ANS TV-nin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri zamanı Ermənistan tərəfi təxribata əl atıb. Təşvişə düşən qarşı tərəf səmaya təyyarələrini qaldırıb və sərhədlərimizə doğru istiqamətləndiriliblər.
Lakin Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri bu faktı dərhal qeydə alıb. Hərbi hava qüvvələrimizin sayəsində Ermənistan təyyarələrini öz mövqelərinə geri qayıtmağa məcbur edilib.
Müdafiə naziri Zakir Həsənovun sözlərinə görə, hava hücumundan müdafiə qoşunları daim döyüş vəziyyətindədir: "Biz də öz təyyarələrimizi havaya qaldırdıq və onları öz sərhədlərinə 30 km qalmamış geri göndərdilər. Göstəriş vermişdim. Əgər onlar bizim sərhədləri bir sm keçsəydilər, məhv olunacaqdılar. Biz tam hazırlıqlı vəziyyətdə idik".
Təlimlərin növbəti mərhələsində atışlar icra ediləcək. Artıq həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları, o cümlədən tanklar təlim bölgələrinə çatdırılıb.
Azərbaycan tarixində ən genişmiqyaslı təlimlərə bütün qoşun növləri, o cümlədən 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu. Eyni zamanda Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri. Eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb edilib. Məqsəd silahlı qüvvələrin müharibə hazırlığını yoxlamaqdır. Ehtiyatda olan 8 min hərbçi də təlimlərə çağırılıb.
Bəzi hərbi vəzifəlilərin xidmətə gecə saatlarında aparılması sosial şəbəkələrdə müzakirələrə yol açıb. O cümlədən bəzi şəxslər həqiqi səfərbərlik olduğu düşünüblər.
Təşvişə əsas görməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin açıqlamasında bildirilir ki, ehtiyatda olan hərbi vəzifəlilər hər an səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi təlim toplanışlarına çağırılmağa hazır olmalıdırlar.
Əsas məqsəd tələb olunan zaman çərçivəsində bu resursu yığmaqdır. Yoxlama çağırışından yayınan şəxsləri isə cəza gözləyir. Eyni zamanda çağırışa cəlb edilən şəxsin vaxtında təyin edilmiş məntəqəyə gəlməsinə mane olan təşkilatlar da qanun qarşısında məsuliyyət daşıyır.
Müdafiə naziri Zakir Həsənovun Mir Şahin Ağayevə verdiyi eksklüziv müsahibəsinə bazar günü “Xəbərçi”nin saat 21 buraxılışında baxa bilərsiniz.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hava haqqında - 25.12.2013
Bayram üçün kombin tövsiyələri
Qeyri-adi paxıllıq-VİDEO
Qəbul imtahanlarının vaxtları açıqlandı
İnstaqram üçün necə şəkil çəkdirməli?
Tez uzanan və güclü saçlar üçün 7 maska
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
Almalı piroq (foto resept)
Uşaqlarda depressiya əlamətləri
Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj - VİDEO
HAVA necə olacaq? 10-yanvar
Balıq qoxusunu aradan qaldıran üsullar
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Qısa ətəkli ziyafət geyimləri
İş yerində yanlış davranışlar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dəriyə qulluqda gül suyu və yağı
Ətli mini zapekanka (foto resept)
Hər 10 qadına 22 uşaq düşür
Fəza təfəkküründən məntiqi sual(2)
Milli parklar təhlükədə
Yayın "qış" xəstəlikləri
Can Yamanı onlar da müdafiə etdilər
İvana Sert sevgilisi ilə tətildə
Yeni bankomatlar gəlir
Dabansız ayaqqabılar
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Qara nöqtələr üçün bal maskası
Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO
Evdə heyvan saxlamağın faydaları
2014-cü ilin bahar ətirləri
Sənə qırmızı cox yaraşır
Ermənistan prezidentini öldürmək istədilər
Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşsaq da, yenə də məğlub olduq”
Kiçik top biskvitlər (foto resept)
Məşhur aparıcı övladını itirdi
Uşaqlara tez-tez hədiyyə almayın!
Uşaqları yemək yeməyə həvəsləndirək
Ronaldonun yeni klubu bəlli oldu
Müasir dərdin dərmanı - ...sevin!
Kömək gözləyən sevimli heyvanlar
8 qadın nazir təyin olundu
ŞAD XƏBƏR: Xankəndinə qatarla gedəcəyik - VİDEO
2017-ci il çanta dəbində çəhrayı
DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “SMS”ləri göndərdi
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
Sirli təbiət-Hissə 2
HAVA necə olacaq?
Üç ölkədə Ebola virusuna yoluxanların sayı 18 mini keçib
Sürücülərin diqqətinə