İran Urmiya gölünün qurumasının qarşısını almaq üçün Türkiyə ərazisində yerləşən Van gölünün suyundan istifadə edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə gölün xilası məqsədi ilə yaradılan komissiyanın üzvü İsa Kəlantəri deyib.
Onun sözlərinə görə, əvvəlcə hər iki gölün suyunun bir birinə uyğun olub-olmamasını yoxlamaq üçün laborator analizlər aparılacaq. Daha sonra iki ölkə arasında texniki və siyasi müzakirələr başlayacaq.
İsa Kəlantəri Gürcüstandan Urmiya gölünə su nəql edilməsinində planlanlaşdırıldığını desə də, bunun o qədər də real olmadığını vuğulayıb.Bir müddət əvvəl isə Urmiya gölünün suyunun çoxaldılması üçün Ermənistanda yerləşən Göyçə gölünün suyundan istifadə ediləcəyi iddia edilirdi. Bu barədə iddianı İran KİV-ləri yaymışdı.
Hətta Ermənistanın ekologiya naziri Aramais Qriqoryan məsələnin ciddiliyini nəzərə alıb və mətbuatda dərc olunan məlumatla bağlı açıqlama verib.
Nazir deyib ki, Sevan (Göyçə) gölünün təmiz suyunun İrana axıdılması fikri tamamilə cəfəngiyatdır. Belə bir ideya, plan yoxdur və ola da bilməz.
Onun sözlərinə görə, İran KİV-ləri səhv informasiya yayıb və ermənidilli mətbuat orqanları bunu şişirdiblər. Nazir İranla belə razılaşmanı istisna edib.Jurnalistlər isə "əgər bu məsələ birdən aydınlaşarsa, doğru olarsa, yəni gizli razılaşma üzə çıxarsa, o istefaya verəcəkmi" sualına cavab verməyib.
Urmiya gölü İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında yerləşir. İranın ən böyük gölü sayılır. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Çingiz xanınnəvəsi Hülakü xanın qəbri var. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara mУ™nfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Uşaqlar üçün ən böyük təhlükə
DiKaprio partidə - FOTO
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
Antibiotiklərdən əvvəl həyat necə idi?
Mematini heç vaxt belə görməmişdiniz - FOTO
Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi
İspan dili 8-ci dərs
Qozlu, şokoladlı peçenye (foto resept)
Azərbaycanda hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır - RƏSMİ
5 rayonda əmək yarmarkaları keçiriləcək
Artıq çəkiyə səbəb olan faktor
Qızlar üçün avatarlar
"WhatsApp"a kamera gəlir
Yeni il üçün manikür
Olimpiada qalibləri bu ixtisaslara imtahansız qəbul olunacaqlar - SİYAHI
Abituriyentlərin nəzərinə!
Alimlər beyin skaneri yaratdılar
Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
Kişmişli-qozlu peçenye (foto resept)
Bu il nələr dəbdədir?
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Yay üçün hündür daban ayaqqabılar
"Erməni atəşlərindən zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar"
Nar şərbəti (foto resept)
Yataqxanada güclü yanğın
Zehni açan qidalar
Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub
5 min dollarlıq planşet satılacaq
Davut Güloğluya MƏHKƏMƏ CƏZASI-SƏBƏB
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Məktəblərə qrantların ayrılması ŞƏRTLƏRİ təsdiqləndi
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Onlar tənhadırlar...
Ebola barədə nikbin xəbərlər
Yaradılış möcüzəsi canlılar
Neft yenidən bahalaşıb
Yalançı toyuq budları (foto resept)
Quba sakinlərinə pis xəbər
Semyon Peqovun növbəti yalanı ifşa olundu - FOTO
Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı
Ölümcül virusun yeni yoluxma növü barədə XƏBƏRDARLIQ
Diananın yolundan gedən Keyt Middlton
Mübariz Mənsimov QƏRAR VERDİ - "Xəzər Lənkəran" fəaliyyətini dayandırdı
NASA xəbərdarlıq etdi-FOTO
Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb
Sizi sakitləşdirəcək nəfəs məşqləri