Dilimizdə olmayan bu kitabı türkcə oxudum. Deha-deşifre “Martı” yayın evi tərəfindən nəşr olunmuşdur və 445 səhifədən ibarətdir.
Öncə yazarın həyatına bir qədər diqqət edək. Əsl adı Jiang Benhu olan bu Çin yazarı “Mai Jia” təxəllüsü ilə tanınmışdır. O, bu təxəllüsünü daha çox yazdığı kitablarında istifadə edir. Mai Jia Zhejiang Yazıçılar Assosiasiyasının prezidenti və Zhejiang Ədəbiyyat və İncəsənət Assosiasiyasının vitse-prezidentidir. 50 yaşlarında olan bu yazar Çinin ən güclü qələm sahiblərindən hesab olunur. Onu dünyaya tanıdan kitabı isə “Deha-Deşifre” (orijinal adı “Decoded”) olmuşdur.
Çin ədəbiyyatıyla ilk dəfə Marie Lu vasitəsilə tanış olmuşam. Bu gənc xanım yazarın “The Legend” serisindən sonra Deşifre oxuduğum ikinci Çin ədəbiyyatı nümunəsiydi. Təbii ki, kitabın əvvəllərində adlara, məkanlara alışmaq bir qədər çətin gəlsə də, sonradan mütaliəm adı axıcılığına düşdü. İlk növbədə qeyd etməliyəm ki, kitab çox gözəl, hətta möhtəşəm adlandıra biləcəyim qədər güclü təsirə malikdir. Lakin hər kəsin maraq dairəsini zəbt edə biləcək tərzdə kitablardan deyil. Əgər elmi yazıları sevirsinizsə, kriptoqrafiya, riyaziyyat və ümumiyyətlə texniki elm sahələrinə, həmçinin siyasətin gizli tərəflərinə maraq duyan birisinizsə bu kitab sizin üçün əsl tapıntı olacaq. Lakin müxtəlif rəqəmlər və ya şifrələr sizi təngə gətirə bilərsə öncədən bu kitabla yol yoldaşı olmayın.
“Deşifre” avtobioqrafik tərzdə yazılmış romandır. Kitabda baş verən hadisələr real həyatda da baş vermişdir. Lakin yazar kitabda adları dəyişərək qələmə almışdır bu hadisələri.
Bir qədər kitabın qısa məzmunundan danışaq.
Rong Jinzhen Ronglar sülaləsinin nigahdan kənar doğulmuş nümayələrindəndir. Qəhrəmanımız nəslində Abaküs Lillie adlandırılan bir xanımın nəvəsidir. Valideynlərini heç bir zaman görməyən Rong Bay Yabancı adlanan bir insanın himayəsində böyüyür. Bay Yabancı bu uşağa Çin və ingilis dillərində danışmağı, oxumağı, toplama və çıxma əməliyyatlarını öyrədir. Bay Yabancı 85 yaşında vəfat edir, lakin vəfat etməzdən öncə özünün vacib saydığı 2 şeyi həyata keçirir: Birincisi, zəkasına güvəndiyi 12 yaşlı Ronga onun bu dünyada yaşadığı günlərin sayını hesablamağı və qəbrinə o sayda gül qoymağı tapşırır. İkincisi, uşağın atasının dayısı olan Gənc Lillieyə məktub yazaraq Rongu ona tapşırır. Gənc Lillie uşağın dalınca gəldiyində onun vurma əməliyyatını bilmədən etdiyi hesablamaları görür və bu zəka qarşısında təəccüblənərək onu atasının təməlini qoyduğu N universitetinin riyaziyyat fakultəsində oxumaq üçün öz yanına aparır. Beləcə Rongun həyatında yeni dönəm başlayır. O, Gənc Lillienin ailəsiylə birlikdə yaşayıb onların ailə üzvünə çevrilir. Universitetdə oxumağa başlayır və dövrünün ən güclü riyaziyyatçısından dərs alır. Hər şey adi qaydada davam edir, 1 gün Rongun ardınca biriləri gələnə kimi… Onu dahilik dərəcəsinə çatdıran zəkası o qədər məşhurlaşır ki, artıq dövlətin gizli qurumlarından biri Rongu öz işçilərindən biri olaraq görmək istəyirlər. Və bununla da Rong həmin qurumda dövlət üçün böyük əhəmiyyətə malik işə başlayır. Kriptoqraf olaraq həm də. 14 ilini bu işə həsr edən Rongun həyatı bu quruma qatıldıqdan sonra çox dəyişir. Hansı dəyişikliklərin və necə olmasıyla bağlı heç bir şey deməyəcəm. Çünki dediyim sahələrə marağınız varsa bu kitabı mütləq özünüz oxumalısınız.
İndi isə sizə bir sualım olacaq. Lakin yazımın ardını oxumazdan əvvəl onu özünüz üçün cavablayın. Qarşınızda 2 seçiminiz var: adi bir insan beyninə sahib olmaq və ya sizi dahiyə çevirə biləcək bir beyin sahibi olmaq. Hansını seçərdiniz? İcazənizlə mən təxminimi deyim. Yəqin ki, bir çoxlarının seçimi məhz dahilik olardı. Etiraf edim ki, bu kitabı oxumazdan əvvəl mən də məhz bu cavabı verərdim. Həm də çox düşünmədən və tərəddüdsüz. Təsəvvür edin, siz də Eynşteyn kimi elm dünyasının Tanrısı ola biləcək fürsət qazanmışkən niyə milyonlardan biri olmaq istəyəsiniz ki? Eynisini də mən düşünmüşdüm. Dünya varkən tarixlərdə adımın qalması mümkünkən nəfəs alan cisim olmaq istəməzdim. Amma siz bir kitabdakı gücə baxın. 3 günlük mütaliəm belə tərəddüdsüzlüklə verdiyim cavabı dəyişməyə qadirmiş. Bəli, düz anladınız, artıq bir dahi olmaq istəmirəm. Bunun səbəbini çox istərdim sizlərlə də paylaşım, ancaq təəssüf ki, bu fikirlərimi ifadə edəcək qədər söz bilmirəm. Yəni, anlaşılan mən bu kitabın mənə yaşatdığı duyğular önündə, kitabın yalnız ruhuma deyil, həm də beynimə etdiyi təsir qarşısında acizəm. O dərəcədə ki, kitabı günlər öncə bitirsəm də bu yazını yazarkən Çində Rongla birlikdə MOR şifrəsini qırmağa çalışarkən hiss edirəm özümü. Kitab insana həm elmi, həm də həyati cəhətdən çox şey qata bilər. Elmin ənginliklərinə baş vurmağın bəxş edə biləcəyi həzzi, hər bir elm adamının kənardan səfehlik kimi görünən, lakin onun şəxsiyyətini tərənnüm edən özəlliklərini, dahi olmağın sizə bəxş edəcəklərini…Hamısını bir neçə onillik boyu Çində Rong Jinzhenlə birlikdə dadacaqsınız. Rong MORu deşifrə edərkən siz də həyatınızın qarşınıza çıxardığı müəmmaları bu kitabla deşifrə edəcəksiniz. Bəli, dostlar. Həyat özü şifrələri qırılmalı olan, yüzlərlə zəncirlənmiş şifrədən ibarət mürəkkəblikdir. Onu sadələşdirmək üçün isə bir qədər dahiliyə ehtiyacımız var. Amma mən Rongla birlikdə yaşadıqlarımdan sonra dahilikdən qorxdum. Dahi olmaqdan, elm aləmində öndə irəliləməkdən qorxdum əslində. Bir qədər gülünc səslənə bilər, amma inanın siz də bir dəftər ucbatından həyatınıza rəng qatan hər şeyin bir anda solmasını, tarixə düşən adınızın indi sadəcə qeydiyyat kitabçasında yer almasını istəməzsiniz. Hansı dəftər? Nə qeydiyyatı? Bu sualları isə cavabsız qoyaraq gələcəkdə bu kitabı oxuyacaq 1-2 nəfər olarsa belə onları intizarda saxlamağı özümə borc bilirəm. Və sonluqla yazımı çox uzatmadan tamamlayım: Kitab 3 gün ərzində məni öz səhifələrində əsir edərək qorxu, sevinc, qəzəb, peşmançılıq, səbrsizlik, həyəcandolu bir mütaliə yaşatdı mənə. Hətta yazarın oxunması vacib deyil dediyi bölümü belə bir nəfəsə oxuyaraq kitabı bitirdim.
Kitab bitərkən isə ağlıma sadəcə bir cümlə gəldi. “Bir möhtəşəmlik daha bitdi…”
Nəzrin Xəlili
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda qar yağır
AFFA "Binə" klubunu qismən bağışladı
Putin NATO-nu şoka saldı
Pomidor şirəsində skumbriya balığı (foto resept)
Təbii qidalanmağın gözəlliyə təsiri
Günəşdə qəfil qasırğa
Ringelman effekti
Birinci vitse-prezident Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Günün qoroskopu: Tələsin!
Çiyələkli dondurma (foto-resept)
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Türkiyəyə qar yağdı
ABŞ "İŞİD"ə müharibə elan etdi
Yeni ildə bir həftə iş olmayacaq
Yumurta qabığı - evdə köməkçiniz
İştahı kəsən qidalar
Möhtəşəm səhər yeməyi (foto resept)
Qızıl bahalaşdı
Fikrət Məmmədov hakim və ədliyyə işçilərinə tapşırıq verdi
Günün ulduz falı
Hamiləliyin əlamətləri
Lövhədə "Microsoft"un şəklini çəkdi-Məşhur oldu!-FOTO
Mənim əl işlərim
Hellouində yadda qalan kostyumlar
Qorxulu buludlar
Tağı Əhmədova yeni vəzifə verildi
Qəlbim qırıldı...
İslam dünyası ayağa qalxacaq
Apple bazarı "işğal" edib
“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin NƏZƏRİNƏ/VİDEO
Ronaldo Evləndi-FOTO
Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri
Yüksək yumor hissi olan hərbçilərimiz Kəlbəcərdə mina təmizləyirlər - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Nyu-York rəngləndi
Lavaş arası toyuq (foto resept)
Qat-qat xəmirdən pirojki (foto resept)
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Hindli xanımların gözəl geyimləri
Uzun həsrət illərindən sonra Şuşada işıq yandırdıq - VİDEO
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Həyatımızda rənglər hansı mənanı verir?
Koronavirusla bağlı zarafat etdi və xəstəliyə yoluxdu - VİDEO
Tarkan qızına Almaniyada ad günü etdi - FOTO
BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək
Oriqami ilə gül düzəldilməsi
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
- ŞƏRHLƏR