı 2.5 litr su içməlidir. Çünki xəstə narkozu bəlğəm yolu ilə, içdiyi su sayəsində xaric ediləcəkdir.
Əməliyyatdan sonrası xəstə hansı məşqləri edə bilər və hansını edə bilməz?
Əməliyyat əsnasında, ürək və ağciyər funksiyaları dayandırılır və ürək və ağciyər cihaz köməyi ilə xaricdən işlədilir. Buna görə əməliyyatdan sonra xəstələrin ağciyərləri kiçilir və ölümcül nəticələr doğurur.
Ağciyərləri açmağın ən əsas yolları aşağıdakılardır;
–Xəstəyə verilən tənəffüs məşq cihazını, xəstə ağrılarına baxmayaraq bunu üfləyərək məşq etməlidir. Çünki bu cihaz xəstənin ciyərlərinin tənbəllikdən oyanmasına yardımçı olacaqdır.
–Xəstənin kürəyinə yenə ciyərlərini oyatmaq üçün ciyərə yaxını tərəfdən, əllər düz deyil günbəz olacaq şəkildə, xəstənin kürəyinə ritmik olaraq və bir az sərt vurulmalıdır.
–Eyni şəkildə yuxarıda yazdığım kimi ciyərləri narkozun təsirindən qurtarmaq üçün su içmək gözardı edilməməlidir. Ağciyərləri işlətməkdən başqa, xəstənin gündə bir neçə dəfə yürüş etməsi lazımdır və yürüş zamanı qolları tərpətməməlidir. Buna görə döş səviyyəsində yastıq tutulmalıdır və bu yastıq yürüş əsnasında davamlı olaraq əllərlə sinədə tutulmalıdır. Xəstə yürüşə hər gün məsafəni artıraraq davam etməlidir. Bunlardan başqa, xəstə yaxşılaşana qədər ağır hərəkətlərdən çəkinməli və yürüyüşdən başqa idmandan uzaq durmalıdır.Oturub qalxarkən belə ani hərəkətlərdən çəkinməlidir.
Ürək Əməliyyatından Sonra İnfeksiya Riski
Ürək əməliyyatından sonra, xəstələrin klinikaya yenidən müraciət etmə səbəblərinin başında infeksiya gəlir. Xəstələr həkimin təklif və xəbərdarlıqlarına riayət etmədikləri üçün təcili klinikaya müraciət edirlər. İnfeksiyaya yoluxan xəstələrdə, yüksək temperatura, titrəmə, əməliyyat yerində; axıntı, iltihab kimi əlamətlər görülür. Ürək əməliyyatından sonra, xəstələrin immunitet çox zəif olur.Balaca bir mikrobu belə qapıb infeksiyaya çevirəbilmə riski vardır. Xəstə immunitetini gücləndirənə qədər infeksiya riskinə qarşı xəstələr özlərinə diqqət etməlidirlər.
İnfeksiyadan qorunmaq üçün nələrə diqqət edilməlidir?
–Xəstənin yanına mümkün qədər ziyarətçi qəbul edilməməlidir.
–Əgər ziyarətçi qəbul ediləcəksə, 1 nəfərdən çox xəstənin yanında durmamalıdır
–Ziyarətçi xəstənin yanında 1-2 dq-dən çox qalmamalıdır.
–Ziyarətçilərin, xəstənin ağrılarına hər hansı bir faydası olmayacağına görə xəstənin səhhəti üçün xəstədən uzaq durmalıdır.
–Qripli, soyuqdəyməli ya hər hansı bir yoluxucu xəstəliyi olanlar xəstənin yanına buraxılmamalıdır.
–Xəstəni qucaqlamaq,əl ilə görüşmək olmaz.
–Xəstənin yanına girəcək olanlar və xəstə daxil əllərini yumalıdır və dezinfeksiya etməlidir.
–Otaq tez-tez havalandırılmalıdır.
–Xəstənin əşyaları və otaq gigiyenik olmalı və gigiyena şəraiti qorunmalıdır.
–Xəstə immunitetini gücləndirənə qədər bir müddət telefon danışıqlarından uzaq tutulmalıdır.
–Xəstənin qrip, soyuqdəymə olmasına diqqət edilməli, cərəyandan qorunmalı, tərlikən üşüməməsinə əhəmiyyət verilməlidir.
–Həkimin məsləhət etdiyi yemək menyusundan kənara çıxarılmamalıdır. Əks təqdirdə ağır qidalarla orqanizmi yoraraq yaranın iltihabına yol aça bilər.
Yaxşılaşma Müddəti Ürək əməliyyatında yaxşılaşma müddəti nə qədərdir?
Xəstələr nə zamandan sonra gündəlik həyatlarına qayıda? Əməliyyatdan sonra yaxşılaşma prosesi 2 aydır. 2 aydan sonra xəstələr gündəlik fəaliyyətlərini yerinə yetirə bilərlər. Özlərini yormamaq və ağır qaldırmamaq şərtilə normal bir həyat davam etdirə bilərlər. Qidalanmalarına keçmişə nisbətən daha diqqət etsinlər. Unudulmamalıdır ki, nə qədər yaxşılaşmış belə olsa, ürəkdən əməliyyat keçirilərə ürək xəstəsi statusu əldə edilmişdir. Buna görə gündəlik həyatda buna diqqət edərək hərəkət edilməlidir, kolestrol səviyyəsi normal olmalıdır, bol su istehlak edilməlidir, həddən artıq duzdan uzaq durmaq lazımdır, yürüş edilməməlidir.
Fuad Nəzərov
XƏBƏR LENTİ
2016-cı ildə bu gəlinliklər dəb olacaq
Bunlar qadın sağlamlığını korlayır!
Prezident təqaüdləri verilməsinə başlandı
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
İran dollardan imtina edir
Demet akalın boşandı-FOTO
Böyük sızanaqları necə yox etməli?
37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
Badımcanlı, pendirli pide (foto-resept)
Fahriye Evcen Türkiyənin ən bəxtəvər qadını seçildi - FOTO
Hollivud ulduzunun adı yenə qalmaqalda hallanır
Azərbaycanın bəzi yerlərində yağış yağacaq
Həkimləri robotlar əvəz edəcək
Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri və Monako Şahzadəsi ilə görüşüb
Yerə böyük asteroid yaxınlaşır
Sizdən xoşu gəldiyini necə başa düşə bilərsiniz?
Müslüm Gürses 21 milyona film çəkdi-FOTO
Riyazi məntiqi fiqurlar
Şikayət etməyin ziyanı
Alla Puqaçovanın makiyajsız görünüşü - FOTO
Eşq və etiraf
Balların hesablanması QAYDASI DƏYİŞƏCƏK - DİM
SAĞLIĞINDA QİYMƏT VERƏK İNSANLARA
Övladlarımızı "yeniyetməlik sindromu"ndan necə qorumalı?
Keçmişdə yaşanan sevgi
Dırnaq boyasının ömrünü uzadan məsləhətlər
Prezident İlham Əliyev və Birinci xanım Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak ediblər - FOTO
Dərsə gedənlər üçün asan saç modelləri
Hamilə olmaq şansını necə artıraq?
5 dil bilən qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Tər qoxusunun qarşısını necə almalı?
Ağ şokoladlı kakaolu peçenye (foto resept)
Kiçik bananlı kekslər (foto-resept)
Təəssüf ki, Almaniyada yenə siyasi konyunkturanın arxasınca getdilər
Ev dekorasiyasında yeni dövr
Dünyanın iyrənc əyləncəsi
Azərbaycan neftinin qiyməti
Bu gün ali məktəblərə qəbul imtahanı keçirilir - II və III ixtisas qrupları üzrə
Hansı yağ daha faydalıdır - kərə yoxsa bitki?
Azərbaycan dili - XX Dərs
Prezidentin köməkçisi: “Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır”
Qarabağ üzrə danışıqlar davam edir
Kainat gözəlinin bu hərəkəti mübahisə yaratdı - FOTO
Çağatay Ulusoy YENİ İMİCDƏ-FOTO
İmtahan vaxtları bilindi
Kraliça tacı türk gözələ çatdı
Brent nefti ucuzlaşıb
Məşhurların onlara bənzəməyən övladları
İşğaldan azad edilmiş Xudafərin körpüsündə “Çırpınırdı Qara dəniz” ifası səsləndi - VİDEO
Türkiyənin baş naziri postuna namizədin adı AÇIQLANDI