Bakıda hava 10°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Frans Kafka – Milenaya məktublar

 

 

Frans Kafka – Milenaya məktublar

 

 

Yəhudi əsilli, alman dilli yazıçı Frans Kafka 1883-cü ilin 3 iyulunda Praqada (o zamanlarda Çexiya Avstriya-Macarıstan imperiyasına daxil idi) anadan olmuşdur. 1889-1893-cü illərdə ibtidai təhsil alan Frans 1901-1906-cı illərdə Karl-Ferdinand Universitetində əvvəl kimya, daha sonra hüquq üzrə təhsil almışdır. Bir sıra sahələrdə işləmiş, vərəm xəstəliyinə tutulduğu üçün sonuncu işindən təqaüdə çıxmaqla ayrılmışdır. 1924-cü ilin 3 iyununda müalicə aldığı sanatoriyada vəfat etmişdir.

Yazıçı gənc yaşlarından ədəbiyyatla məşğul olmuş olsa da,onun ilk əsərləri itmişdir. Güman olunur ki, o, özü onları məhv etmişdir. Ölümündən sonra əsərlərinin nəşr olunmamasını vəsiyyət etsə də, dostu bunun əksinə olaraq onun əsərlərini nəşr etdirmişdir. Buna görə də, Frans Kafka ölümündən sonra məşhur olan yazıçılar siyahısındadır. Onun ən məşhur əsərlərinə gəldikdə, bunlara “Hökm”, “Çevrilmə”, “Qətl”, “Qanun qarşısında”, “Qəsr”,  “Atama məktub” və s. misal göstərmək olar.

 

 

Frans Kafka – Milenaya məktublar

 


Yazıçının şəxsi həyatı haqqında onu deyə bilərəm ki, 2 qızla 3 dəfə nişanlanmış (biriylə 2 dəfə), 1 dəfə evlənmiş, amma məncə 1 dəfə aşiq olmuşdur. Aşiq olduğu qadın isə Milena Yesenka olmuşdur. “Milenaya mektuplar” kitabında da həmin eşqin sübutları olan məktublar toplanmışdır. Milena Frans Kafka əsərləri ilə tanış olmuş və bu əsərləri çex dilinə çevirmək qərarına gəlmişdir. Bu tanışlıq nəticəsində onlar arasında dostcasına başlayan məktublaşmalar getdikcə məhəbbətə çevrilmişdir, həm də bir-birlərini heç görmədikləri halda bu məhəbbət başlayıb. 1920-23-cü illər ərzində davam edən məktublaşma dövründə onlar yalnız 2 ya da 3 dəfə görüşə biliblər. Amma bu onların məhəbbətinə heç də mənfi təsir etməyib, onlar arasındakı bağlılığı daha da möhkəmləndirib deyə bilərəm.

Bir insanı görmədən də sevməyin, ona bütün qəlbinlə,bütün varlığınla bağlana bilməyin ən gözəl nümunəsidir bu məktublar. Bizdə belə bir atalar sözü var: “Gözdən iraq olan könüldən də iraq olar” – Kafka məktubları ilə bu fikri alt-üst edir. Eşq ürəkdən gələndən sonra nə məsafə mane olar bilər buna, nə də başqa biri. Kafka öz vəziyyətləri ilə bağlı elə gözəl bənzətmələr göstərir ki, həmin sətirləri heyranlıqla oxuyursan, bir tərəfdən də bir kişi tərəfindən bu qədər sevildiyinə görə Milenaya da qibtə edirsən.

İnsan istədiyi bir şey qeyri-mümkün olanda onu daha çox istəyir, onu əldə eləmək üçün daha çox cəhd eliyir və həmin şeyə daha çox bağlanır, Kafkanın Milenaya olan məhəbbətində də mən hardasa bunu hiss etdim. Bir şeyin “imkansız” olduğunu bilə-bilə sevmək, bax bu Frans və Milena arasındakı eşqi ifadə edir. Çünki Milena evli bir qadın idi və onun məsuliyyəti variydi üzərində. Bu qeyri-mümkünlük içərisində yaranmışdı bu eşq. Bəlkə kimsə Milenanı da, Kafkanı da qınaya bilər. Amma mən qınamadım. Kitabda Milenanın Kafkanın dostu Maksa yazdığı məktublar da var, onları oxuyan hər kəs məni də qınamaz yəqin. Düzdü, belə münasibətə birmənalı olaraq qarşıyam,amma bəzən istisnalar da ola bilirmiş.

Sevən insan xoşbəxtliyi qarşılıqlı sevilməkdə görür bəzən,amma təəssüf ki, bu, çox vaxt xoşbəxtlik yox, bədbəxtlik də gətirə bilər. Həqiqətən olmuş bir hadisə ilə tanışlıqdan sonra bu fikrə gəlmək çətin oldu mənim üçün.

Məktubları oxuyarkən beynimdə suallar, düşüncələr bir-birini əvəz etdi. Bəzən elə oldu ki, kiminsə şəxsi həyatına müdaxilə edirmiş kimi hiss etdim özümü. Kiminsə sevdiyim insana yazdığım məktubları oxusa və mən bunu bilsəm, özümü necə hiss eliyərdim Allah bilir. Yəqin ki, bu məktubların işıq üzü görməsinin səbəbkarı olan Milenanın yaxın dostu Villy Hass-ın da bu barədə çox götür-qoy etdiyinə əminəm. Amma yaxşı ki, onları nəşr etdirib, çünki əsl məhəbbətin nə olduğunu bilmək istəyənlər sətirlərə tökülmüş bu eşqlə mütləq tanış olmalıdırlar. Frans Kafkaya gəldikdə isə, bu məktublar olmasaydı, onun daxili aləmini bilməz,oxucuları da onu bu qədər çox sevməzdi bəlkə də. Məşhur insanların daxilini aləmini bilmək onun pərəstişkarlarının həmişə maraq dairəsində olduğunu nəzərə alsaq, Kafkasevərlərin bu cəhətdən xoşbəxt olduqlarını da düşünmək olar.

Kaş ki, Milenanın Frans Kafkaya yazdıqları məktublar da qalardı, onları da oxumaq imkanımız olardı, hər şey daha aydın olardı, bəzi tərəflər qaranlıq qalmazdı mənim üçün-bu kitab üçün
tək təəssüfləndiyim məqam budur.

Məktublarla bağlı onu da deyim ki, əsər bir az avtobioqrafik xüsusiyyətə də malikdir. Belə ki, məktublardan Frans Kafkanın həyatının 3-4 ili haqqında məlumat almaq da mümkündür.
Milenayı bir də “Mənim xoşbəxtliyim səndə əriməkdir” deyən Frans Kafkanın gözündən görmək, bu eşqə şahid olmaq istəyənlər üçün ən ideal seçim, heç şübhəsiz, “Milenaya mektublar”dır. İndidən xoş mütaliələr.

 

Aydan Bayramova

Səslərin sayı: 0
1
1713
loading...
Şərhlər
Offline
Iceberg
cox gozel eserdir
29 iyun 2017 00:03
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış