Eyni başlıq, fərqli əhval...
Dünən arxadan Yann Tiersenin ifa etdiyi Ameli k/f-dəki sountrack, bu gün pianoda Küçələrə su səpmişəm...
Əhval ortadan bir az aşağı, pisdən bir az yuxarı, nənəm demiş bobat.
Bilirsiz, əslində mən indi bilmirəm optimist yazım, pozitivlikdən dəm vurum, yoxsa payızın, tarixlərin məni arxaya, əks istiqamətə döndərdiyi hisslərimi açım töküm. Qalmışam iki yol ayrıcında. Çünki içimdəki hiss elədiyimlə zahirimdə elədiklərim və özümü göstərməklərim uyğun gəlmir. Kənardan olduğumdan daha gülərüz, problemsiz, fikirsiz, optimist, amma daxildən... Sirrlərim özümə təbii, həmişəki kimi...
Hərdən də fikirləşirəm ki, insan istəməsə, məsələn, heç əlini ağdan qaraya belə vurmaz. Amma siz bilmirsiz mənim əlim necə məharətlidi, əlimi bütün rənglərə vurmağa adət eləmişəm artıq axır illərdə. Mənim bu payız nələr eləməyə çalışdığımı da bilmirsiz heç.
Öyrəndiklərimdən, yarım qoyduqlarımdan danışım istəyirəm.
Məzuniyyətə çıxdığım (doğrudan axı mən bu il heç bir işə yaramayan 32 günlük məzuniyyətə çıxmışdım avqustun 1-dən) gündən etibarən keçən il aldığım 2000-lik puzzle yığmağa başladım. Birinci dəfə üçün elə də asan olmadı. 1 aya yarısını yığmağı bacardım və yarımçılıq şəkildə otağın müəyyən bir qismində narahatçılıq verməklə məşğuldu. Göz dağı.
Payız depressiyasından qaçmaq üçün 3-4 "yağlı" kitab oxudum. Qalın-qalın... Gördüm xeyir eləmir. Nə dedektivi fikrimi qarışdıra bildi, nə romantiki ürəyimi açdı, əksinə sevgi söhbətləri ürəyimi ağrıtdı, nə də ki ailə-məişət mövzuları. Öz dərdim, öz itkim yadıma düşdü. Kitabı qurtarıb örtən kimi özüm öz günümə ağladım hönkür-hönkür.. Özü də işdə.
Keçdim digər fəaliyyətə. Musiqiçi ruhum oyandı bu dəfə də. Aldım əlimə sazı. Yox, yox zarafat edirəm, saz mənlik deyil, o işə Telli baxır. :D Pianomu açmadım, başqa alət... Qitara. Açdım interneti və özüm öyrənməyə başladım 3 gün - 5 gün. Dırnaqlarımı belə qısaltdım öyrənmək üçün. İndi də Teomanın İstanbulda son bahar mahnısının akkordlarını öyrənirəm. Hələ ki, yarımçıq qoymamışam, bir şey alınsa, burda yəqin ki, geniş auditoriyanın (özümü təskin) diqqətinə çatdıraram, bacımla Beatles-in "Yesterday" mahnısını ifa elədiyimiz performans kimi bir performans göstərərik yenə.
Amma bu da bəs eləmədi. Yenə də məni payızın qəmindən bircə addım ayırdığını hiss elədim. Yenə açdım interneti. Uşaqlıqdan içimdə qalan rəssamlıq ruhumu oyatdım bu dəfə də. Əgər qitara öyrənmək yavaş-yavaş alınırsa, bu niyə alınmasın. Bir şeylər alındı. İnanmırsız? Baxın.
Birinci bu qəşəng pandanı çəkdim.
Sonra danbo qədər də olmasa, sevdiyim teddini.
Sonra özümü çəkdim, pitaçoku.
3-cü şəkli işdə qaralayıb evdə çeburaşkayla krokodil Genaya keçdim.
Çuppalina da neçə gündü dilimizdədi onsuz da.
Axırda da risk eləyib bir az öz etapları olan nisbətən çətin şəklə keçdim.
Sonra belə qərara gəldim ki, tələb olunan bütün növ karandaşları alıb bu işin özünü öyrənim. Həvəsə gəldim. :) Hələ ki, yarımçıq qoymamışam. Amma...
...Amma görürəm ki, heç nə, heç bir fəaliyyət məni, ürəyimi qarşıdan gələn ağır günün ağırlığından qurtarmayacaq. Payız bəhanədir. Mənsə SƏBƏB... Onsuz da səbəbəm, vəsiləyəm hər əməlimlə nələrəsə...
Son olaraq, üçüncü eləmək istəyib eləmədiyim, hər cür imkanın olduğu, amma icazənin olmadığı xaricə getmək istəyi. Bəlkə də, üç gün özümün seçdiyim şəhərlərin birində səhərdən axşama qədər əlim cibimdə, nənəmin şərfi boğazımda o baş-bu başa gəzsəm, düzələrəm. Bunu heç başlamayacağam da ki, yarımçıq qoyum. Ehhh...
Payız epopeyasının başlanğıcıdı bu hələ... Ümumi götürəndə isə yazımın sonu...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlara bunları demək olmaz!
Qadını qısqandırmayın, yoxsa...
Hər zövqə uyğun üzüklər
Şahzadə-cütlük sosial şəbəkələrlə vidalaşdı
Azərbaycanlıların soyqırımından 102 il ötür
İnsanlıq sevgiyə həsrət gedir
Brus Li"nin mənəvi gücü
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı
Həftənin ilk iş günündə hava necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir?-30 Avqust
Sonsuzluğa səbəb olan amillər - SİYAHI
1 ay ərzində hər gün 10 banka kola içsəniz nə baş verəcək?
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Milyarder özünü biabır etdi: Koronavirus xəstələrinə göndərilən hədiyyə...
Mustafa Sandal və Emin yenidən birlikdə FOTO paylaşdılar
Kəbə əvvəllər necə olub?
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar
Qarğıdalılı barbunya (foto resept)
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Cəlilabadda tarixi tapıntı
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Ramazanın başlama vaxtı
Amazon Yer orbitinə 3000-dən çox peyk göndərəcək
Hamilə xanımlara geyim nümunələri
Dünyanın ən varlısı yenə o oldu
Bahalı maşınların kasıb sahibləri
28 min azərbaycanlı geri döndü
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
Koronavirusla bağlı son STATİSTİKA
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Sinem Kobal ad gününü qeyd etməyəcək
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Martın 20-nin ilaxır çərşənbəyə düşməsinə - RƏSMİ AÇIQLAMA
Evdə işləyənlər üçün çalışma masası
Rusiyada dollar üzüaşağı getdi
Koronavirusdan ən çox ölüm halının qeydə alındığı beş ölkə - SİYAHI
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Doğulacaq körpənin Rəbbi ilə söhbəti
SON DƏQİQƏ: Hamı Avropaya axışır - Biletlər satıldı
"Cənubi Afrikadan Azərbaycana" adlı kitabın təqdimatı keçirildi
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
Rusiya konsulu və xanımına Sudanda hücum etdilər
Qarabağa erməni ümidi azalır
Bakıda karantinə nəzarət gücləndirildi
Pərdə nümunələri
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Bakının bu ay bağlı olacaq yolları
- ŞƏRHLƏR