Bakıda hava
USD AZN
EUR AZN
08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41216

Limonlu piroq (foto resept)

Limonlu piroq (foto resept)

Tərkibi: 

Un - 250 q

Qaymaq - 100 q

Yumurta - 1 ədəd

Şəkər tozu - 100 q

"Best Cow" kərə yağı - 150 q

Qabartma tozu - 1 c. q.

Üzəri üçün:

Şəkər tozu - 100-150 q

Üzüm qurusu (kişmiş) - 150 q

Limon - 1 ədəd

Qoz ləpəsi - 100 q

Bəzək üçün:

Şokolad - 100 q və 1 ədəd limonun qabığı (rəndələnmiş) 

Hazırlanması: 

Limonlu piroq (foto resept)

Xəmir üçün əvvəlcə şəkər tozu və yağ qarışdırılır. Sonra yumurta əlavə edilib yenidən yaxşıca qarışdırılır.

Limonlu piroq (foto resept)

Sonra qabartma tozu və unun yarısını əlavə edib xəmir yoğururuq. Daha sonra qaymağı əlavə edirik və indi unun ikinci yarısını əlavə edib yaxşıca qarışdırın. Piroqu bişərəcəyimiz qaba folqa və ya yağlı kağız qoyub xəmiri əlavə edirik (qabın ölçüsü isə belədir: 24 x 24). 180 dərəcədə isidilmiş sobada 30 dəqiqə ərzində bişməyə qoyuruq.

Limonlu piroq (foto resept)

İndi isə qoz ləpəsi, yuyulmuş, qurudulmuş üzüm qurusu, tumsuz limon dilimləri və şəkər tozunu blenderdən keçirin. Limonlu piroq (foto resept)

Tam bişmiş biskviti sobadan çıxarın və isti-isti xırdalanmış qozu biskvitin üzərinə çəkin və yenidən isti sobaya yerləşdirin (15 dəqiqəlik). Soyudulmuş piroqun üzərinə rəndələnmiş şokolad və rəndələnmiş limon qabığı əlavə edin.

Limonlu piroq (foto resept)

Dördbucaq formasında kəsib süfrəyə verə bilərsiniz. Limonlu piroqumuz hazırdır!

Limonlu piroq (foto resept)

Nuş olsun!  nyam   

(Tərcümə edilib)

Səslərin sayı: 3
4
9908
loading...
Şərhlər
Offline
MAYA EL
Bəyəndim paylaşdığın üçün təşəkkür .Bir gün hazırlayıb dadacam
22 sentyabr 2015 21:19
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Fatma xanım
Ay Qəribə qızım nə olar qoy dietamızı tutaq cray
22 sentyabr 2015 17:23
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Dukan pəhrizi ilə necə də uyğunlaşır Əvvəl pəhriz xəbərinə baxırsan, stimul alırsan (zorla özünü toplayırsan ki, yox ey nə danışırsınız, hökmən pəhriz saxlayacam), pah sonra da piroqa baxırsan, deyirsən ki, heç vaz keçilməli piroq deyil

Canım mənim Dukan pəhrizində də büütün şirniyyatar hazırlanır. lakin yulaf kəpəyi ilə və şəkərəvəzediclilrlə.

Dukan pəhrizi ilə necə də uyğunlaşır Əvvəl pəhriz xəbərinə baxırsan, stimul alırsan (zorla özünü toplayırsan ki, yox ey nə danışırsınız, hökmən pəhriz saxlayacam), pah sonra da piroqa baxırsan, deyirsən ki, heç vaz keçilməli piroq deyil

Dukan pəhrizində də şirniyyatlar var.) Bir az iradəli olmaq lazımdır.
22 sentyabr 2015 16:23
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Sonay Quluzade
Dukan pəhrizi ilə necə də uyğunlaşır crazy Əvvəl pəhriz xəbərinə baxırsan, stimul alırsan (zorla özünü toplayırsan ki, yox ey nə danışırsınız, hökmən pəhriz saxlayacam), pah sonra da piroqa baxırsan, deyirsən ki, heç vaz keçilməli piroq deyil biggrin Xeyirlə şər, gecə ilə gündüz bacı-qardaş olan kimi pəhrizlə də mətbəx çox mehriban bacı-qardaşdırlar mocking
Təşəkkürlər, Qəribə, yaxın günlərdə hazırlayıb, sənə dadını deyəcəm smile
22 sentyabr 2015 11:28
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış