Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Xəyallar aləmində

Xəyallar aləmində

Bu gün evə gələrkən, bir yas çadırına rast gəldik. Dostlarımla bir az ölüm haqqında  danışdıq. Mən yarı zarafat, yarı ciddi dedim ki; indi bu adam vəfat edib, burada ağlaşırlar onu itirdikləri üçün, amma o biri tərəfdə bunun əksidir. Bilirlər ki, yeni biri gələcək, onlarla daim orada yaşayacaq, onlar da toy–büsat qurublar, bunu gözləyirlər. Mənim bu sözüm dostlarımın yol boyu gülməsinə səbəb oldu. Mən belə bir söz eşitməmişdim ilk dəfə olaraq elə özüm işlətdim.

Amma bu dediyimə özüm də inandım. Yol boyu bunun xəyalını qurdum, mən gedərkən məni kimlər qarşılayacaq? Heç üzünü görmədiyim babam? Nədənsə tək onun qarşılamasını istədim. Çünki hər dəfə anam ondan danışanda özümü 4-5 yaşlı uşaq olaraq dizləri üstə oturan xəyal edərdim, simasını heç vaxt görməzdim. Xəyallarımda bir babamın yanında uşaq olardım ona görə məni qarşılamağa təkcə onun gəlməsini xəyal etdim.

Xəyallar aləmində

Olmayacaq hər şeyin xəyalını qurarıq, həyata keçməsi mümkün olmayan, bircə  gedəcəyimiz son mənzilin necə olduğunu, bizi nəyin gözlədiyini xəyal etmərik. Çünki dünyaya o qədər aludəyik ki, özmüzü bir filmə baxar kimi təsəvvür edirik, bizdən başqa hər kəs ölə bilər bircə biz yox, bu mənim uşaqlıq xəyalıma oxşayır özümüzü nağıllarda düşünərdim kimsə bizim haqqımızda danışır , biz də nağıl danışanın danışdıqlarına əsasən hərəkət edirik. Amma nağılların yalan olduğunu tez anladım. 

Çox səy göstərdim babamla qarşılaşacağımız anı xəyalımda canlandıra bilmədim. Yəqin ki, bir dəfə də olsun canlı görmədiyimədir. Axı heç şəkilini belə görməmişdim, solmuş-saralmış bircə rəsmi vardı. Onu da anam bizdən saxlayardı. Atasından qalan tək xatirə o idi deyə qorxurdu onuda biz məhv edərik.

Xəyallar aləmində

Xəyalımda həmişə bir bağçada oturmuş olaraq özümü təsəvvür edirəm sanki dünyada heç yaşamamış kimi, heç bir  qəbahət işləməmiş kimi, nə bir sorğu nə bir sual, mən və təklik... dünyadakı yaşamımdan heç də fərqlənməyən bir mənzərə, ətrafımda boş-boş danışıb bu danışığın onlara heç bir xeyiri olmadığı halda israrla davam etdirən insanları o gözəllikdə yanımda təsəvvür edə bilmirəm.

İnsanlar o qədər lazımsız danışırlar ki, o qədər lazımsız işlərlə məşğul olurlar ki, mən onlardan qorxuram. İnsan olaraq  yaşayacağımız iki dünya var, amma mən üçüncüsünü də istəyirəm onlardan qurtulmaq üçün, gözümü o qədər qorxudublar ki, onları orada da eyni halda təsəvvür edirəm.Yadıma bir nağıl düşdü ayı tapan qardaşlar vəsiyyətlərində hər hansı biri vəfat edəndə ayın yarısını kəsib onu məzarına qoymağı istəyirlər. Nəhayət qardaşların hamısı öldüyünə ayın parçaları  o dünyada birləşib işıq saçır, ölülər məzarlarından çıxıb hay -küy salmağa başlayırlar ki, artıq yenidən görürük. Yenidən gördüklərin düşündükləri üçün də dinc durmurlar. Qorxuram təzədən yaşanılacaq yer tapdıqlarından ürəklərində qalıb həyata keçməyən bəd niyyətlərini davam etdirsinlər.Halbu ki, anam mənə oranı anladanda deyirdi orada korlar görəcək, lallar danışacaq, karlar eşidəcək, bir sözlə hər hansı bir  əskiki olan orda ona sahib olacaq, amma mən yenə də insanlıqları əskik olanları orada insan kimi təsəvvür edə bilmirəm. 

Ölmüş birinin gündəliyi: Xəyalların günü olmur

Səslərin sayı: 2
8
2306
loading...
Şərhlər
Offline
Ellada Babayeva
Aida M-ova,
Fərqli gündəlik yazma üsuludu. Maraqlıdı. Bir insanı tanımaq üçün gündəliyin köməyi çox olur. Amma bu gündəliyi oxuyanda donub qalıram. Ona görə dedim tam bitsin sonra fikrimi bildirim.

Dəniz84,
İnsanlardan qurtulmaq qeyri mümkündü. Sadəcə yola vermək olur. yes
20 sentyabr 2015 01:14
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ceylan Mumoğlu
Maraqlı yazıdır. Elə bu gün bağçada uşağı gəzdirərkən ətrafa baxıb mən də düşünürdüm ki, görəsən həyatı rəhgli görməsəydik, təkcə ağ və qaradan ibarət yaşasaydıq həyat tab gətirilən ola bilərdimi?
20 sentyabr 2015 00:58
Offline
Aida M-ova
Ellada Babayeva,
Bəli Ella. İnşəAllah qismət olar bitirərəm səndə fikrini deyərsən.
20 sentyabr 2015 00:53
Offline
Aysel İ.
İnsanlar o qədər lazımsız danışırlar ki, o qədər lazımsız işlərlə məşğul olurlar ki, mən onlardan qorxuram. İnsan olaraq yaşayacağımız iki dünya var, amma mən üçüncüsünü də istəyirəm onlardan qurtulmaq üçün

Elə mən də...
20 sentyabr 2015 00:42
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Özün yazırsan Aida? Yazı tam qurtarandan sonra fikrimi deyəcəm hələki oxuyuram. scratch_
20 sentyabr 2015 00:40
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Aida M-ova,
Ölənlərin cənnətlik
19 sentyabr 2015 21:02
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aida M-ova
Fatma xanım,
Allah hamısını rəhmət eləsin.
19 sentyabr 2015 17:10
Offline
Fatma xanım
İndi ayin oxuyan yoxdu yas yerinəo ağlıyan artist arvadları gətirirlər elə bil konsertə gedirsən onlar elə aktyorluq edirki vallah ölü yerinə getdiyini də unudursan
Mən ora gedəndə qarşılayan çox olacaq ama anam, atam, analığım .qardaş bacılarm balaca oğlum ehh cray
19 sentyabr 2015 14:10
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )